Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2546/2022 12.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 04 yanvar 2015-ci ildə doğulmuş X3 və 04 fevral 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün Cavabdeh onun xeyrinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2616/2020 saylı mülki iş üzrə çıxarılmış 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 120,0 (bir yüz iyirmi) manat, cəmi 240,0 (iki yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 200,0 (iki yüz), cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ilə 2015-ci ildə el adəti ilə evlənmiş, nikahlarını isə 20 iyun 2016-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 yanvar 2016-cı ildə Zəhra və 04 fevral 2018-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün o aralarında olan nikahın pozulması və uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(044)- 3068/2018 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(044)-1961/2019 saylı qətnaməsi ilə onların aralarında olan nikahları pozulmuşdur. Hər uşaq üçün ödənilən 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat aliment uşaqların saxlanılmasına yetərli olmadığı üçün o, alimentin miqdarınının artırılması üçün 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşaqların saxlanılması üçün heç bir köməklik etmir. O, uşaqlar körpə olduğundan heç bir yerdə işləyə bilmir. Uşaqlar böyüyür və tələbatları artır. O, uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdehin ödədiyi aliment uşaqlara baxılması üçün yetərli deyil. Bundan əlavə qızları Zəhranın sinirlə bağlı xəstəlikləri var. O, onu müalicə etdirə bilmir. Cavabdeh Daşkəsən rayonunda mədəndə işləyir, təxminən 500-600 manatdan artıq əmək haqqı alır. Bundan əlavə olaraq cavabdeh fərdi əməklə məşğul olur, onun normal qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. O, alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin Mediasiya Sesiyasına gəlməmişdir. Ona görə də mediator tərəfindən iştirak etməmə ilə bağlı arayış verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də o, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə Zəhra və Yusif adlı uşaqların saxlanması üçün hər uşağa görə 120 manat aliment kəsildikdən sonra onun maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə ki, həmin vaxt onun əmək haqqı 403 manat olmuş, hazırda isə 500 manat əmək haqqı alır. Həmçinin əvvəlki nikahdan olan uşağı üçün 80 manat aliment ödəyir. Yenidən ailə qurmuş və həmin nikahdan 09 avqust 2022-ci il təvəllüdlü X7 adlı uşağının anadan olmuşdur. Onun öz ailəsinə baxmağa maddi imkanının çatmadığını bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 877096 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 109473 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 04 fevral 2018-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş 2 saylı Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 757426 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 09 avqust 2022-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə edilmiş 2 saylı Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 989 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3068/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1842/2020 saylı iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilsin və hər ay Cavabdeh hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından 04 yanvar 2015-ci ildə doğulmuş X3 və 04 fevral 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən isə görünür ki, Cavabdeh Star Mining MMC-nin yük maşını sürücüsü vəzifəsində işləyir. Hər ay ona 500 manat əmək haqqı hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2022-ci ilin yaşayış minumumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq tərəflərin birgə nikahlarından 04 yanvar 2015-ci ildə doğulmuş X3 və 04 fevral 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 125 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 04 yanvar 2015-ci ildə doğulmuş X3 və 04 fevral 2018ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(044)-2616/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 125 manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 04 yanvar 2015-ci ildə doğulmuş X3 və 04 fevral 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2546/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2546/2022
12.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver