Məhkəmə qərarları › İş №2(125)-282/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-282/2023

06.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-282/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi X9, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və ilkin iddia üzrə Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadəyə maneənin aradan qaldırılması», müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən Təmir-tikinti idarəsinin qonaq evinə aid yaşayış otaqlarından iddiaçının və ailə üzvlərinin istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması və gələcəkdə yaradılan maneənin qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı cavabdehin və ailə üzvlərinin Cavabdeh2ya məxsus Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanında çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi X16 ilkin iddianı müdafiə, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını isə qəbul etməyərək, bildirdi ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildə ünvan 2 ünvanında yerləşən Təmir-tikinti İdarəsinin qonaq evində məskunlaşmış və 1993-cü ildən hazırki vaxtadək həmin ünvanda yaşamaqla, qeyd olunan yaşayış otaqlarından istifadə etmişdir. Hazırda da İddiaçı bütün əşyaları həmin yaşayış otaqlarındadır. Buna baxmayaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz və əsassız olaraq İddiaçı və ailə üzvlərinin qeyd olunan yaşayış otaqlarından və əşyalarından istifadə etməsinə mane törətdir və onları hədələyir. Cavabdehlərin qanunsuz hərəkətləri barədə polis orqanlarına müraciət edilsə də, mübahisənin mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Halbuki, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülünədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməsin. Hazırda İddiaçı və ailə üzvlərinin mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur və dövlət tərəfindən heç bir yaşayış yeri ilə təmin olunmamışlar. Buna baxmayaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan Sərəncamın göstərişlərinə qarşı çıxırlar. Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanında yerləşən Təmir-tikinti İdarəsinin qonaq evi X3 mülkiyyətində olsa da, hazırki halda mənzildən istifadəyə cavabdehlər tərəfindən maneə yaradılır. Buna görə də o, əsl olmayan cavabdehlərin əsl cavabdehlə əvəz olunmasına razı deyildir. Sonda İ.İ.Ağalarov ilkin iddianın təmin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və ilkin iddia üzrə Cavabdeh2 müstəqil tələb üzrə iddianı müdafiə, ilkin iddianı isə qəbul etməyərək, bildirdi ki, mübahisəli ərazi olan Gəncə şəhəri, Atabəylər küçəsi, 2A mülkiyyət hüququ əsasında X4 məxsusdur. İddiaçı uzun illərdir ki, Cavabdeh2nın mülkiyyətindən maneəsiz və əvəzsiz istifadə edir. Qaçqınların və məcburi köçkünlərin yerəşdirilməsi dövlətin müvafiq orqanlarının borcudur. Buna görə də hazırki vəziyyətdə Cavabdeh2nın mülkiyyətindən İddiaçı və sonuncunun ailə üzvlərinə görə sərbəst istifadə edə bilmir. Bu isə Cavabdeh2nın konstitusion hüququnu pozur. Sonda Cavabdeh2 ilkin iddianın rədd, müstəqil tələb üzrə iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə iş üzrə iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, ilkin iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi X11, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və ilkin iddia üzrə Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesytrindən çıxarışın əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,377 hektar torpaq sahəsində yerləşən 285,3 kvadrat metr ərazisi olan daşınmaz əmlak X3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 22 noyabr 2022-ci il tarixli **********74 nömrəli arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 2969 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı» müqaviləsinə əsasən, Gəncə şəhəri, Mübariz İbrahimov prospekti, 2C ünvanında yerləşən əmlak kompleksi X1. Bu müqaviləyə uyğun olaraq Cavabdeh1 adına xx.xx.2015-ci il tarixli, **********12-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin» xx.xx.2015-ci il tarixli, 67 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri Mübariz İbrahimov prospekti, 2C ünvanındakı əmlak kompleksinin altında yerləşən 3770 kvadrat metr torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixli, **********72-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-1895 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X4 bağışlanmışdır. Qeyd olunan müqaviləyə əsasən X3 adına xx.xx.2016-cı il tarixli, ***- *******2-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-805 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən sözügedən əmlak kompleksi X6 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli, **********72-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3M-69 reyestr nömrəli «Daşınmaz əmlaka dair bağışlanma müqaviləsinin ləğvi haqqında» müqaviləyə əsasən Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi tamamilə ləğv edilmişdir və əmlak kompleksi X4 qaytarılmışdır. Qeyd olunan müqaviləyə əsasən X3 adına xx.xx.2022-ci il tarixli, **********72-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2013-cü il tarixli, 2617 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı» müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən əmlak kompleksi X2. Bu müqaviləyə uyğun olaraq, X7 adına xx.xx.2013-cü il tarixli **********37-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. «Özəlləşdirilən müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahəsi»nin xx.xx.2013-cü il tarixli, 4465 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 8 ünvanındakı əmlak kompleksinin altında yerləşən 255,3 kvadrat metr torpaq sahəsi X2. Həmin müqavilə üzrə X7 adına xx.xx.2013-cü il tarixli, **********87 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 22 dekabr 2022-ci il tarixli **********135 nömrəli arayışdan görünür ki, araşdırma zamanı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin, sözügedən daşınmaz əmlak obyektinə dair mülkiyyət hüququnu təsdiq edən **********72-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında olduğu göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elektron baza məlumatlarına istinadən, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin ünvanı, yeni qaydalara əsasən ünvan 9 İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 85 nömrəli arayışdan görünür ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması zamanı ünvan 10 ünvanında daimi qeydiyyatda olan X14, həyat yoldaşı İddiaçı, oğlanları X16 və X18 öz el-obalarından məcburi köçkün düşərək Gəncə şəhərinə pənah gətirmişlər. Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən 1993-cü ildə (ay və gün dəqiq deyil) ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan SMD-4-ün qonaq evində məskunlaşdırılaraq müvəqqəti qeydiyyata alınmışlar. Hazırda ailə tərkibində və ünvanın adında dəyişikliklər olunmuş, yəni ünvan Atabəylər küçəsi 2A adlandırılmış, ailə başçısı X14 vəfat etmiş, oğlanları ailə quraraq ailə üzvləri ilə birlikdə qeyd edilən keçmiş Keçid küçəsi 2A, hazırki Atabəylər küçəsi, 2A ünvanında yerləşən SMD 4-ün qonaq evində məskunlaşmışlar və müvəqqəti qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosssual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün «audiatur et altera pars» – «digər tərəf də dinlənilməlidir» qaydası tətbiq edilməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 12 ünvanında yerləşən əmlak kompleksi X3 mülkiyyətindədir. Lakin iddia tələbi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəldilmiş, cavabdeh qismində həmin şəxslər göstərilmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı isə iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmamışdır. Buna görə də məhkəmə hesab edir, iddia iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən və iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maneənin aradan qaldılması» tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməli, həmin iddia üzrə cavabdeh İddiaçı ünvan 13 ünvanından çıxarılmalıdır. Belə ki, tərəflərin mübahisələndirdiyi əmlak Cavabdeh2nın xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. Cavabdeh2 iddia etmişdir ki, İddiaçı onun mülkiyyətində olan əmlakdan əsassız olaraq istifadə edir və dəfələrlə tələb etməsinə baxmayaraq, həmin daşınmaz əmlakdan çıxmır. Cavabdeh isə Kəlbəcər rayonundan məcburi köçkün olduğunu və başqa yerdə yaşamağa maddi imkanı olmadığını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğuna görə cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu, mənzil hüququnu və mənzillə bağlı istifadə hüquqlarını pozur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Eləcə də həmin maddədə qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bununla belə cavabdehlə yaşayan digər şəxslərin sözügedən mübahisəli yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb üzrə iddiaçı Cavabdeh2 iddia tələbində həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, bu tələb, iş üzrə tərəf olmayan qeyri-müəyyən şəxslərə yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı ünvan 13 ünvanından çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» barədə iddiası qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ünvan 13 ünvanından çıxarılsın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar