Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-277/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Təbriz küçəsi, ev 1, ünvanında yerləşən 48 nömrəli mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Əliyeva (Haqverdiyeva) Səma Bakir qızı 13 sentyabr 2018-ci il tarixdə cavabdehin nəvəsi X15 ilə ailə qurub, X11 valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Həmin evdə onun iki övladı dünyaya gəlmişdir. O, mənzilə köçən zaman mənzilin mülkiyyətçisi olan X8 6 ay idi vəfat etmişdi. Belə ki, mənzilin mülkiyyəyçisi X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 2021-ci ildə Cavabdeh və digərlərinin mənzilə vərəsəliyi müəyyən olunmuş və mənzil onlar arasında paylara bölünmüşdür. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 402/2021 saylı qətnaməsinə əsasən mənzil hərraca çıxarılmış və 03 dekabr 2021-ci il tarixli hərracda cavabdeh mənzili alaraq onun tək mülkiyyətçisi olmuşdur və mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə onun adına qeydiyyata alınaraq çıxarış verilmişdir. Hazırda Cavabdeh mənzildə yaşayan qaynansı, əri və mənzilin digər sakinlərini oradan çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Buna görə mənzildən istifadə hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının cavabdeh iddiaya etiraz edərək bildirdi ki, Səma həmin mənzildə qeydiyyatda deyil. Onların öz evləri var. Həmin Təbriz küçəsi, 1, mənzil 48 pulunu o, ödəyib. İsa Əliyevin özü, atası və anasının yaşadıqları həmin mənzili Şirinin qardaşı X9 alıb və onlar bu günə qədər həmin mənzildə kirayə pulu vermədən yaşayırlar. Onun Daşkəsən rayonu Bayan kəndində aldığı 4 otaqlı evi və yenidən əlavə təzə tikdirdiyi 2 otaqdan ibarət olan evi, 6 aylıq gəlin olan Pərvanə Tağıyevanın adma rəsmləşdirmişdir. Aldığı 4 otaqlı evi əsaslı təmir etdimişəm, dam örtüyünü söküb təzə tikinti materialları ilə yenidən tikmişdir. Bu gün onlar 6 otaqlı villada yaşayırlar. Onların yaşadığı Təbriz küçəsindəki mənzil üçün Şirinin payına düşən 15832 manat vərəsəlik pulunu 2021-ci ilin dekabr ayında ona vermişdir. Lakin onlar bu günə qədər mənzili boşaltmırlar. İddiaçının ərizəsinə cavab olaraq bildirir ki, İsanın, atasının, anasının və iddiaçının rahat yaşaması üçün bütün şəraiti olan 2 mərtəbəli 6 otaqlı villa kifayət edir. Adı göstərilən mənzilin sahibi X9 2024-cü ilin may ayında Rusiyadan köçüb gələcək, 4 övladı var və həmin mənzildə yaşayacaq. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, mülki işin hallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Gəncə ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 130696 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə akt qeydlər kitabında 559 nömrə ilə qeyd edilmişdir. İş materiallarında xx.xx.2018-ci il tarixli, AZ-İİ 295109 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X5 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə akt qüydlər kitabında 2069 nömrə ilə qeyd edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 2 ünvanında yerləşən 48 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 4821 nömrəli Sərəncamına əsasən X3 adına qeydiyyata alınaraq ona xx.xx.1993-cü il tarixli, 8186 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli, 3M-5- 618 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X1, ona xx.xx.1996-cı il tarixli, 8186 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-1473 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnaməsinə və xx.xx.2019-cu il tarixli, 2V-1474 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh (4/6 hissə), X7 (1/6 hissə) və X4 (1/6 hissə) pyalar göstərilməklə adlarına xx.xx.2019-cu il tarixli, **********32- 05101-093012 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarş verilmişdir. Hərrac Təşkilatının xx.xx.2021 -ci il tarixli 80/01 və 80/02 nömrəli Hərracın Yekunları barədə protokoluna əsasən Cavabdeh adına xx.xx.2021ci il tarixli, **********32-05101-093012 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarş verilmişdir. Gəncə şəhəri, Təbriz küçəsi, ev 1 ünvanında yerləşən 48 saylı mənzil ümumi sahəsi 88.5 kv.m, yaşayış sahəsi 60.2 kv.m olan dörd yaşayış otağından ibarətdir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evə istifadə hüququnun tanınmasını xahiş etmiş, tələbini xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçməsi ilə əsaslandırmışdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasını müəyyən etmək üçün hazırkı iş üzrə tərəflər arasında münasibətlərə xx.xx.2009-cu il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (30.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə iddiaçı xx.xx.2018-ci ildən köçdüyü mübahisəli mənzildən istifadə hüququnun tanınmasını xahiş etsə də, tətbiq edilməli olan mənzil və ailə qanunvericiliyinə əsasən, iddiaçını həmin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri- arvadı (əri), habelə onun uşaqları və valideynləri sırasına daxil olmaqla mülkiyyətçi ilə birlikdə orada yaşamasını və ya digər qohum olaraq yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs olmasını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-277/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-277/2024
25.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver