Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-279/2023 05.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı X1 və onun nümayəndəsi (vəkili) X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4550 manat pulun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan 4550 manatlıq telefon və pul almışlar. Həmin vəsaitin 4550 manat məbləği pul, digər 4550 manat hissəsi isə borc pul alaraq qaytarmağı öhdəsinə götürsə də bu günkü günədək borcunu qaytarmağı təmin etməmişlər. Dəfələrlə cavabdehlərə borcunu qaytarmağı tələb etsə də, borclarını qaytarmamışlar. Hazırda cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh ondan aldığı pulu almaqla və bu günkü gündə onu maddi zərərə saldığından əsassız olaraq varlanmışdır. Bu baxımdan pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək bildirdilər ki, iddiaçıya borcları qalmayıb, lakin etdikləri ödənişi təsdiq edəcək hər hansı sübutları yoxdur. Cavabdehlər hər biri ayrı-ayrılıqda iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə Cavabdeh1 verdiyi izahatdan görünür ki, 3 il öncə Elnarə adlı şəxsi övladının oxuduğu məktəbdən tanıyır. Bundan öncə ondan bir neçə dəfə mal almışdır. Daha sonra həmin şəxsdən faizlə pul alıb qaytarmışdır. 2020-ci ildə həyat yoldaşı Cavabdeh2 öncə 1000 manat, sonra 300 manat, daha sonra 500 manat, 3 ədəd “Samsung A72” markalı telefon götürüb. Ümumilikdə həmin pulları qaytardıqdan sonra ona ümumi 4550 manat borcları qalmışdır. 3 aydır ki, ona ayrılan sosial müavinət kəsildiyi üçün həmən məbləği ödəyə bilməmişdir. İş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə Cavabdeh2 verdiyi izahatdan görünür ki, Məmmədova Elnarəni yoldaşı Cavabdeh1 vasitəsi ilə tanıyır. Onlar Elnarədən bir müddət pul və mal almışlar. Həmin pulları qaytardıqdan sonra 1000 manat, sonra 300 manat, daha sonra 500 manat, 3 ədəd samsung A72 markalı telefon götürüb. Ona olan borcu ödədikdən sonra 4550 manat pul borcu qalmışdır. Hal-hazırda 3 aydır ki, ona ayrılan sosial müavinət kəsildiyi üçün həmən məbləği ödəyə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı mülkiyyətlərinə verdiyi pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində verdikləri izahatlarla cavabdehlər iddiaçıya 4550 manat borcları olduğunu etiraf etmişlər. Cavabdehlər həmin borcu ödədiklərini bildirsələr də, tələb edilən pul məbləğinin tam və ya qismən ödənilməsinə dair hər hansı sübut təqdim edilməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iş materialları ilə verilməsi təsdiqlənən 4550 manat pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4550 (dörd min beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat pul tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-279/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-279/2023
05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver