Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2687/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu zərərin əvəzi olaraq 1605 (bir min altı yüz beş) manat pulun və 37 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 31 noyabr 2012-ci il tarixində zamin duraraq “Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatından illik 32 faiz olmaqla 12 ay müddətinə 1000 (bir min) ABŞ dolları məbləğində kredit götürmüşlər. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir, bu səbəbdən ona Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-618/2014 saylı 24 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 870,20 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. Qətnamənin icrası məqsədi ilə icra vərəqəsi əsasında 870,20 ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş 20 manat dövlət rüsumu və 61,74 ABŞ dolları məbləğində icra ödənişi iddiaçının əmək haqqından tutulmuşdur. Həmin məbləğ dolların bu günə olan məzənnəsi ilə 1605 (bir min altı yüz beş) manat məbləğində iddiaçının əmək haqqından tutulmuşdur. İddiaçı, əmək haqqından tutulan məbləği dəfələrlə cavabdehdən tələb etsə də, bugünədək cavabdeh iddiaçının əmək haqqından tutulan məbləği qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 2014-cü ildə cavabdehə zamin durmuşdur ki, maşın alsın, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi üçün onun kredit borcu iddiaçının əmək haqqından tutulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-618/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə Cavabdeh və İddiaçı Müzəffər qızından müştərək qaydada əsas borc 705 ABŞ dolları, faiz borcu üzrə 87,85 ABŞ dolları, cərimə üzrə 77,35 ABŞ dolları olmaqla cəmi 870,20 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzində 20 manat tutularaq Məhdud Məsuliyyətli “Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatına verilməsi əmr edilmişdir. Həmin məhkəmə əmri ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli, **********3283 saylı kredit müqaviləsinə əsasən hazırki iş üzrə cavabdehə Məhdud Məsuliyyətli “Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatı tərəfindən illik 32 faiz ilə, 12 ay müddətinə 1000 ABŞ dolları kredit verilmiş və həmin müqavilənin təminatı kimi iddiaçı ilə xx.xx.2012-ci il tarixli, **********3283-949500 saylı zaminlik müqaviləsi bağlanmışdır. Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli “İcra ödənişinin alınması haqqında” qərara əsasən tələb müəyyən olunmuş vaxt ərzində könüllü icra edilmədiyindən borclular Cavabdeh və İddiaçı 61,74 ABŞ dolları məbləğində icra ödənişi alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 18 may 2021-ci il tarixli, K.B 41362/2014 nömrəli məktub göndərilərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-618/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı həmin müəssisədə tibb bacısı işlədiyindən 870,20 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumunun borclu İddiaçı əmək haqqısının 50%-nə yönəldilərək, tələbkar “Finca Azerbaijan” QBKT-nin bank hesabına köçürülməsi, həmçinin borc qurtardıqdan sonra borc məbləğinin 7%-i həcmində icra ödənişinin alınması, yəni borclunun əmək haqqısından 61,74 ABŞ dolları məbləğində pul tutulub Gəncə Şəhəri üzrə İcra İdarəsinin depozit hesabına köçürülməsi və bu barədə rəsmi məlumat verilməsi xx.xx.2012-ci il tarixli, **********3283 saylı xahiş edilmişdir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6 X1 adına xəstəxana tərəfindən verilmiş 27 may 2022-ci il tarixli arayışdan və ödənişi təsdiq edən mühasibat sənədindən görünür ki, borclu İddiaçı əmək haqqından 2(044)- 618/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Məhdud Məsuliyyətli “Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının hesabına 870,20 ABŞ dolları məbləğində borc, 20 manat dövlət rüsumu və 61,74 ABŞ dolları (cəmi 1604,2 manat) məbləğində icra ödənişi ödənilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli, ÜQ41362/2014 nömrəli məktubundan və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Quliyevin xx.xx.2023cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-618/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, Məhdud Məsuliyyətli “Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Kredit Təşkilatı ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək borclu və zamindən müştərək qaydada pulun tutulmasını tələb etmiş və məhkəmənin əmrinə əsasən yaranmış borcun borclu və zamindən müştərək qaydada tutulması əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldildikdən sonra əsas borclu Cavabdeh tərəfindən borcun ödənilməsi icra edilməmişdir. Bundan sonra tələb digər borclu (zamin) İddiaçı əmək haqqına yönəldilmiş, onun əmək haqqından 1605 manat (870,20 ABŞ dolları borc + 61,74 ABŞ dolları icra ödənişi + 20 manat dövlət rüsumu) pul tutularaq banka ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətində zamin olan və həmin kredit üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini və icra xərcini ödəmiş İddiaçı borclunun əvəzinə öhdəliyi icra etdiyi həcmdə pul tələbini borclu (cavabdeh) Cavabdeh qarşı irəli sürməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh məhkəmə bildirişini alsa da məhkəmə iclasına gəlməmiş, məhkəməyə zaminin borclu ilə müqaviləsində hər hansı ayrı qaydanın nəzərdə tutulduğunu və onlar arasında münasibətlərdən ayrı qaydanın irəli gəldiyini təsdiq edən, ümumiyyətlə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1605 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36,05 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş zərərin əvəzi qismində 1605 (bir min altı yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 36,05 (otuz altı manat, beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2687/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2687/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver