Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2708/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12 aprel 2013-cü il tarixli, 10-M-1-0-555-13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.636 ABŞ dolları 30 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.958 ABŞ dolları 96 sent, cərimə qismində 2.900 ABŞ dolları 31 sent, 12 oktyabr 2014-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faiz dərəcəsi ilə hesablanmış 800 ABŞ dolları 90 sent, cəmi 7.296 ABŞ dolları 47 sent, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 127 manat 21 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 10 qram çəkidə qolbağıdan və üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, saışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12 aprel 2013-cü il tarixli, 10-M-1-0-555-13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.636 ABŞ dolları 30 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.958 ABŞ dolları 96 sent, cərimə qismində 2.900 ABŞ dolları 31 sent, 12 oktyabr 2014-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faiz dərəcəsi ilə hesablanmış 800 ABŞ dolları 90 sent, cəmi 7.296 ABŞ dolları 47 sent, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 127 manat 21 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 10 qram çəkidə qolbağıdan və üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, saışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.D.İsmayılov ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğuna görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 127 manat 21 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12 aprel 2013-cü il tarixli, 10-M-1-0-555-13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.636 ABŞ dolları 30 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.958 ABŞ dolları 96 sent, cərimə qismində 2.900 ABŞ dolları 31 sent, 12 oktyabr 2014-cü il tarixindən 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faiz dərəcəsi ilə hesablanmış 800 ABŞ dolları 90 sent, cəmi 7.296 ABŞ dolları 47 sent, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 127 manat 21 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 10 qram çəkidə qolbağıdan və üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, saışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2708/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2708/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver