Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-260/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 Mirzəaga oğlunun xeyrinə 1175 manat; İddiaçı2 xeyrinə 1228 manat; İddiaçı3 xeyrinə 600 manat, cəmi 3003 manat pulun iddiaçıların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 Mirzəaga oğlu, Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən özünə məxsus olan sexdə limonad içkisinin istehsalı və satışı ilə məşğul olur. Gəncə şəhər sakini Cavabdeh ilə iki ildən artıqdır ki, tanışdır. O, dəfələrlə nəğd pula limonad alıb satmışdır. 2021-ci ilin avqust ayında, növbəti dəfə limonad alan zaman cavabdehin ona 200 manat borcu qalmışdır. O, həmin borcunu növbəti dəfə ödəməyə söz vermişdir. Bir müddət sonra o, növbəti dəfə gəlib əlavə olaraq ondan 445 manatlıq nisyə mal götürüb, narahat olma, qalıq 200 manatı da ödəyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh ona 645 manat borcu yaranmışdır. 2021-ci ilin mart ayında növbəti dəfə cavabdeh iki oğlu ilə birgə sexə gəlib, 2-3 günlüyə ona 500-600 manatlıq limonad lazım olduğunu bildirdi. Həmin malı təcili satmaqla ona olan hazırki və əvvəlki borcunu ödəyə biləcəyini bildirmişdir. O, cavabdehə həmin günü 530 manatlıq limonad vermişdir. Beləliklə də, onun əvvəlki borcu 645 manat və hazırki 530 manat olmaqla, ümumilikdə 1175 manat borcu yaranmışdır. Cavabdeh həmin borcu 3 gün ərzində ödəməyə söz vermişdir. Lakin həmin müddət keçdikdən sonra borcunu gətirmədi. O, dəfələrlə onun 050 ***-**-** nömrəli mobil telefonuna zənq etsə də, zənglərinə cavab verməyib. Bir müddət sonra mən cavabdehin İlham adlı dostunun vasitəsi ilə “Pərvizə yenidən nisyə mal verəcəyəm” adı ilə onunla əlaqə yaratmışdır. 2022-ci ilin avqust ayında Pərviz və İlham cavabdehin **-GR-*** dövlət nömrə nişanlı “Ford” markalı avtomobili ilə sexə gəlmişlər. O, sexdə ona borcunu ödəməyəcəyi halda avtomobilini buraxmayacağını bildirib. Lakin o, növbəti dəfə aldadaraq 1175 manat borcu 2 günə gətirəcəyini vəd etmişdir. Dostu İlham da Pərvizin borcu qaytaracağına boyun olmuş və o, hər ikisinə də inanaraq, cavabdehin avtomobilini buraxmışdır. Bundan sonra cavabdeh nə borcunu qaytardı, nə də onun telefon zənglərinə cavab verməmişdir. O, məcburiyyət qarşısında qalıb cavabdehin bacısının yaşadığı ünvanını taparaq onlara getmiş və Pərvizi axtarmağının səbəbini bacısına bildirmişdir. O isə “birdə məni narahat etsən “102” xidmətinə zəng edəcəyəm” deyərək onu qapıdan qovmuşdur. 2022-ci ilin oktyabr ayında, Cavabdeh ona qarşı dələduzluq hərəkətiəti barədə yazılı şikayət ərizəsi ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət etmiş, şikayəti araşdırılması ücün 4 saylı bölmədə sahə rəisi Elnur Qasımova verilmişdir. 20 gün müddətində E.Qasımov tərəfindən heç bir lazımi araşdırma işləri aparılmamış, ona isə bildirmişdir ki, Cavabdeh onun çağırışlarına əməl edib bölməyə gəlmir. Ona görə də onun barəsində heç bir tədbir görə bilmir. Hətta bir dəfə onun yanında cavabdehə zəng edərək bölməyə gəlməsini deyib, o isə çağırışına gəlməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə şikayəti üzrə cinayət işinin başlanması rədd edildi. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 122- 49686-1222 saylı məktubu ilə şikayəti əsasında Gəncə şəhər prokurorluğuna və məhkəməyə müraciət etməyini bildirdilər. Gəncə şəhər prokurorunun xx.xx.2023-cü il tarixli, 42-ş-23 saylı məktubu ilə müraciəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı2, bildirmişdir ki, Beyləqan şəhərində özünə məxsus limonad sexi var. Gəncə şəhər sakini Cavabdeh dəfələrlə nəğd pula ondan limonad alıb satmışdır. İki il bundan əvvəl növbəti dəfə mal alanda hesablaşmaq üçün pulun çatmadığını deyib və qalan pulun (borcun) verəcəyinə söz vermişdir. Bu hal dəfələrdə cavabdehin tərəfindən təkrar olundu. Beləliklə də onun 1228 manat borcu yarandı. Hər dəfə ondan borcun qaytarmasını tələb etsə də, o “bu nə məbləğdir ki, narahat olursan. Mən də pullarımı yığan kimi sənə olan borcumu bağlayacam” deyirdi. Dəfələrlə borcla bağlı Cavabdeh zəng etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək yalan vədlər verir, onu aldadır. Artıq bir ildir ki, onunla nə əlaqə yaradır, nə də zənglərinə cavab vermir. Bu günə kimi də cavabdehə olan borcunu qaytarmamışdır. Cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. O, məcburiyyət qarşısında qalaraq, yazılı şikayət ərizə ilə Cavabdeh ona qarşı dələduzluq hərəkəti barədə polis şöbəsinə müraciət etmiş, orada şikayəti ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı3 bildirdi ki, Şəmkir şəhərində özünə məxsus olan sexdə limonad içkisinin istehsalı və satışı ilə məşğul olur. Gəncə şəhər sakini Cavabdeh dəfələrlə nəğd pula ondan limonad alıb satmışdır. Növdəti dəfə mal almağa gələndə ona təcili sifarişinin olduğunu, pulunun olmadığından sabah hesablaşacağını bildirmişdir. O, Cavabdeh dediyi sözlərə və verdiyi vədə inanıb, onunla razılaşmışdır. Həmin gün o, 600 manatlıq mal aparmışdır. Lakin bu günə kimi verdiyi sözə əməl etməmişdir. Borcla bağlı dəfələrlə onunla telefon əlaqəsi yaratsa da, o zənglərinə cavab vermir. Cavabdeh yaşadığı ünvanı bilmədiyinə görə (hətta dedilər ki, o evini satıb) əmisinin yaşadığı ünvana getmiş və ona hadisəni söyləyərək, Cavabdeh ona borcu olduğunu bildirmişdir. Əmisi isə "mənlik deyil” deyərək onu qapısından qovmuşdur. Bundan bir neçə gün sonra isə cavabdeh özü zəng edərək “çox nahaq yerə əmimgilə gedibsən. Sübut elə ki, mən səndən mal almışam. Get hara istəyirsənsə şikayət et” demişdir. Beləliklə də, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. O, məcburiyyət qarşısında qalaraq, yazılı şikayət ərizə ilə Cavabdeh ona qarşı dələduzluq hərəkəti barədə polis şöbəsinə müraciət etmiş, orada şikayəti ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirəm. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı etiraf etmir. Belə ki, o, İddiaçı1 boş butulka yığmış, ona boş butulka verib yerinə mal almışdır. İddiaçı1 borcu yoxdur. Həmçinin digər İddiaçı2 da boş putulka verib yerinə mal almışdır. Ona da borcu yoxdur. Əgər bu şəxslərə borcu olsa idi, onlar hər dəfə boş putulka qəbul edib yerinə mal verməzdilər. İddiaçı X1 heç tanımır. O, ona mal verməmişdir. O, onun işçisi Vüsal adlı şəxslə işləyib, mal alanda pulunu da Vüsala vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdehin ona borcunun olmasını ona məxsus dəftərdə özünün apardığı qeydlərlə əsaslandırdığını bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçisi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Hazırkı iş üzrə iddiaçılar nisyə alqı-satqı müqaviləsi üzrə ödənişi həyata keçirmədiyini bildirdikləri cavabdehdən pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçılar tələbinin faktiki əsaslarına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 özü tərəfindən dəftərə aparılmış qeydlər tələb edilən pulun tutulması üçün mötəbər sübut hesab edilə bilməz, belə ki, həmin qeydlərdə cavabdehin pul məbləğlərini ödəyəcəyinə dair yazılı razılığı ifadə olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-260/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-260/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver