Məhkəmə qərarları › İş №2(125)-2536/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2536/2022

18.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2536/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə Şikayətçi İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, üçüncü şəxs X1 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsinə, notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şikayətçi İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, üçüncü şəxs X1 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsinə, notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi məhkəməyə iddia icraatı qaydasında müraciət etməli olduğu halda, şikayətçi, cavabdeh üçüncü şəxs olaraq qeyd etməklə şikayət ərizəsi ilə müraciət edərək, cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, üçüncü şəxs X1 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsini, notariat hərəkəti aparmaq öhdəliyi qoyulmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Bu səbəbdən ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayətçi İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, üçüncü şəxs X1 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsinə, notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar