Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2754/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 3.810 manat və həmin məbləğin yarım illik faizi olan 20 manat 50 qəpik məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırda tərəflər məhkəməyə ərizələrlə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:
1. Cavabdeh İddiaçı ödənilməmiş borca görə İddiaçı 3.800 (üç min səkkiz yüz) manat borclu olduğunu etiraf edir və İddiaçı 01 iyun 2023-cü il tarixdən başlayaraq, 38 (otuz səkkiz) ay ərzində, hər ay 100 (bir yüz) manat olmaqla cəmi 3.800 (üç min səkkiz yüz) manat pul vəsaitini ödəməyi öhdəsinə götürür;
2. İddiaçı ödənilməmiş borca görə Cavabdeh ona cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində borcu olduğunu qəbul edir və həmin borcu 01 iyun 2023-cü il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat olmaqla, 38 (otuz səkkiz) ay müddətinə Cavabdeh hissə-hissə qəbul etməyi öhdəsinə götürür;
3. İddiaçı öhdəsinə götürür ki, Cavabdeh ona cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini ödəməsi müqabilində pul tələbi ilə əlaqədar Cavabdeh qarşı bu sazişin bağlandığı tarixədək yaranmış əsaslar üzrə gələcəkdə hər hansı tələb və ya iddia irəli sürməyəcəkdir;
4. Cavabdeh bu Sazişin 1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni 01 iyun 2023-cü il tarixdən başlayaraq 38 (otuz səkkiz) ay müddətində - hər ayın 01-dən gec olmamaqla hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini İddiaçı ödəməməsi və ya ödəniş qaydasını və vaxtını dalbadal 2 (iki) ay ərzində pozması, X3nin icraya yönəldilməsinə və cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitinin (və ya ödənilməmiş hissəsinin) birdəfəlik qaydada Cavabdeh İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;
5. Cavabdeh X3nin təsdiq edilməsi barədə məhkəmə qərardadı icra yönəldildiyi təqdirdə, həmin icra sənədini icra etməməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmasından xəbərdar olduğunu bildirirlər;
6. İddiaçı və Cavabdeh etiraf edirlər ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münasibətlərdən əmələ gəlmiş əsaslar üzrə bu Sazişin 1 və 2-ci bəndlərində göstərilmiş məbləğdən başqa tərəflərin bir-birlərinə hər hansı digər borcu yoxdur;
7. İddiaçı öz öhdəsinə götürür ki, X3ni imzalamaqla o, Gəncə Şəhər Məhkəməsinin icraatında olan, Cavabdeh qarşı 3.810 manat və həmin məbləğin yarım illik faizi olan 20 manat 50 qəpik məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiasından və 2(125)-2754/2023 nömrəli mülki iş üzrə bütün tələblərindən imtina edir;
8. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;
9. X3 tərəflərin iradə ifadəsini əks etdirir.
10. X3 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Həmçinin tərəflər barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 122.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq, iddiaçının çəkdikləri məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh İddiaçı ödənilməmiş borca görə İddiaçı 3.800 (üç min səkkiz yüz) manat borclu olduğunu etiraf edir və İddiaçı 01 iyun 2023-cü il tarixdən başlayaraq, 38 (otuz səkkiz) ay ərzində, hər ay 100 (bir yüz) manat olmaqla cəmi 3.800 (üç min səkkiz yüz) manat pul vəsaitini ödəməyi öhdəsinə götürür;
2. İddiaçı ödənilməmiş borca görə Cavabdeh ona cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində borcu olduğunu qəbul edir və həmin borcu 01 iyun 2023-cü il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat olmaqla, 38 (otuz səkkiz) ay müddətinə Cavabdeh hissə-hissə qəbul etməyi öhdəsinə götürür;
3. İddiaçı öhdəsinə götürür ki, Cavabdeh ona cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini ödəməsi müqabilində pul tələbi ilə əlaqədar Cavabdeh qarşı bu sazişin bağlandığı tarixədək yaranmış əsaslar üzrə gələcəkdə hər hansı tələb və ya iddia irəli sürməyəcəkdir;
4. Cavabdeh bu Sazişin 1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni 01 iyun 2023-cü il tarixdən başlayaraq 38 (otuz səkkiz) ay müddətində - hər ayın 01-dən gec olmamaqla hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini İddiaçı ödəməməsi və ya ödəniş qaydasını və vaxtını dalbadal 2 (iki) ay ərzində pozması, X3nin icraya yönəldilməsinə və cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitinin (və ya ödənilməmiş hissəsinin) birdəfəlik qaydada Cavabdeh İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;
5. Cavabdeh X3nin təsdiq edilməsi barədə məhkəmə qərardadı icra yönəldildiyi təqdirdə, həmin icra sənədini icra etməməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmasından xəbərdar olduğunu bildirirlər;
6. İddiaçı və Cavabdeh etiraf edirlər ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münasibətlərdən əmələ gəlmiş əsaslar üzrə bu Sazişin 1 və 2-ci bəndlərində göstərilmiş məbləğdən başqa tərəflərin bir-birlərinə hər hansı digər borcu yoxdur;
7. İddiaçı öz öhdəsinə götürür ki, X3ni imzalamaqla o, Gəncə Şəhər Məhkəməsinin icraatında olan, Cavabdeh qarşı 3.810 manat və həmin məbləğin yarım illik faizi olan 20 manat 50 qəpik məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiasından və 2(125)-2754/2023 nömrəli mülki iş üzrə bütün tələblərindən imtina edir;
8. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;
9. X3 tərəflərin iradə ifadəsini əks etdirir.
10. X3 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddiaçının çəkdiyi məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
Hakim: Camal Quliyev