Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2612/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 və Gəncə 1 saylı Notariat ofisinə qarşı “2V-1-181 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyənetdim: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən *2.11.2*15-ci il tarixdə Cavabdeh1 verilmiş 2V-1-181 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən *2.11.2*15-ci il tarixdə Cavabdeh1 verilmiş 2V-1-181 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşlər. Lakin iddia ərizəsinə əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 18.*1.2*22-ci il tarixli, 2(*44)-227/2*22 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 13.11.2*15-ci ildə vəfat etmiş X2 qanun üzrə vərəsələri tanınmışlar. Cavabdeh1 13.11.2*15-ci il tarixdə vəfat etmiş X2 vəsiyyət üzrə vərəsəsi tanınmışdır. 13.11.2*15-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən miras evdə İddiaçı3 1/8 hissədə, İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, Cavabdeh1 isə 5/8 hissə payları müəyyən edilmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2*22-ci il tarixli *2/2*22 saylı qərardadında formalaşdırdığı hüquqi mövqeyə əsasən ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3.-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, verilmiş tələbin mülki icraat qaydasında icraata götürülməsindən imtina edilməlidir. Başqa sözlə iddiaçının mübahisələndirdiyi əqdin əsaslığına məhkəmə tərəfindən ayrıca icraata baxılmış və ona hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə hesab edirəm ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 və Gəncə 1 saylı Notariat ofisinə qarşı “2V-1-181 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Həmçinin məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı1 tərəfindən ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 və Gəncə 1 saylı Notariat ofisinə qarşı “2V-1-181 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı1 tərəfindən ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2612/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2612/2022
20.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver