Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2666/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4000 manat borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc məbləği olan 4000 manat miqdarında vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə ailə tanışlıqları olmaqla bərabər, onun Gəncə şəhərində makler fəaliyyəti ilə məşğul olduğunu da bilmişdir. Özü şəhid ailəsidir, oğlu 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Elsevərdən xahiş etmişdir ki, Gəncədə gözəllik salonu olan obyekt satan olsa, işlətmək üçün alacaqdır. Cavabdeh ondan 2023-cü ilin may ayının ortalarında gözəllik salonu almaq adı ilə 10000 manat pul almışdır. Bir müddət keçəndən sonra məlum olmuşdur ki, o, sui-istifadə və aldatma yolu ilə onun pulunu ələ keçirməklə şəxsi mənafeyi üçün istifadə etmişdir. 2024cü ilin təqribən iyun-iyul aylarında Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin işçiləri ondan alınan 10000 manat puldan 6000 manatını alıb ona ödəmişdirlər. Qalan 4000 manat ödənilməyən puluna dair xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 6 saylı notariat ofisində rəsmi qaydada xx.xx.2024-cü il tarixdə qaytarmaq şərtilə cavabdehin iştirakı ilə 4 ay müddətinə borc müqaviləsi bağlamışdırlar. Borc alan borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi borcunu qaytarmamışdır. Cavabdehə 4000 manat borcu qaytarması barədə poçt vasitəsilə yaşadığı ünvana məktub göndərsə də, bu günə kimi borcunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə mahiyyəti üzrə baxılıb məhkəmə iclası tamamlandıqdan sonra cavabdeh tərəfindən işin təxirə salınması barədə məhkəmə teleqram daxil olmuşdur. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək 10 günə borcunu ödəyəcəyini göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər 6 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, 3M-661 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4000 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. 000416 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququn vardır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 4000 manat məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh 4000 manat məbləği xx.xx.2024-cü il tarixədək qaytarmasını öhdəsinə götürsə də aldığı pulu qaytarmayaraq müqavilənin şərtlərini pozmuş, öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunaraq, cavabdehdən 4000 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 60 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2666/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2666/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver