Məhkəmə qərarları › İş №2(125)-2674/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2674/2022

31.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2674/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 6 nömrəli Notariat Kontoruna qarşı “mirasın qəbulu və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 6 nömrəli Notariat Kontoruna qarşı “mirasın qəbulu və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və iddiaçının xahişindən aydın olur ki, o, mirasın qəbulu faktı və mirasda payın müəyyən edilməsini müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin forma və məzmuna əməl etməmişdir. İddiaçı notariat kontoruna ərizə ilə müraciət etmiş, lakin işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı notariat kontoruna müraciət etməsinə dair ərizəni iddia ərizəsinə əlavə esə də və həmin ərizəsinə notariat orqanı tərəfindən cavab verilməməsini qeyd etsə də, həmin ərizənin notariat orqanına göndərilməsini və catdırılmaısı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı mirasın mövcudluğuna dair heç bir sübut məhkəməyə təqdim etməmiş yalnız daşınmaz əmlakın dövlət reyestri orqanının miras əmlak barədə sənədlərin surətinin verilməsindən imtinasını məhkəməyə təqdim etməklə kifayətlənmiş, mərhum X1 hüquqi varisi kimi həmin sənədləri əldə etmək hüququ olduğu halda reyestr orqanının imtinasından şikayət etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh Gəncə şəhəri 6 nömrəli Notariat Kontoruna qarşı “mirasın qəbulu və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar