Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2563/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdeh X1 və üçüncü şəxs X5 qarşı «qeyri-qanuni tutulmuş otağın boşaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdeh X1 və üçüncü şəxs X5 qarşı «qeyri-qanuni tutulmuş otağın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X3 *5.11.2*22-ci il tarixdə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1-261.*.3 və 261.*.6-261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 17*.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 17*.3-cü maddəsinə əsasən bu Məcəllənin 17*.1-ci və 17*.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmənin qənaətinə əsasən iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdeh X1 və üçüncü şəxs X5 qarşı «qeyri-qanuni tutulmuş otağın boşaldılması» tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə, yəni iddiaçının vəsatətinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 17*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdeh X1 və üçüncü şəxs X5 qarşı «qeyri-qanuni tutulmuş otağın boşaldılması» tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2563/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2563/2022
05.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver