Məhkəmə qərarları › İş №2(125)-2601/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-2601/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2601/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 borc olaraq verdiyi 58400 manatın və Cavabdeh1 borc olaraq verdiyi 5000 manatın, 281 manat dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün ödədiyi 150 manatın, cəmi 63831 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Gülnarənin yaşadığı ərazinin qaz çilingəri olduğu üçün onu əraziyə baxış keçirırkən tanımış və onun qaz puluna xeyli borcu olduğundan tez-tez onun ünvanına gedib pulu ödəməsini tələb etməli olduğuna görə aralarında yaxın münasibət yaranmışdı. Bu tanışlıqdan istifadə edən Gülnarə tanışı Elsevər adlı şəxsi həbsdən qurtarması üçün ondan borc olaraq pul istədi və bildirdi ki, Elsevər həbsdən çıxan kimi, yəni təxminən 8 aya ondan aldığı borcu qaytraracaqdır. O, onun səmimiliyinə inanıb, 2020-ci ilin sentyabrından 2021-ci ilin aprel aynadək 25000 manat nəğd pulu (həmin puldan 5000 manatını 2021-ci ilin mart ayında Gülnarə mənim yanımda özünün bacısı qızı olan digər cavabdeh Türkana vermiş və bildirmişdi ki, Türkan Kürdəxanı türməsində olan dayısının yanına getməsi üçün ona 5000 manat pul lazımdır), 14000 manat bankdan aldığım kredit pulu, 3320 manat da az-az aldığı pul, 6640 manat kirayə pulu olmaqla, eləcə də ümumi dəyəri 11340 manat təşkil edən qızıl zinət əşyalarını, 3100 manat dəyərində cehiz əşyalarını satıb, cəmi 14440 manatı, ümumilikdə 63400 manat pulu ona vermiş. Həmin vaxt, o, Cavabdeh2 ondan istədiyi məbləği düzəldə bilmədiyi üçün aşağıda adları qeyd edilən əmlakını satmış qizil-zinət əşyalari: 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl qolbağı, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış nişan üzüyü, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl boyunbağı, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış dəst (üzük və sırğa), 1 dəst, Rusiya is-lı - 1900 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl üzük (firuzə qaşlı), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl üzük (silikon ağ qaşlı), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış üzük (sadə bənövşəyi rəngli), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 14 qram qızıl dişlər (lom) Rusiya is-lı - 1190 manat; 583 əyyarlı, 30 qram qızıl əşyalar (lom) Rusiya is-lı - 2550 manat, cəmi 11340 manat. Cehiz əşyalari: çarpayı, 2 ədəd, Azərbaycan is-lı, biri 300 manatdan -600 manat; masa dəsti (1 ədəd masa və 6 ədəd stul) 1 dəst, Türkiyə is-lı - 1850 manat; yorğan, əl işi ilə hazırlanmış, 1 nəfərlik, 2 ədəd, Azərbaycan is-lı, biri 100 manatdan - 200 manat; puxov adyal, 1 ədəd, Türkiyə is-lı - 50 manat; döşək, 1 nəfərlik, 2 ədəd, Azərbaycan is-lı, biri 200 manatdan - 400 manat, cəmi: 3100 manat. Cavabdehlər bu günə kimi etibarından istifadə edib ondan aldıqları borc pulu qaytarmır, “bu günsabaha” salaraq ona aldadır və ona yalan vədlər verirlər. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın təmin olunması və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli GST 20846161 nömrəli orderdən görünür ki, qızıl-zinət və cehiz əşyalarının qiymətləndirilməsi üçün İddiaçı 150 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı təqdim etdiyi fotoşəkillərə əsasən, 09 sayda qızıl-zinət və 05 sayda cehiz əşyaların real bazar dəyəri 14440 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Hazırkı iş üzrə iddiaçı qaytarılması şərtiylə cavabdehlərin mülkiyyətinə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin sübutu qismində müvafiq rəy və dindirilməsi üçün şahidlərin siyahısını təqdim etmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq lazımi qaydada məlumatlandırılmış cavabdehlər tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdirlər. Belə olan halda, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 58400 (əlli səkkiz min dörd yüz) manat və Cavabdeh1 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 281 (iki yüz səksən bir) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar