Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2599/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 200 manat məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, 29 10.1998-ci il tarixdə anadan olmuşdur və anadan gəlmə ruhi xəstədir. Hazırkı vaxta qədər heç bir yerdə işləməmiş və ömürlük 1-ci qrup əlildir. Valideyinləri boşanmış və o, anası Şamama İsmayılova ilə birlikdə yaşayır. Anası da 2-ci qrup əlildir, əmək qabiliyyətsizdir. O, əmək qabiliyyəti olmadığı üçün heç bir yerdə işləmir, yaşayış səviyyəsi olduqca aşağıdır. Anası 2-ci qrup əlil olduğu üçün və heç bir yerdə işləmədiyi üçün onu müalicə etdirə bilmir, yalnız aldığı pensiya ilə çox çətinliklə dolanışığı təmin edir. O, dərman qəbul etməyəndə pristuplarının olmasını və hər dəfə keçirdiyi pristuplar nəticəsində xəstəliyinin daha da ağırlaşdığını bildirdi. Cavabdeh Rusiya Federasiyasında kommersiya ilə məşğul olur və maddi vəziyyəti çox yaxşıdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 90manat aliment tutulması qət edilmişdir. Lakin, həmin vaxt o, 2-ci qrup əlil idi. Hazırda isə səhhəti daha da pisləşmiş və 1-ci qrup əlildir. Bu səbəbdən də, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin olunmamasına və məhkəmə qətnaməsi ilə ona təyin edilmiş aliment öhdəliklərindən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı onun qızıdır. O, bacısına məxsus Gəncə şəhəri Ə.Əliyev küçəsi ev 206-da tək yaşayır. Onun 60 yaşı var və mən ümumi xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün səhhəti işləməyə imkan vermir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensia almıram. Onun heç bir yerdən gəliri yoxdur və o, yaşamaqda çox çətinlik çəkir. Qardaş-bacısının və qonşularının köməyi ilə birtəhər dolanır. Qızı İddiaçı İ-ci qrup əlil olduğu üçün onu məhkəməyə verərək onun saxlanılması üçün aliment təyin etdirmişdir. Daha sonra yenidən məhkəməyə müraciət edərək sözügedən alimentin miqdarını artırmaq istəyir. O, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödədiyini, hazırda isə aliment ödəmək iqtidarında olmadığını bildirdi. İlkin iddia üzrə iddiaçı təxminən 600 manat pensiya alır, eyni zamanda anası ilə birgə yaşayır anası da pensiya və ona baxmağa görə əlavə haqq alır. Onun və ilkin iddia üzrə iddiaçının maddi vəziyyətinin nəzərə alınması üçün o, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1641/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş İddiaçı saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)- 3150/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Gəncə şəhər Nizami rayon Məhkəməsinin mülki iş üzrə 01 may 2019-cu il tarixli, 2(044)-1641/2019 saylı qətnaməsi qismən, iddianın qismən təmin edilmiş alimentin məbləğinin məbləğinin hər ay 150 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilmiş; xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş İddiaçı saxlanıması üçün Cavabdeh tutulmalı olan aylıq aliment hər ay 90 manat sabit pul məbləğində müəyyən edilmiş; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından olan xx.xx.2013-cü il tarixli, AZ-İİ № 996073 saylı doğum haqqında şahadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Şəmkirdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında isə X1 qeyd olunmuşdur. İş materiallarından olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli elektron sistemindən çıxarışından görünür ki, İddiaçı müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü vətəndaş İddiaçı DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X3 məlumata əsasən 1-ci dərəcəli əlilliyə görə ayda 130 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X2 DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X3 məlumata əsasən 1-ci dərəcəli əlil İddiaçı qulluq etdiyinə görə ayda 80 manat məbləğində Prezident təqaüdü alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Şöhrət onun qonşusudur. O, Ə.Əliyev küçəsi, 2-ci döngə, mənzil 41 ünvanında yaşayır. Şöhrət tək yaşadığı üçün ona dərmanın alınmasında və qidalanması üçün köməklik etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, Nemət Vəliyev küçəsində yaşayır, keçmiş hərbiçidir, 1000 manat təqaüd alır. Şöhrət onunla qonşuluqda yaşayır. O, bir ildən artıqdır ki, onu tanıyır. Bir neçə dəfə Şöhrətə köməklik etmiş, qaytarmaq şərti ilə pul vermişdir. Şöhrət ondan aldığı pulları qaytarmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Həmin Qərarda həmçinin göstərilir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (90 manat) isə hazırda iddiaçının saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “övladını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən təxminən 3 il keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, diqqətəlayiq olan halları və yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Qərarda həmçinin nəzərdə tutulmuşdur ki, Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, aliment ödəməli olan şəxsə qarşı yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin iki davranış halında sonuncunun aliment tutulması barədə tələbi rədd edilə bilər: 1) qəsdən cinayət törətdikdə; 2) aliment ödəməli olan şəxsə qarşı və ya ailədə nalayiq davrandığı müəyyən edildikdə. Bundan başqa, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda və (ya) tərəflərin diqqətəlayiq başqa maraqları olduqda məhkəmə aliment ödəməli şəxsi aliment ödəməkdən azad edə bilər. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh qarşılıqlı iddia ərizəsində işsiz olmasını və maddi vəziyyətinin ağır olmasını qeyd etsə də, həmin hallar onun övladının saxlanması üçün müəyyən edilmiş alimentdən azad olunmasına əsas vermir. Belə ki, əmək qabiliyyətli olmaması müəyyən olunmayan cavabdehin maddi vəziyyəti və (ya) əmək qabiliyyəti olmayan əhalisinə dövlət tərəfindən maddi dəstək göstərilməsi valideynin alimentin öhdəliyindən azad edilməsi üçün əsas hesab edilmir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. İddiaçı saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2599/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2599/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver