Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-251/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı AccessBank QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 7266.2 manat məbləğində kredit borcu, 1947.20 manat məbləğində faiz borcu və 2426.89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11640.29 (on bir min altı yüz qırx manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 06L000008743S saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 165 (yüz altmış beş) ay və 100000 (yüz min) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.16677 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 006R**********8 saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4733.8 manat ödəmiş, onun 7266.2 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 334 gün üçün hesablanmış faiz borcu 1947.20 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 334 gün üçün hesablanmış cərimə 2426.89 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 7266.2 manat məbləğində kredit borcu, 1947.20 manat məbləğində faiz borcu və 2426.89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11640.29 (on bir min altı yüz qırx manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı AccessBank QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən ona AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 06L000008743S saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 165 (yüz altmış beş) ay və 100000 (yüz min) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.16677 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 006R**********8 saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsinə əsasən müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı aşağı olduğundan krediti vaxtında ödəyə bilməmişdir. İddianı əsas borc hissəsində qəbul etsə də, faiz və cərimə borcu hissəsi ilə razı deyil. Qeyd edilənlərlə əlaqədar iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.16677 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. İşdə olan Kredit Xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2018-ci il tarixli, 06L000008743S saylı sazişdən görünür ki, tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 06L000008743S saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 165 (yüz altmış beş) ay və 100000 (yüz min) ABŞ Dolları müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 006R**********S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 03 aprel 2014-cü il tarixli 06L000008743 saylı kredit xətti müqaviləsi üzrə 29 may 2019-cu il tarixdə bağlanmış 006R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 06 yanvar 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 28 iyun 2016-cı il tarixli, 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçı Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06S000016814 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 15 yanvar 2018-ci il tarixli, 06S000016814S saylı zaminlik müqaviləsinə əlavə sazişdən görünür ki, kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 165 (yüz altmış beş) ay və 100000 (yüz min) ABŞ Dolları müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 7766.2 manat əsas borc, 1947.20 manat faiz borcu, 2426.89 manat cərimə borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3894 saylı rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 28 dekabr 2021-ci il tarixə(maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 9.014.10 manat məbləğində müəyyən olunur. O cümlədən 28 dekabr 2021-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 7.218.76 manat, faiz borcu üzrə 1.795.34 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuş, tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 06L000008743S saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 165 (yüz altmış beş) ay və 100000 (yüz min) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.16677 % olmaqla 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 006R**********8 saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 4733.8 manat ödəmiş, onun 7266.2 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli, 06S000016814 saylı və 28 iyun 2016-cı il tarixli, 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 06L000008743 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən tələb edilən kredit məbləği hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 7266.2 manat məbləğində kredit borcu, 1947.20 manat məbləğində faiz borcu və 2426.89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11640.29 (on bir min altı yüz qırx manat iyirmi doqquz qəpik) manat məbləğində borcun tutulmasını xahiş etsə də, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3894 saylı rəyinə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 28 dekabr 2021-ci il tarixə(maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 9.014.10 manat məbləğində müəyyən olunur. O cümlədən 28 dekabr 2021-ci il tarixə(maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 7.218.76 manat, faiz borcu üzrə 1.795.34 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz hissəsində əsas borc üzrə 7.218.76 manat, faiz borcu üzrə 1.795.34 manat məbləğində təmin edilməlidir. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın 2426.89 manat məbləğində cərimənin cavabdehlərdən tutulması hisəsində də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467–ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə cərimənin məbləğinin 2426.89 manatdan azaldılaraq 72 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 006R********** saylı kredit razılaşması üzrə 7218.76 manat manat məbləğində kredit borcu, 1795.34 manat məbləğində faiz borcu və 72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9 014,1 (doqquz min on dörd manat bir qəpik) manat borc alınaraq iddiaçı AccessBank QSC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 93 manatı cavabdehlərdən müştərək qaydada, 27 manatı isə iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun 97 manatı cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 7218.76 manat manat məbləğində kredit borcu, 1795.34 manat məbləğində faiz borcu və 72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9 014,1 (doqquz min on dörd manat bir qəpik) manat kredit borcu və 97 manat dövlət rüsumu alınaraq iddiaçı AccessBank QSC-yə verilsin. İş üzrə məhkəmə xərci olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 93 (doxsan üç) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 27 (iyirmi yeddi) manatı isə iddiaçı AccessBank QSC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-251/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-251/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver