Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2561/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində cəmi 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 və onun əri Cavabdeh1 çörək bişirmə sexində olan iş yoldaşı X6 vasitəsi ilə tanımışıdır. X17 və onun əri X15 qonşuları Cavabdeh1 və Cavabdeh2 oğullarına torpaq sahəsi almaq və kommunal xərclər üçün 10.000 manat məbləğində borc olaraq pul vəsaiti lazım olduğunu ona bildirmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Şirinova X3 Lalə Zöhrab qızı və X15 ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Cavabdeh1 ETSN-nin Geodeziya Kartoqrafiya MMC-nin Gəncə şöbəsində mühəndis işlədiyini, oğluna 10.000 manat məbləğində borc pul lazım olduğunu və həmin pul vəsaitini 6 ay müddətində geri qaytaracağını ona demişdir. X2 və onun əri X7 etibarı olduğuna görə 10.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə vermişdir. Bununla bağlı Cavabdeh1 və onun arvadı Cavabdeh2 əlyazma ilə qəbzə imza ataraq ondan 10.000 manat məbləğində götürdükləri pul vəsaitini 6 ay ərzində geri qaytaracaqlarını qeyd etmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə X17 və onun əri X4 vasitəsi ilə yenidən ondan oğullarını işə qoymaq üçün 10.000 manat məbləğində borc pul götürmüşlər və sözügedən məbləği 8 ay ərzində geri qaytaracaqlarını vəd edərək, bu barədə ona qəbz vermişlər. Bununla bağlı X17 və X15 həmin pulun verilməsində və qəbzlərin tərtib olunub imzalanmasında bilavasitə iştirak edərək, şahidlik etmişlər. Bir müddət sonra cavabdehlər sözügedən borcu ödəmədiklərindən onlara bununla bağlı müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlər onun etibarından sui-istifadə edərək aldıqları pul vəsaitini geri ödəməkdən yayınmışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə qaynanası X5 müalicəsinə sərf etmək üçün ona 1.500 manat məbləğində pul lazım olmuşdur. Buna görə də Lalənin əri, onun qonşusu Mehdiyə ona borc pul verməsinə dair müraciət etmişdir. Mehdi isə ailəvi dostları Lalənin iş yoldaşı Aysənlə danışıb ona cavab verəcəyini bildirmişdir. O, X8 hər ay 20 faiz əlavə ödəniş etmək şərtilə 1.500 manat məbləğində borc pul almışdır. Həmin pulu qaynanası X5 müalicəsi məqsədi ilə almış və qaynı olan X12 göndərmişdir. Sözügedən borcu arvadı Cavabdeh2, qonşuları X6 və X4 iştirakları və şahidlikləri ilə almışdır. Həmin borcu aldıqdan sonra 2 ay aldığı pulun 20 faizini, yəni 600 manat məbləğində pul vəsaitini İddiaçı ödəmişdir. Daha sonra yenə də qaynanası X5 müalicəsinə sərf etmək üçün ona 2022-ci ilin oktyabr ayının sonlarında noyabr ayının əvəllərində 2.000 manat məbləğində pul lazım olmuşdur. Bununla bağlı yenidən İddiaçı müraciət etmişdir. Həmin pula görə o, hər ay 20 faiz əlavə ödəniş etmişdir. O, 3.500 manat məbləğində borca görə 7 ay ərzində hər ay 700 manat ümumilikdə 4.900 manat əlavə pul ödəmişdir. xx.xx.2023-cü il tarixində «Leo» bank kartından pul çəkərək Gəncə şəhərində yerləşən Füzuli parkında İddiaçı 3.500 manat məbləğində pul vəsaitini qaytarmışdır. Onun İddiaçı cəmi 700 manat borcu qalmış, həmin pulu isə İddiaçı tapşırığı əsasında X13 vermişdir. O, pulu qaytardığı gün İddiaçı istifadəsində olan «055 516 36 85» GSM nömrə vasitəsi ilə «070 616 30 90» GSM nömrə ilə ilə əlaqə saxlamışdır. Borcunu ödədikdən sonra qeyd olunan qəbzləri və sənədləri İddiaçı tələb etsə də İddiaçı müxtəlif bəhanələr gətirərək həmin sənədləri verməmişdir. Sonda Cavabdeh1 iddianın əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, əri Cavabdeh1 ilə birlikdə İddiaçı bir dəfə 1.500 manat və bir dəfə 2.000 manat olmaqla, cəmi 3.500 manat məbləğində pul vəsaitini hər ay 20 faiz ödəmək şərti ilə borc almışdır. O və Cavabdeh1 həmin borcu və əsas borca hesablanan əlavə faizi tam şəkildə İddiaçı ödəmişlər. Hazırda onların İddiaçı heç bir borcu yoxdur. Sonda Cavabdeh2 iddianın iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Cavabdeh1 onun həm qohumu, həm qonşusudur. İddiaçı isə arvadı X6 işlədiyi çörək bişirmə sexindən iş yoldaşı kimi tanıyır. 2022-ci ilin qış aylarında Cavabdeh1 ona 1.000 manat məbləğində borc pul lazım olduğunu bildirmiş və kimdənsə borc alınmasında köməklik etməsini ondan xahiş etmişdir. O isə İddiaçı ilə Cavabdeh1 tanış etmişdir. İddiaçı Cavabdeh1 1.000 manat məbləğində borca görə 10.000 manatlıq qəbzə imza atmalı olduğunu, əgər 1.000 manat məbləğində borcunu geri ödəməsə ondan 10.000 manat alacağını bildirmişdir. Cavabdeh1 isə 1.000 manat məbləğində borcun oğlunun işi ilə əlaqədar vacib lazım olduğunu bildirib, İddiaçı göstərdiyi qəbzə imza etmişdir. Daha sonra Cavabdeh1 A.B.Ağayavevadan 2022-ci ilin noyabr ayında onun iştirakı ilə pul almışdır. Bu zaman X17 pulun alınmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Cavabdeh1 onun həm qohumu, həm də qonşusudur. İddiaçı isə o, işlədiyi çörək bişirmə sexindən iş yoldaşı olduqlarına görə tanımışdır. Cavabdeh1 qaynanası xəstə olduğu üçün 2022-ci ilin avqust ayında 1.500 manat, noyabr ayında isə 2.000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır. 2023-cü ilin avqust ayında həmin pul vəsaiti onun əri X4 iştirakı ilə verilsə də 2022-ci ilin noyabr ayında əri M.N.Hüseynov pulun verilməsində iştirak etməmişdir. O özü isə ilk dəfə pul verilən zaman iştirak etməsə də ikinci dəfə iştirak etmişdir. 3.500 manat məbləğində pul vəsaitini Cavabdeh1 özü bilavasitə İddiaçı təqdim etmiş, 900 manat pulu isə o, Texnologiya Universitetinin qarşısında vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X19 tərəfindən verilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmiş, 6 ay ərzində həmin məbləğdə pul vəsaitini geri qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X15 tərəfindən X16 verilmiş qəbzdən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X16 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X19 tərəfindən verilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əvvəlcə 6 ay müddətinə qaytarmaq şərti ilə üç ay əvvəl 10.000 manat məbləğində pul vəsaitini X9 borc aldıqlarını, yenidən maddi ehtiyacları yarandığı üçün 8 ay müddətində qaytarmaq şərti ilə 10.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmiş, 20.000 manat məbləğində pul vəsaitini qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X17 tərəfindən X16 verilmiş qəbzdən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X16 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 X16 20.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 14104 nömrəli məktubundan görünür ki, 050 327 15 40 GSM nömrəsi və 055 516 36 85 GSM nömrəsi arasında zənglər qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/L-7936/24 nömrəli məktubundan görünür ki, 055 516 36 85 GSM nömrəsi sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə X8 10.000 manat məbləğində pul vəsaitini alaraq, 6 ay ərzində, xx.xx.2022-ci il tarixdə 10.000 manat məbləğində pul vəsaitini alaraq, 8 ay ərzində qaytarmağı öhdələrinə götürsələr də, həmin pul vəsaitlərini hazırki tarixədək qaytarmamışlar. Qeyd olunan xüsusatlar mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə təsbit edilmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X16 xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə verilmiş qəbzlərdəki xətt və imzaların onlara məxsus olduğunu bildirməklə, həmin qəbzlərin həqiqiliyini mübahisələndirməmişlər. Lakin Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının əsası kimi həmin qəbzləri məhz məcburiyyət qarşısında xx.xx.2022-ci il tarixdə 1.500 manat və xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitinin borc alınması üçün yazdıqlarını bildirmiş, həmin halı təsdiq edən sübut qismində mobil telefon nömrələri vasitəsi ilə aparılan danışıqların və bankomat görüntülərinin əldə olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırmanın obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müvafiq məlumatların götürülməsinə dair qərardadlar qəbul etmiş və həmin qərardadları icra olunması üçün aidiyyəti üzrə göndərmişdir. Lakin "xxxx" ASC-dən daxil olmuş məlumatda bankomat görüntülərinin saxlanılmadığı, mobil operatorlardan daxil olmuş məlumatlarda isə səs qeydlərinin olmadığı bildirilmişdir. Bundan sonra cavabdehlərin vəsatəti əsasında X15 və X17 məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin şəxslər öz ifadələrində Cavabdeh1 və Cavabdeh2 İddiaçı xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmişlər. Halbuki, X15 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X16 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini; X17 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X16 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 X16 cəmi 20.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh1, Cavabdeh2, X15 və X17 tərəfindən verilmiş və həqiqiliyi mübahisələndirilməyən qəbzlərlə 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən X8 alınmasının təsbit edilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2, X15 və X1 Ayşən Binnət qızından alınmış ümumi pul vəsaitinin 3.500 manat məbləğində olduğunu qeyd etmişlər. Digər tərəfdən Cavabdeh1, Cavabdeh2, X15 və X17 tərəfindən verilmiş qəbzlərdə pul vəsaitinin təyinatı kimi Cavabdeh1 və Cavabdeh2 övladları X20 işlə təmini və fərdi yaşayış evinin inşasının başa çatdırılması göstərilsə də, məhkəmə iclasında əldə olunması bildirilən pul vəsaitinin X10 qaynanası, Cavabdeh2 isə anası X5 müalicəsinə sərf edildiyi göstərilmişdir. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazının əsası kimi göstərdiyi həmin halı, habelə şahidlər X4 və X6 ifadələrini digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusatlar sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üqçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəylər ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edə faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı fatkları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.6-cı maddəsinə görə əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Qeyd olunan normaların qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin X8 alınmasına dair qəbzlər verildiyindən, eləcə də həmin qəbzlərdəki imza və xətlərin həmin şəxslərə məxsusluğu mübahisələndirilmədiyindən İddiaçı həmin pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 verilməsini sübutetmə yükündən azad olmuş, Cavabdeh1 və Cavabdeh2 ya 20.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarılmasını, ya da həmin məbləğdən fərqli məbləğdə pul vəsaitinin alınmasını sübutetmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, İddiaçı tərəfindən yalnız Cavabdeh1 və Cavabdeh2 20.000 manat məbləğində ödənilməmiş əsas borcunun qalmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlər məhkəməyə təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır, Cavabdeh1 və Cavabdeh2 həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 manat məbləğində pul vəsaiti X14 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 124 manat vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə, dövlət rüsumu kəsirinin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat, cəmi 20.124 (iyirmi min bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu kəsirinin əvəzi qismində 26 (yirimi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2561/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2561/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver