Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2610/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh yəni, mal alan Cavabdeh1, mal götürülən zaman zamin olanlar, yəni digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mağazadan “Nisyə alqı-satqı” müqaviləsi üzrə götürdükləri 4 adda məişət əşyaları olan 2 ədəd televizorun, 1 ədəd Paltaryuyan maşının və 1 ədəd Soyuducunun ümumi dəyərləri olan 3324 (üç min üç yüz iyirmi dörd) manat pulun, dəbbə pulu olan 350 (üç yüz əlli) manatın və məhkəmə xərcinin alınıb onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həmdə kredit (nisyə) yolu ilə həyata keçirir. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 475”a”-da yaşayan və qeydiyyatda olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, Gəncə şəhəri, Ə. Babayev küçəsi, ev 48”B”-də yaşayan Cavabdeh2 və Gəncə şəhəri, Atatürk küçəsi 197, bina 1,mənzil 10-da yaşayan Cavabdeh3 zamin qoyaraq, mağazadan bir ədəd dəyəri 804 (səkkiz yüz dörd) manat olan “TV-109 ek. TAYBE smart TB4392RBK televizoru, dəyəri 780 (yeddi yüz səksən) manat olan p\y HAYZER 6 kq HWM6022SİİVEQ paltaryuyan maşınını, dəyəri 852 (səkkiz yüz əlli iki) manat olan TV VEQAS 03881503 markalı televizoru, dəyəri 888 (səkkiz yüz səksən səkkiz) manat olan “NESKO” 70,23 markalı soyuducunu yəni, ümumi dəyəri 3324 (üç min üç yüz iyirmi dörd) manatlıq məişət əşyalarını tərəfindən tərtib olunmuş qrafiq üzrə 1 il müddətinə ödəniş etmək şərti ilə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Həmin vaxt sənədləşməyə nisyə götürən və zaminlər şəxsən imza atmışlar. Müqavilə bağlanan zaman pulu vaxtında ödəməyə nisyə götürən söz versə də, pulu vaxtında ödəməmiş, bundan yayınaraq, “Nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə əməl etməmiş, tərtib olunmuş qrafiq üzrə heç bir ödəniş yerinə yetirməmişdir. Hazırda mal alanın mağazaya 3324 (üç min üç yüz iyirmi dörd) manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehlərlə əlaqə yaradılsa da, bu barədə xəbərdarlıq edilsə də, müqavilənin şərtlərinə əməl etmələri tərəflərindən tələb olunsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərə bu barədə rəsmi qaydada xəbərdarlıq məktubları da göndərilmişdir. Lakin buna da laqeyd münasibət göstərilmişdir. Bununlada cavabdeh mağazaya bu gün də ziyan vurmaqda davam edirlər. Bundan başqa cavabdeh tərəfindən mağazadan mal götürülən zaman mağazaya ödənişi vaxtı-vaxtında yerinə yetirməyəcəyi təqdirdə 350 (üç yüz əlli) manat dəbbə pulu da mağazanın xeyrinə ödənilməsi öhdəliyi “Nisyə alqı-satqı” müqaviləsinə qeyd edilmiş, bu barədə məlumatlandırılmış, buna nisyə götürən şəxsən imza da etmişdir. Buna görə də nisyə götürəndən dəbbə pulunun və məhkəmədə işə baxılması ilə bağlı dövlət rüsumunun da, alınıb onun xeyrinə verilməsini istəyir. Çünki, nisyə götürənin laqeyd münasibəti üzündən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 30 oktyabr 2023-cü il tarixli, 171 nömrəli İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ümumi dəyəri 3324 (üç min üç yüz iyirmi dörd) manat olan əşyalar almışdır. Cavabdehin ödənilməmiş qalıq borcu 3324 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozduğu halda məhkəməyə verilən zaman 350 (üç yüz əlli) manat dəbbə pulu ödəməli olduğu qeyd edilmişdir. 30 oktyabr 2023-cü il tarixli, 171 nömrəli İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, “Nisyə verən” ilə Cavabdeh2 arasında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə müqaviləsi” ilə əlaqədar olaraq “Nisyə alan” “Nisyə verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Nisyə alan” ilə birlikdə “nisyə verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə alqı-satqı” müqaviləsidir. Təmin edilən müqavilənin predmeti 3324 manat məbləğində borc təşkil edir. Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti “Nisyə alan” “Nisyə verən” qarşısında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə alqı-satqı müqaviləsi” və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirəcəkdir. “Zamin” “Nisyə alanın” “Nisyə verən” qarşısında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə müqaviləsi” üzrə “Nisyə verənə” olan kredit və ona hesablanmış faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və “Nisyə alan”ın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Nisyə verən”ə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Nisyə alan”la eyni həmcdə məsuliyyət daşıyır. 30 oktyabr 2023-cü il tarixli, 171 nömrəli İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, “Nisyə verən” ilə Cavabdeh3 arasında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə müqaviləsi” ilə əlaqədar olaraq “Nisyə alan” “Nisyə verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Nisyə alan” ilə birlikdə “nisyə verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə alqı-satqı” müqaviləsidir. Təmin edilən müqavilənin predmeti 3324 manat məbləğində borc təşkil edir. Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti “Nisyə alan” “Nisyə verən” qarşısında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə alqı-satqı müqaviləsi” və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirəcəkdir. “Zamin” “Nisyə alanın” “Nisyə verən” qarşısında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış 171 saylı “Nisyə müqaviləsi” üzrə “Nisyə verənə” olan kredit və ona hesablanmış faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və “Nisyə alan”ın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Nisyə verən”ə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Nisyə alan”la eyni həmcdə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və elektrik avadanlıqlarını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəllərində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmiş və nəticədə onun İddiaçı 3324 (üç min üç yüz iyirmi dörd) manat əsas borcu qalmış, qalıq borca 350 (üç yüz əlli) manat dəbbə pulu hesablanmışdır. Alqı-satqı müqaviləsinin təminatı olaraq zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3324 (üç min üç yüz iyirmi dörd) manat əsas borcdan ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, 3326 (üç min üç yüz iyirmi altı) manat pul tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3324 (üç min üç yüz iyirmi dörd) manat əsas borc, 2 (iki) manat cərimə məbləği və məhkəmə xərci qismində ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3380 (üç min üç yüz səksən) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2610/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2610/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver