Məhkəmə qərarları › İş №2(125)-279/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-279/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-279/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **- MQ-*** dövlət qeydiyyat nişanlı, “Honda” markalı avtomobilinə vurulmuş ziyan kimi 2603 manatın, ödənilmiş dövlət rüsumu kimi 46 manatın və ərizənin tərtibi üçün ödənilmiş 50 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı avtomobili ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə ona məxsus **-MQ-*** dövlət qeydiyyat nişanlı, “Honda” markalı avtomobili ilə xx.xx.2024-cü il, saat 20:10-da Gəncə şəhəri, Nizami prospektində toqquşmuşdur. Qəza ilə bağlı araşdırma aparılmış, dəymiş ziyanla bağlı rəy verilmişdir. Nəticədə verilmiş rəyə əsasən ona məxsus avtomobilə 7603 manat dəyərində ziyan vurulması müəyyən edilmişdir. Avtomobilinə dəymiş ziyanın 5000 manatı "xxxx" tərəfindən ona ödənilmişdir. Qalan 2603 manatını isə cavabdeh ödəməli idi. Lakin cavabdehdən dəymiş ziyanı tələb edərkən o, ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, yolun qırağında işıqforda dayandığı yerdə cavabdeh maşını ilə gəlib vurmuşdur. Maşın hələ ustadan çıxmamışdır. Cavabdeh Xalidə və onun oğluna maşını düzəltdirməsi üçün köməklik etmələrini demiş, onlar isə heç nə etməyəcəklərini demişdirlər. Çörək aparmaq üçün Murova getməlidir, ancaq maşını olmadığı üçün gedə bilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Cavabdeh Gəncə şəhər BPİ-nin DYPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:10-da özünə məxsus “Hyundai” markalı **-BS-*** nömrəli avtomobili ilə Gəncə şəhəri, Nizami prospektində düzünə hərəkətdə olarkən sola dönən zaman qarşıdan gələn “Honda” markalı **-MQ-*** nömrəli avtomobillə toqquşmuş, xəsarət alan olmadığını göstərmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair "xxxx" ASC tərəfindən verilmiş hesabatdan görünür ki, “X2” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7603 manat məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, #001XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “X2” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Tucson markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-MQ-*** dövlət qeydiyyat nömrəli, “X2” minik markalı avtomobilə 7603 manat məbləğində zərər dəymişdir. Dəymiş zərərin bir qismi sığorta şirkəti tərəfindən ödənilmiş, ancaq cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2603 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin ərizənin tərtib olunması üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulmasına dair məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğdə pulun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 46 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edlsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2603 (iki min altı yüz üç) manat pul və ödənilmiş 46 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar