Məhkəmə qərarları › İş №2(125)-261/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-261/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-261/2023 05.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi (vəkili) X3, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X2) “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nağd şəkildə borc olaraq verdiyi 16500 manat pulun, dövlət rüsumu kimi ödədiyi 140 manat və 100 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qonşudur, Cavabdeh təklifi ilə lotareya oyunu təşkil etmişlər. Cavabdeh ona təklif etdi ki, beş nəfər o təşkil edir, beş nəfər isə sən təşkil et. Cavabdeh ona bildirdi ki, o cəlb etdiklərindən ikisi bacısıdır və onlar Moskva alverçisidir mal vururlar. Odur ki, onların növbələrindən 1-2 ay tez pul lazım olsa verə bilsən onlar 200 manat şirinlik verəcəklər. O, Cavabdeh bir yaxın qonşu kimi inanaraq razılaşmışdır. Cavabdeh təklifi ilə 3 qrupdan və hər qrupda 10 nəfər olmaqla lotareya oyunu təşkil etmişlər. Hər adama 200 manat olmaqla oyunu təşkil etmişlər. Beləliklə cavabdehin təşkil etdiyi 3 qıubdan ibarət olan lotareyanın hər bir qrupunda 3 nəfər həmin alverçilər idi. Cavabdeh lotareyanı təşkil edərkən oyunçuların vaxtı-vaxtında pulları ödəyəcəyinə öhdəlik götürdükdən sonra oynamağa başladıq. Cavabdeh həmin alverçi dedikləri 3 nəfərdən biri qonşuluqda yaşayan və münasibəti pis olan Şəlalə adlı qonşu olub. Bir gün Şəlalə qapıya gələrək bildirdi ki, Cavabdeh ilə birlikdə səni aldatmışıq. Daha sonra Şəlalə dedi ki, Cavabdeh götürdüyü 16.500 manat məbləğində pulu ona verib və onun hal-hazırda o pulu qaytarmağa imkanı yoxdur. O, Cavabdeh belə bir addım atacağına inanmadığı üçün Şəlalə ilə birlikdə Sevil xanımın yaşadığı ünvana getmişdir. Cavabdeh etiraf etdi ki, o 16.500 manat pulu aldadaraq götürüb qonşu Şəlaləyə vermiş və etdiyi əməldən peşmandır. Cavabdehlə aralarında yazlı yox şifahi razılaşma olduğu üçün rəsmiləşdirməmişlər. Cavabdeh dəfələrlə ona olan 16.500 manat məbləğində borcunu ödəməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq onun tərəfindən dolayısı yollarla imtina etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslanmışdır ki, bildirişdə qeyd edilib ki, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məlum edir ki, iddia ərizəsini dəfələrlə, nəzərindən keçirirək, iddia ərizəsində borc müqaviləsi barədə necə, harada, nə vaxt, hansı tərəfələr arasında bağlanması eləcədə iddianın imzalanan hissədə əlavələrdə borc müqaviləsi anlamına rast gəlməmişdir. Məhkəmə bildirişində isə həmin müqaviləni təsdiqləyən hər hansı bir sübut əlavələrdə olmadığı halda borc müqaviləsi barədə qeyd edirsiniz. Məlum edir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh qarşı qaldırdığı pul tələbinə dair iddia ərizəsi, şər - böhtan xarakterli olduğundan, iddianı qəbul etmir, həmin iddia ərizəsinə etirazını bildirir. Onların küçəsındə - ünvan 2 ünvanda yaşayan İddiaçı, həmin küçədə yaşayanlarla öz aralarında lotoreya oynamaqla pul alan kimi sələmə veribdir. Verdiyi sələm pullarını vətəndaşların pensiya kartlarını öz əlinə almaqla, şəxsən özü pulları bankomatdan çıxartmaqla bu cür dəllallıqlar edir. Bu fakta, Tahir Əmiraslanovu misal çəkmək olar. Bu faktların təsdiqi, məhkəmədə tərəfindən iddiaçının şəxsən öz dəstixətti ilə yazdığı əlyazmaları təqdim edəcəkdir. Məhkəmə bidlirişində qeyd edilən borc müqaviləsi olaraq, nə kimi ona iddiaçı tərəfindən nə vaxt, qanunvericiliyin tələblərinə riayət edilməklə verilməsi eləcə də əl yazısı qaydasında verilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin təqdim etdiyi səs yazılarında “Sevinc” adlı şəxsin Cavabdeh olduğunu, hər kəsin bu adla onu çağırdığını bildirdi. İddiaçı yazılı ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh ilə hərəsi 4 nəfərtapmaqla ümumilikdə 10 nəfərdən ibarət lotareya oyunu oynamışlar. 10 nəfərdən hər biri 200 manat olmaqla, növbəlik qaydada ayda bir dəfə 2000 manat həmin şəxsə pul veriliri. O və Cavabdeh özləri əlavə etdiyi 4 nəfərin pulunu aylıq 200 manat puluda əlavə etməklə hərəsinə 1000 manat verməklə növbəti şəxsə verməyi razılaşmışlar. Qeyd etdiyi qaydada 3 cür lotareya təşkil etmişlər. 1ci oyun üzrə bir aylıq ödəniş oldu, 2-ci oyun üzrə dörd aylıq ödəniş. 3-cü oyun üzrə yeddi aylıq ödəniş olmuşdur. 2021-ci ilin may ayında qonşuları Şəlalə gəlib ona bildirmişdir ki, Cavabdeh lotareyasının 3 nəfərlik növbə əslində tək onun olub. Digər iki nəfər isə Sevilin yoldaşı Elçin oynayıb. İddiaçı tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, səs yazılarında danışan, “Sevinc” adlandırılan şəxsin o, olduğunu, tanışlarının onu bu adla çağırdığını bildirdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, İddiaçı 6000 manat məbləğində pulu 10 faiz dərcəsiylə sələm götürmüş və həmin pulu qaytarmışdır, hazırda borcu yoxdur. Cavabdeh sələm deyəndə faiz dərəcəsiylə qaytarılmalı olan, borc verilən pul məbləğini nəzərdə tutduğunu bildirmişdir. Cavabdeh iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsə iddiaya etiraz edərək onun və cavabdehin iddiaçıya borcu olmadığını bildirdi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 16500 manat borcun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə 10 faiz dərəcəsi ilə borc götürdüyü 6000 manat pulu qaytardığını bildirmişdir. Beləliklə, məbləğ barədə mübahisə olsa da, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş pul cavabdeh tərəfindən geri qaytarılmalı idi. Lakin qanunvericiliyin tələbinə əsasən, predmetin məbləği üç min manatdan çox olduğu üçün tərəflər arasında etibarlı borc münasibətinin yarana bilməsi üçün razılaşma yazılı formada təsbit olunmalı, borc müqaviləsi yazılı formada bağlanmalı idi. Belə ki, tələbin əsaslandığı əqdin etibarlılığı yoxlanılmalıdır. Cavabdehin iddiaçı qarşısındə öhdəliyinin əmələ gələ bilməsi üçün tələb olunan müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlandığından əqd etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdeh təqdim etdiyi yazılı ərizə ilə iddiaçıdan 6000 manat pul borc aldığını etiraf etmiş, həmin pulu geri qaytardığını bildirsə də bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və üzərində hesablamalar olan əlyazmanın surəti tələbi təkzib edən dəlil hesab edilə bilməz. Digər tərəfdən, iddiaçının təqdim etdiyi və tərəflərin borca dair söhbətlərini əks etdirən səs yazılarında cavabdeh hazırkı iddia ilə tələb edilən məbləğdə pulu iddiaçıya borclu olmasını etiraf etməmişdir. Habelə, iddiaçı tərəfindən təqdim dəftər çəkilmiş cədvəllər cavabdehin tələb edilən məbləğdə borcunu sübuta yetirmir. Belə olan halda, 16500 manat pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi barədə etibarlı müqavilə və (ya) iddianın həmin məbləğdə etirafı olmadığından, cavabdeh tərəfindən 6000 manat borcun iddiaçıdan alındığı etiraf edildiyi, lakin tam və ya qismən geri ödənilməsi sübuta yetirilmədiyindən, qanunvericiliyin tələbinə əsasən, məbləğ üç min manatdan çox olduğu halda yazılı qaydada tərtib edilməyən tərəflər arasındakı borc müqaviləsi etibarsız hesab edilməli, cavabdeh aldıqlarının hamısını – 6000 manat pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh borcu 10 faiz dərəcəsi ilə aldığını bildirsə də, borca dair əqd etibarsız olduğu üçün faiz dərəcəsinin tətbiqi barədə şərt də öz əhəmiyyətini itirmişdir və tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Məhkəmə həmçinin, "xxxx" MMC-yə ödənilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat pulun tutulması hissəsində qeyd edir ki, hansı xidmətin haqqı olaraq ödənilməsi tələb edilən və hazırkı işə aidiyyatı əsaslandırılmamış və sübuta yetirilməmiş pul cavabdeh tutula bilməz. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar