Məhkəmə qərarları › İş №2(125)-2661/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2661/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2661/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı X4 cavabdeh X2 iştirakı ilə, X4 X5 qarşı «nikahın pozulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 və X7 23 dekabr 2011-ci il tarixdə Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsində nikah bağlamışlar. X1 Elnur Ələmdar oğluna qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı G.V.Pənahova iddianı müdafiə edərək və nikahın pozulmasında təkid edərək, bildirdi ki, o, cavabdeh E.Ə.Əhmədovla 23 dekabr 2011-ci il tarixdə nikaha girmiş və onlar nikahlarını həmin tarixdə qeydə aldırmışlar. Nikah bağlandıqdan bir müddət sonra onların münasibətləri pisləşmiş və aralarında mübahisələr yaranmışdır. Artıq uzun müddətdir ki, onlar cavabdehlə ayrı yaşayır. Hazırki vəziyyətdə onların nikah münasibətlərini bərpa etmələri mümkün deyildir. Sonda G.V.Pənahova barışıq üçün vaxt verilmədən nikahın pozulması və 22 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Həmçinin G.V.Pənahova həmin uşağın saxlanması üçün E.Ə.Əhmədovdan aliment tələb etmədiyini və bu barədə qərar qəbul olunmasını istəmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh E.Ə.Əhmədov iddianı qəbul etdiyini bildirərək, iddiaçı X8 ilə aralarında olan nikahın barışıq üçün vaxt verilmədən pozulması və 22 oktyabr 2007ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında saxlanılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2 və 21.1-ci maddələrinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Buna görə də məhkəmə 22 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında qalmasına cavabdehin razılığını, uşağın yaşını və digər mənafelərini nəzərə alaraq, hesab edir ki, nikah pozulduqdan sonra 22 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında qalması müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X4 iddiası təmin edilsin. X8 və X7 arasında 23 dekabr 2011- ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 918 nömrə ilə qeyd edilmiş nikah pozulsun. 22 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3 anası X4 yanında qalması müəyyən edilsin. X6 və X5 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar