Məhkəmə qərarları › İş №2(125)-2655/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2655/2023

17.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2655/2023 17.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su borcu olan müvafiq məbləğin silinməsi əvvəlki qəbz üzrə su borcu 272.26 manat məblğ ilə əvəz olunması, sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı su borcu olan müvafiq məbləğin silinməsi, əvvəlki qəbz üzrə su borcu 272.26 manat məblğ ilə əvəz olunması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su borcu olan müvafiq məbləğin silinməsi əvvəlki qəbz üzrə su borcu 272.26 manat məblğ ilə əvəz olunması, sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra aidiyyatı qaydalara riayət etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar