Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2679/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı Zeynalabdin qızının iştirakı ilə, İddiaçı Zeynalabdin qızının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz haalları ondan ibarətdir ki, 29.*4.2**5-ci ildə X1 Məlahət Zeynalabdı qızı ilə nikah bağlamışdır. 16 iyul 2*21-ci il tarixdəX8 həmin tarixdə saat 14:**da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur. 17 iyul 2*21-ci il tarixdə X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir. X8 27.*7.2*22-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən İddiaçı ölmüş təqsirləndirilən şəxs X5 hüquqi varisi qismində tanınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(1**)-77/2*22 nömrəli, 17.1*.2*22-ci il tarixli hökmü ilə ölmüş təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı Zeynalabdin qızı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində mərhum əri X6 vurulmuş maddi zərər görə 5**** manat, mənəvi zərərə görə 5*.*** manat pulun Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həmin hökmdən apellyasiya şikayəti və protesti verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Göründüyü kimi ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona və mərhum əri X6 xeyli miqdarda zərər dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində mərhum əri X5 hüquqları pozulmuş, əsassız yerə cinayət təqibinə və qətimkan tədbirinə məruz qalmışdır. Həmçinin mərhum əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona İİ qrup əlil statusu verilmişdir. Mərhum əri X5 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəticəsində o Gəncə şəhərinin hüdudlarından kənara çıxa bilməmiş və nəticədə müəyyən müalicələri ala bilməmişdir. Halbuki, onun müalicələrinin əksəriyyəti Bakı şəhərində olmuşdur. Bütün bu göstərilən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ilk növbədə ailəsi əsas gəlir mənbəyindən məhrum olmuşdur. Belə ki, mərhum əri rayonlara və Bakı şəhərinə meyvə-tərəvəz aparmaqla ailəmizi dolandırmış və aylıq qazancı 1***-15** manat arası gəlir əldə etmişdir. Mərhum əri X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri müddətində 16 iyul 2*21-ci il tarixdən 27 iyul 2*22-ci il tarixədək ticarət fəaliyyəti ilə məşğul olsaydı ən aşağı 15.*** (on beş min) manat pul qazanmış olardı. Çünkü qətimkan tədbiri seçilməmişdən əvvəl mərhum əri Müşfiq Vəliyevin ticarətdən əldə etdiyi aylıq gəlir 1***-15** manat təşkil etmişdir. Göründüyü kimi ona və ailəsinə xeyli miqdar ziyan dəymişdir. Bunun nəticəsində mərhum əri, o və yetkinlik yaşına çatmamış uşaqları mənəvi sarsıntı keçilmiş, işgüzar nüfuzuna xələl gəlmişdir. İbtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində mərhum əri Müşfiq Vəliyevin səhhətinə ciddi ziyanlar dəymiş, vaxtlı-vaxtmda müayinə və müalicə ala bilməmiş və nəticədə vaxtından əvvəl vəfat etmişdir. Bundan əlavə mərhum əri Müşfiq Vəliyev barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəticəsində gəlirimizdən məhrum olmuş və ailəmizin maddi vəziyyəti pisləşmiş, əlimizdə hər hansı bir vəsait qalmamışdır. Bundan əlavə, ailələri mənəvi sarsıntılar keçirmişdir. O, hazırda yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış, qohumlar və qonşular onlardan uzaqlaşıblar. Eyni zamanda yaxın çevrələri və onalrı tanıyan insanların onlara qarşı münasibəti dəyişmiş və bizə qarşı mənfi rəy formalaşmışdır. Yaxın ətrafındakı şəxslərin onlara olan inam və etibarı şübhə altına düşmüşdür. Belə ki, hər birinin təsəvüründə mərhum əri Müşfiq Vəliyev “Cinayətkar” və narkotik alverçisi kimi canlanır. Son nəticədə mərhum ərinin təqsirsizliyi sübuta yetirilərək bəraət alsa da, uzun müddət ərzində yaddaşımdan heç vaxt silinməyəcək əsassız bir iz qalmışdır. Bütün bunlar onun ağır mənəvi sıxıntı və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Halbuki, hər bir insanın azadlığı və sağlamlığı heç bir dəyərlə ölçülə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: 28-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 11*1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ali Məhkəmənin Plenumunun *3 noyabr 2**8-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 1*-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia maddi zərər hissəsində rədd edilməlidir. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçildiyi və bəraət alan X8 ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasınə və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizliklə X5 xəstəliyi və ya vəfatı arasında səbəbli nəticə əlaqəsinin olması və (ya) cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi, iddiaçının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərər hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227,238, 24*, 358, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Zeynalabdin qızının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2679/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2679/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver