Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-273/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 7.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 4.500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə 2022-ci ilin əvəllərində atası X1 vasitəsilə tanış olmuşdur. Tanış olduqdan bir müddət sonra Cavabdeh1 ondan borc pul istəmiş və borcunu 2 ay ərzində qaytaracağını bildirmişdir. Beləliklə, X3 ilə Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində Cavabdeh2 zaminliyi əsasında 7.000 manat pul məbləğinə dair kredit müqviləsi bağlanmışdır. Cavabdeh1 borc aldığı 7.000 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh1 hissə-hissə olaraq 2.500 manat məbləğində pul vəsatini X2 qaytarmışdır. Lakin Cavabdeh1 qalan məbləği ödəməkdən yayınmışdır. Cavabdeh1 dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər ona olan borcunu ödəməmişlər. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, onunla İddiaçı arasında Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində 7.000 manat pula dair kredit müqaviləsi bağlanmasına baxmayaraq, iddiaçı ona 5.000 manat pul məbləğində borc vermişdir. Belə ki, müqavilə rəsmiləşdirildikdən sonra onlar notariat ofisindən çıxmış və iddiaçı avtomobildə olarkən 2.000 manat pulu ondan geri almışdır. Aralarında olan şifahi razılaşmaya görə İddiaçı aldığı 5.000 manat pul müqabilində 7.000 manat ödəməyi öhdəsində götürmüşdür. Borc müqaviləsində 5.000 manatdan əlavə qeyd olunan 2.000 manat məbləğində pul vəsaiti əsl həqiqətdə görünməyən faiz olmuşdur. Beləliklə onun, İddiaçı 5.000 manat faktiki olaraq borcu olmuş, həmin borcdan da 4.500 manat məbləğini ödəmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 1.000 manat pulu kart vasitəsilə, 1.000 manat pulu isə nəğd qaydada iddiaçıya vermişdir. Onun iddiaç ödənilməmiş borcu 500 manat təşkil edir. Sonda Cavabdeh1 iddianın qismən təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 7.000 manat məbləğində pul vəsaitini notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə Cavabdeh1 borc vermiş, Cavabdeh1 həmin pul vəsaitini xx.xx.2022-ci il tarixidək bütöv şəkildə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 3M-403 reyestr nömrəli kredit müqaviləsinin təminatı kimi borcalan Cavabdeh1 ilə birgə borcverən İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götümüşdür. Bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvəyyə minir və kredit müqaviləsinin qüvəddə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq, İddiaçı Ç,N.İsmayılova 7.000 manat məbləğinə pul vəsaitini borc vermiş, Cavabdeh1 isə həmin borcu xx.xx.2022-ci il tarixədək S.Z.İsmayılova qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 qeyd olunan müqavilə üzrə öhdəliyin icrası vaxtı ərzində Cavabdeh1 tərəfindən icra edilməsində dair İddiaçıla xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, qeyd olunan xüsusatla əlaqədar İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf tərəti gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə etitaf olunur, həmin ərizə işə tilkilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi Z.İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 2.500 manat, verilmiş pul vəsaitinin Cavabdeh1 qalması ilə əlaqədar əlavə 3.500 manat, cəmi 6.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən İddiaçı ödənildiyini bildirmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndində tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun alınması ilə əlaqədar faiz borcu üzrə hər hansı öhdəliyin yaranması müəyyən edilməsə də, iddiaçının nümayəndəsi Z.İddiaçı ödənilmiş vəsaitin 3.500 manat məbləğində hissəsinin məhz pul vəsaitinin Cavabdeh1 qalması ilə əlaqədar İddiaçı verildiyini bildirmiş və həmin pul vəsaiti ilə birlikdə Cavabdeh1 S.Z.İsmayılova cəmi 6.000 manat məbləğində pul vəsaiti ödəməsi faktını etiraf etmişdir. Bununla da Cavabdeh1 6.000 manat məbləğində pul vəsaitini S.Z.İsmayılova ödəməsini sübut etmək vəzifəsindən azad olunmuş, S.Z.İsmayılovun isə həmin pul vəsaitini hansı məqsədlə ona ödənilməsini sübut etmə vəzifəsi yaranmışdır. Lakin S.Z.İsmayılov 6.000 manat məbləğində pul vəsaitinin 3.500 manat məbləğində hissəsinin ona digər məqsədlərlə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borcun 2.000 manat məbləğində hissəsinin dərhal, qalan məbləğin 4.500 manat hissəsini isə müxtəlif vaxtlarda İddiaçı qaytarmasını bildirsə də, yalnız İddiaçı olan borcunun 4.500 manat məbləğində hissəsini qaytarmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə kifayətlənmiş, 2.000 manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçının nümayəndəsi Z.İddiaçı Cavabdeh1 İddiaçı cəmi 6.000 manat məbləğində pul vəsaiti verməsi faktını etiraf etdiyinə və həmin məbləğ 4.500 manat məbləğində pul vəsaitini əhatə etdiyinə görə həmin sübutların tədqiq edilməsi zəruri deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiası yalnız Cavabdeh1 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair hissədə əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı zamin qismində Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəməyə ərizə verilərkən ödənilməli olan dövlət rüsmunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 (bir min) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1 ödənilməli olan dövlət rüsmunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-273/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-273/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver