Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-256/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı 58.000 ABŞ dolları pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən onun Xanlar şəhəri, (hazırki Göygöl şəhəri) R.Nəsibov küçəsi, Xanlar Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş, ümumi sahəsi 135,5 kv.m olan qeyri yaşayış sahəsinə və həmin yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kvm olan yaşayış sahəsinə köçürülməsinə dair maneənin aradan qaldırılmaqla köçürülməsinə, bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri yaşayış sahələrinə görə payçı olaraq onun tərəfindən ödənilmiş 58.000 ABŞ dolları pulıun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək iddia tələbinin yalnız 58.000 ABŞ dolları pulıun tutulması hissəsində qətnamə çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilərkən müəyyən olundu ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, Cavabdeh məhkəməyə ərizə verərək hüquqi ünvanlarının ünvan 1axılarkən nəzərə alınmasını xahiş etmişdir. Vergi məlumatları haqqında elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür Cavabdeh hüquqi ünvanı ünvan 2kası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.2ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə hüquqi şəxsin ünvanının olduğu ərazi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı 58.000 ABŞ dolları pul tələbinə dair 2(125)-256/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-256/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-256/2024
20.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver