Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2748/2025 02.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə dostluq münasibətində olmuşdur. Cavabdeh ona televizor almaq istədiyini bildirərək, ondan “Kontakt Home” mağazasından öz adına onun üçün kreditə televizor götürməyini xahiş etmiş, lakin krediti özü ödəyəcəyini bildirmişdir. O, cavabdeh ilə razılaşaraq öz adına “Kontakt Home” mağazasından 1 ədəd 630 manat dəyərində televizoru 18 aylıq kreditə rəsmiləşdirərək, həmin televizoru cavabdehə razılaşdıqları qaydada verdi. Cavabdeh mağazadan götürdüyü televizorun kreditini ödəyəcəyini bildirsə də, bu günədək verdiyi sözə tam əməl etməmiş, 6 aydan artıqdır ki, həmin televizorun pulu ödəmədiyindən kredit məbləğinin üstünə faizlər və cərimələrlə 250 manat məbləğində pul əlavə edilmişdir. Bu barədə şikayəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində Cavabdeh öz verdiyi izahatı da vardır. Dəfələrlə o cavabdehə ona kreditə alıb verdiyi televizorun ödənilməyən 450 manatını tələb etməyinə baxmayaraq, verəcəyini söz versə də, bu günədək kreditin qalan hissəsini faizləri və cərimələri ilə birlikdə nə ödəmiş, nə də ki, pulunu vermişdir. O isə mağazaya olan borcundan faizləri, cəriməsi ilə birgə artıq pul ödəməli olmuşdur. Bu gün cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, onun mağazaya faizləri və cərimələri ilə birlikdə 450 manat məbləğində borcum yaranmışdır və həmin borcu da o ödəməli olur. Məhkəmədə İddiaçı izahat verərək bildirdi ki, cavabdeh borcun bir qismini ödəyib və hazırda onun 350 manat borcu qalıb. Məhkəmədə Cavabdeh iştirak etmiş 350 manat borcun qaldığını və həmin borcu ödəyəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin verdiyi izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəmədə ona qarşı irəli sürülən 350 manat məbləğində pul tələbini qəbul etdiyini və iddianın 350 manat məbləğində pul tələbi hissədə təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Öz növbəsində iddiaçı da mövcud borcun 350 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə MPM-in 220.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, iddia edilən 450 manat borcdan 350 manat məbləğində borcun qaytarılması tələbi əsaslıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 350 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 350(üç yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2748/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2748/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver