Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-280/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı vurulan ziyanın ödənilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vurulan ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun ünvan 1 ünvanında yerləşən mənzilinə vurduqları ziyanın əvəzi olaraq 2305 manat məbləğində pulun, 100 manat mütəxəssis rəyinə ödənilmiş pulun, 100 manat dövlət rüsumunun onlardan alınaraq dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Cavabdehlərdən Cavabdeh3 onun qonşusu, digər cavabdehlər isə onun obyektində kirayəçi olaraq biri ayaqqabı mağazası, digəri isə gözəllik salonu işlədir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun evinə ziyan dəymişdir. Belə ki, onun evi 4-cü mərtəbədə yerləşir. Cavabdeh3 su çəni onun evinin üzərində yerləşdirilib. Dəfələrlə onun su çənindən axan su onun evinə ziyan vurmuşdur. Bir neçə dəfə o, cavabdeh tərəfə xəbərdarlıq etmiş, lakin onlar buna məhəl qoymayaraq ona dəymiş ziyanı ödəmək istəmirlər. Hesab edir ki, 2305 manat dəyərində ziyan dəymişdir. İş üzrə Cavabdeh3 iddiaya yazılı etiraz vermiş və etirazda göstərmişdir ki, iddia tam əsasızdır və iddianı qəbul etmir. Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 2-ci döngə, ev 5, 2 saylı və 3 saylı mənzillər 20 ildən artıqdır ki, onun xüsusi mülküdür. Həmin mənzillər 4 mərtəbəli evin birinci mərtəbəsində yerləşir. O, həmin mənzilləri ticarət obyekti olaraq kirayə vermişdir. Mənzilin 1(bir) tonluq su çəni binanın damında quraşdırılıbdır. Su çəninin heç bir qüsuru yoxdur, istismara yararlıdır. İyirmi il ərzində su çənindən heç bir vaxt qonşuya ziyan dəyməmişdir. Bu günə kimi də qonşularından onun barəsində heç bir narazılıq və şikayətlər olmamışdır. İddiaçı Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 2-ci döngə, ev 5, 11 saylı mənzili təxminən 2024-cü il iyun ayında almışdır. İddiaçıdan əvvəl həmin 11 saylı mənzildə kirayəşinlər qalmışlar. İddiaçı mənzili alandan sonra, mənzildə təmir işləri gördürmüşdür. Təxminən sentyabr ayının 20-si 2024-cü il tarixdə bir nəfər onun mobil telefonuna zəng edərək bildirmişdir ki, binanın damında qoyduğu su çənindən onların evinə su axıbdır. O, təcili evin qarşısına gələrək, həmin telefona zəng edib evə baxmaq istəsə də, razı olmamışlar. O, dərhal usta çağırtdırıb su çəninə qalxan su borusunu ana xəttə birləşən yerdən birinci mərtəbədən kəsdirərək ağzını qaynaqlatdırmışdır. Sonra, həmin adama təkrar zəng edərək bildirmişdir ki, su çəninə qalxan su borusunu kəsdirib ağzını qaynaqlandırmışdır. Artıq su çəninə su qalxmayacaq və həmin su çənindən istifadə edilməyəcəkdir. İddiaçı iddia ərizəsində qeyd edib göstərir ki, ona məxsus olan su çənindən onun mənzilinə su damaraq ona 2305 manat pul məbləğində ziyan dəymişdir. İddiaçının mənzilinə 2305 manat ziyan dəyməsi şişirdilmiş rəqəmlə yazılıbdır. Belə iddianın təmin edilməsi üçün iddia ərizəsində heç bir mötəbər sübut növü yoxdur. İş üzrə digər Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə da iddiaya yazılı etiraz vermiş və etirazda göstərmişdir ki, binanın damında quraşdırılmış su çəninin X1 heç bir aidiyyəti yoxdur. Sonda nümayəndə təmsil etdiyi Cavabdeh2 qarşı irəli sürülən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, irəli sürdüyü iddianı müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, məhkəməyə ünvanlamış olduğu etirazın dəlillərinə uyğun olan izahat verərək, sonda təmsil etdiyi Cavabdeh2 münasibətdə iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh3 iştirak etmiş və məhkəməyə ünvanlamış olduğu etirazın dəlillərinə uyğun olan izahat verərək, ona qarşı irəli sürülən iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən-Cavabdeh3 aid olan hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməli, digər cavabdehlərə aid olan hissədə əsassız olduğundan rədd edilməlidir Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPMin 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti, 2-dön, ev-5, 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9187 saylı 29 may 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı müılkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayon, Əziz Əliyev prospekti, 2-ci döngə, 5 saylı evin 11 nömrəli mənzilinə yuxarıdan suyun axması nəticəsində ziyan dəydiyi müəyyən edilir.Və həmin mənzillə su sızma nəticəsində dəymiş ziyanın məhz Cavabdeh3 tərəfindən binanın damında quraşdırılmış su çənindən suyun axmasının (su çəninə gedən su xətlərinin kəsilmiş vəziyyətdə istifadəyə yararsız vəziyyətdə olduğu) dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekpert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Mülki işin materiallarında olan, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 nömrəli Xidmət sahəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli Aktda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisinin şikayətinə əsasən, həmin mənzilə baxış keçirilmiş və 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən həmin mənzilə binanın dam örtüyündə quraşdırılmış su çənindən suyun axaraq, həmin mənzilə ziyan vurduğu göstərilmişdir. İş materiallarında olan, “Əlakın Qiymətləndirilməsi“ MMC-nin 19 sentyabr 2024-cü il tarixli “Daşınmaz Əmlaka dəymiş zərərin müəyyən edilməsi” barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı müllkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 43.1 kv.m sahədən ibarət 11 nömrəli mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tikinti işlərinə çəkilmiş xərcin usta,fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 2305 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanlı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə Cavabdeh3 həmin binanın 2 saylı və 3 saylı mənzillərinin mülkiyyətçisidir. Həmin mənzilləri su ilə təmin etmək üçün Cavabdeh3 tərəfindən binanın dam örtüyünün üzərində, iddiaçının mülkiyyətində olan mənzilin üstündə 1(bir) tonluq su çəni quraşdırılmışdır. Bu hallar işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9187 saylı 29 may 2025-ci il tarixli ekspert rəyi əlaqəli şəkildə qiymətləndirildikdə, İddiaçı müılkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayon, Əziz Əliyev prospekti, 2-ci döngə, 5 saylı evin 11 nömrəli mənzilinə yuxarıdan-Cavabdeh3 tərəfindən binanın damında quraşdırılmış su çənindən suyun axmasının nəticəsində ziyan dəyməsi işin faktiki halları kimi təsdiq olunur. Həmin zərərin məbləğinin isə 2305 manat olduğu işdə olan mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyinin maddi ziyanla bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edilən normaları baxımından iddia tələbi ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə vurduğu ziyanın əvəzi olaraq 2305 manat məbləğində pulun Cavabdeh3 alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid olan hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçının mülkiyyətində olan mənzilə ziyan dəyməsi məhz Cavabdeh3 binanın damında quraşdırmış olduğu su şənindən suyun axması nəticəsində baş vermişdir. Cavabdeh1 və Cavabdeh2 həmin su çəninin quraşdırılmasına aidiyyətləri olmadığından, məhkəmə hesab edir ki, onlar iddiaçının mənzilinə həmin çəndən su axmasına görə məsuliyyətə cəlb oluna bilməzlər. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9187 saylı 29 may 2025-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. “Əmlakın Qiymətləndirilməsi“ MMC-nin 19 sentyabr 2024-cü il tarixli “Daşınmaz Əmlaka dəymiş zərərin müəyyən edilməsi” barədə mütəxəssis rəyinə əlavə edilmiş, 19 sentyabr 2024-cü il tarixli kassanın mədaxil orderindən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzilə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən “Əmlakın Qiymətləndirilməsi“ MMC-nin hesabına 100 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh3 alınıb, İddiaçı verilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat da Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı müılkiyyətində olan ünvan 2 ünvanlı mənzilə vurulan ziyana görə 2305(iki min üç yüz beş) manat məbləğində pul Cavabdeh3 alınaraq, İddiaçı verisin. İddia digər cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 aid olan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 alınaraq İddiaçı verisin. İddiaçı tərəfindən “Əmlakın Qiymətləndirilməsi“ MMC-nin hesabına ödənilmiş xərcin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 alınaraq İddiaçı verisin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-280/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-280/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver