Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2755/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəğd şəkildə Cavabdeh borc olaraq verdiyi 5000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 70 manat və iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o və Cavabdeh Gəncə şəhər 23 saylı tam orta məktəbdə bir yerdə işləmişdirlər. O, həmin məktəbdə hal-hazırda tibb bacısıdır, cavabdeh isə həmin məktəbdə müəllimə olaraq işləyirdi. Bir ilə yaxındır ki, cavabdeh yaşı ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. Uzun illər aralarında yaxşı münasibət və inam olmuşdur. Onu yaxşı tanıdığı üçün həmişə onun səmimiyyətinə və dürüstlüyünə inanmışdır. Cavabdeh ondan xahiş edərək bildirmişdir ki, hal-hazırda ona 5000 manat məbləğində pul lazımdır. O, nəyə lazım olduğunu soruşmuş, Cavabdeh bildirmişdir ki, gəlininin qızıllarını lombarddan geri götürmək üçün kürəkənindən 5000 manat borc pul götürmüşdür və hal-hazırda həmin pula görə qızının ailəsində söz-söhbət vardır. Demişdir ki, Qızıgil evlərini təmir etdirirlər, pula ehtiyacları olduğu üçün təcili 5000 manat pulu qaytarmalıdır. O isə əmisi oğlunun adına bankdan kredit götürüb Cavabdeh 2023-cü ilin iyul ayında əlbəəl borc olaraq 5000 manat məbləğində pul vermişdir. Cavabdeh götürdüyü pulu öz xətti və imzası ilə təsdiq etmiş və həmin pulu hissə-hissə qaytaracağına dair söz vermişdir. Cavabdehlə dəfələrlə ona məxsus mobil nömrə ilə əlaqə saxlayaraq borcunu qaytarmasına dair danışıqları olmuş və həmin səs qeydlərini diskə köçürərək iddia ərizəsinə əlavə etmişdir. Beləliklə, cavabdehin ona 5000 manat məbləğində borcu yaranmışdır. O, Cavabdeh 5000 manat məbləğində borcunu qaytarmasına dair dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan yayınaraq dolayısı yollarla imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçı əmisi oğlunun adına bankdan kredit götürüb cavabdehə 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh özü də 5000 manat məbləğində borc pul aldığını etiraf etmişdir, cəmi 3 ay olmaqla 900 manat ödəniş etmişdir ki, o da iddiaçının bankdan götürdüyü faiz məbləğidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan 5000 manat məbləğində borc pul almışdır. Cəmi 1500 manat ödəmişdir. Bundan 600 manat sələmə çıxılmış, 900 manat isə əsas borcundan 3 ay hər ay 300 manat olmaqla ödəniş etmişdir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul aldığını və hissə-hissə qaytaracağını təsdiq etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 185454 nömrəli qəbzdən görünür ki, hüquqi xidmət göstərilməsinə görə İddiaçı tərəfindən 50 manat məbləğində ödəniş edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc almış, lakin borcunu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olundu ki, cavabdeh 5000 manat borcdan 900 manat ödəniş etmiş, hazırda mövcud olan 4100 manat borcunu iddiaçıya qaytarmamışdır. Cavabdeh tərəfindən iddiaçıya 900 manat pulun ödənilməsi iddiaçının nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir. İddiaçının nümayəndəsi ödənilmiş 900 manat pulun iddiaçı pulu bankdan götürdüyü üçün faiz borcuna ödədiyini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla belə cavabdeh iddiaçıya ümumilikdə 1500 manat ödədiyini ondan 600 manat sələmə çıxıldığını qalan 900 manatın isə əsas məbləğ üzrə ödənildiyini qeyd etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 5000 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında borc müqaviləsinə dair şifahi razılaşma üzrə iddiaçı tərəfindən 5000 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 900 manatı qaytarılsa da, 4100 manatının qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4100 manat pul və hüquqi yardıma görə ödənilmiş 50 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 61 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 50 manat və 61 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2755/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2755/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver