Məhkəmə qərarları › İş №2(125)-264/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-264/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-264/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iclaslarında iştirak etməyən iddiaçının qeydiyyatda olduğu, həmçinin yaşadığı ünvana məhkəmə bildirişləri göndərilməklə iddia tələbinin dəqiqləşdirilməsi, iddia ərizəsinin nəticə hissəsində göstərilən 5000 manat pulun xx.xx.2020-ci il tarixli müqavilə, yoxsa xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb edilməsini aydınlaşdırmaq üçün məhkəmə iclasında iştirakının zəruri olduğu bildirilmiş, lakin iddiaçı poçt vasitəsilə məhkəməyə teleqramlar ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini bildirərək iddianın tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə bildirişlərindən xəbərdar olmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və sözügedən məsələyə münasibət bildirməmişdir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizənin məzmunu MPM-in 149-cu maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, yəni iddia ərizəsinin nəticə hissəsində xahişin nədən ibarət olduğu, daha dəqiqi - iddiaçı tərəfindən iddia ərizəsinin nəticə hissəsində göstərilən 5000 manat pulun hansı müqavilə, xx.xx.2020-ci il tarixli müqavilə, yoxsa xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb edilməsi konkret göstərilmədiyindən və iddiaçı məhkəmə iclasında bu nöqsanı aradan qaldırmadığından, belə halda isə iddia ərizəsini məhkəmə baxışına təyin edib baxmaq mümkün olmadığından hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar