Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-282/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat pulun və məhkəmə üçün ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkil) vasitəsilə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, bildirmişdir ki, cavabdeh ona olan borcundan 2000 manat ödədiyi üçün cavabdehin ona 23000 manat borcu qalmışdır. Odur ki, 23000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsində qeyd olunan işin faktiki falları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 1 ildir həyat yoldaşının vasitəsilə tanıyır. Belə ki, cavabdeh Abbas Səhhət adına xəstəxananın şöbə müdiridir, həyat yoldaşı isə xəstəxanada tibb bacısı işləyir. 2024-cü ilin iyun ayında cavabdeh həyat yoldaşı ilə söhbət edərkən təcili pula ehtiyacı olduğunu bildirmişdir. Həyat yoldaşının Əfsanəyə ürəyi yandığı üçün onda pul olduğunu, tez qaytaracağı təqdirdə ona borc verə biləcəyini bildirmişdir. Cavabdeh pulu tez bir vaxtda qaytaracağına söz verdiyi üçün xx.xx.2024-cü il tarixdə o, cavabdehin iş otağında ona 25000 (iyirmi beş min) manat borc pul vermiş, cavabdeh öz əli ilə qəbz yazıb imzalamışdır. Bundan başqa həmin vaxt şahidlər X1, X3 və X4 oraya şahid kimi dəvət edilmiş və onlar da cavabdehin yazdığı qəbzə imza atmışlar. Cavabdehin öz əli ilə yazıb imzaladığı qəbzdən də göründüyü kimi, cavabdeh ondan aldığı 25000 (iyirmi beş min) manat pulun 2000 (iki min) manatını iyul və avqust aylarında hər ay 1000 (bir min) manat olmaqla ödəməyi, qalan 23000 (iyirmi üç min) manatı isə sentyabr ayının 1-10-u arası qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmişdir. Buna görə xx.xx.2024-cü ildə o, cavabdehin barəsində 2-ci Polis Şöbəsinə şikayət etmişdir. Lakin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək cavabdehin iddiaçıya olan borcu iş materiallarına əlavə edilən qəbz və cavabdehin özünün borcunu etiraf etdiyi videogörüntü ilə təsdiq edildiyini bildirdi, sonda isə iddia tələbinin təmin olunmasını, yəni 23000 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə izahatında əlavə olaraq qeyd etdi ki, o, iddiaçının nümayəndəsi kimi iddianı tərtib edən zaman iddiaçıdan cavabdehin ona pul qaytarıb qaytarmadığını dəqiqləşdirməmiş və qəbzdə qeyd olunan məbləğin, yəni 25000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmasını yazmışdır. İddiaçı isə buna diqqət yetirməyib iddia ərizəsini imzalamışdır. Sonradan iddiaçı cavabdehin ona olan borcundan 2000 manatını ödəməsini ona dediyi üçün iddia tələbini dəqiqləşdirmiş, 23000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2025-ci il tarixində keçirilən iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, iddiaçının yoldaşı ilə əvvəllər münasibəti olduğundan iddiaçını ona görə tanımışdır. Belə ki, iddiaçının yoldaşı “Teymurov” adına xəstəxanada tibb bacısı işləyir. Onun işlədiyi xəstəxanaya xəstə gətirib aparır. Onlar bu əsnada tanış olmuşlar. Həmçinin iddiaçının arvadı qızıl-zinət əşyalarının satışı ilə də məşğul olmuş, əvvəllər ondan 7000 manatlıq qızıl-zinət əşyası nisyə qaydada almış, sonradan pulunu tamamilə ödəmişdir. Onun Şəmkir rayonunda apteki olduğuna görə ora mal almaq qərarına gəlmiş və ona bunun üçün pul lazım olmuşdur. Həmin vaxt iddiaçının yoldaşı ona əri Aydənizin borc verə biləcəyini bildirmişdir. Bundan sonra o, İddiaçı borc götürmək qərarına gəlmişdir. Bu məqsədlə Aydənizdən hissə-hissə olmaqla 7400 manat borc pul almışdır. Həmçinin o, Aydənizdən apteki bağlamaq məqsədilə 7000 manata yaxın borc istəmişdir. Aydəniz onunla razılaşsa da bunun müqabilində ondan çox miqdarda faiz alacağını bildirmişdir. O, Aydənizə ümumi borcunun 13600 manat edəcəyini dedikdə, Aydəniz 25000 manat pulu ondan borc alması barədə müqaviləyə imza atacağı halda ona 6200 manat borc verə biləcəyini bildirmişdir. Sonra Aydəniz borcu əvvəlcə notariusda verə biləcəyini desə də, sonradan dövlət rüsumu ödənilməsi və pulun depozitə qoyulmalı olduğunu deyərək fikrini dəyişmişdir. Bundan sonra 21 iyun 2024-cü il tarixdə Aydəniz onun iş yerinə gəlmiş, orada onun diktəsi ilə 3 nəfər şəxsin yanında o, Aydənizə qəbz yazıb vermişdir. Qəbzdə o, Aydənizdən guya 25000 manat pulu borc aldığını, borcdan iyul-avqust aylarından hər ay 1000 manat qaytaracağını, qalan 23000 manatı isə sentyabr ayının 1-10-u arası qaytaracağını qeyd etmişdir. Həmçinin həmin vaxt Aydəniz telefonla onu çəkmiş, bu zaman o, qəbzdə qeyd etdiklərini də bir daha bildirmişdir. Həmin vaxt ona heç kim təsir etməmiş, qəbzdə qeyd etdikləri və videoçəkilişdə dedikləri öz iradəsini əks etdirmişdir. Buna səbəb isə ona həmin vaxt təcili pul lazım olmuşdur. Həmçinin Aydənizdən aldığı borc girovsuz və zaminsiz olduğuna görə məcbur olub belə bir yazı yazmış və video çəkiliş etmişdir. Lakin orada 3 nəfərin öz yaxınının iştirakı ilə Aydəniz cəmi 6200 manat ona pul sayıb vermişdir. Hətta ona yaxın olan şəxslər nə üçün 6200 manat borc aldığı halda 25000 manat aldığına dair qəbz yazması barədə ona sual da vermişlər. Əslində onun Aydənizə 13600 manat borcu olmuş, həmin borcundan da sonradan, yəni 2024-cü ilin iyul və avqust aylarında hər ay 1000 manat olmaqla, cəmi 2000 manat Aydənizə qaytarmış, hazırda isə ona 11600 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Vəkil2 cavabdehlə eyni məzmunlu ifadə verdi, əlavə olaraq bildirdi ki, iddiaçı məhkəmədə iddia qaldıran zaman cavabdehdən 25000 manat pul tələbini irəli sürmüş, halbuki həmin vaxt cavabdeh iddiaçıya 2000 manat ödəmişdir. Bu isə iddiaçının əslində borcu süni şişirtməsini təsdiq edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən 11600 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri: Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Aydənizi əvvəllər tanımamış, lakin Əfsanə ilə Abbas Səhhət adına xəstəxanada işləyir. 2024-cü ilin yay aylarında Əfsanə ona Aydəniz adlı şəxsdən borc götürdüyünü deyərək həmin vaxt orada şahid kimi iştirak etməsini xahiş etmişdir. O da Əfsanənin iş otağına gəlmişdir. Həmin vaxt Aydəniz 6200 manat pul sayıb Əfsanəyə vermişdir. Bundan sonra Əfsanə 25000 manat pulu alması barədə qəbz yazmışdır. Həmçinin Aydəniz tərəfindən aparılan video çəkiliş zamanı Əfsanə Aydənizdən 25000 manat borc aldığını bildirmiş, ona həmin vaxt heç kim təsir etməmiş və sərbəst iradəsini ifadə etmişdir. O, Əfsanədən 6200 manat borc aldığı halda nə səbəbə 25000 manat qəbz yazması barədə soruşduqda, Əfsanə Aydənizə əlavə 7400 manat da borcu olduğunu və onunla belə razılaşdığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Aydənizi borc pul alınan zaman tanımış, lakin Əfsanə ilə bir yerdə işləyir. 2024-cü ildə Əfsanə ona Aydəniz adlı şəxsdən borc götürdüyünü deyərək həmin vaxt ona zamin durmasını xahiş etmişdir. O da Əfsanənin iş otağına gəlmişdir. X8 6200 manat pul borc vermişdir. Lakin Əfsanə tərəfindən bu barədə yazılan qəbzdə alınan borcun məbləği 25000 manat qeyd olunmuşdur. O, Əfsanəyə nə üçün belə yazmasını bildirdikdə, Əfsanə Aydənizə əlavə 7400 manat da borcu olduğunu, pula ehtiyacı olduğundan məcburən belə yazmalı olduğunu bildirmişdir. Lakin video çəkiliş aparılan zaman o otaqda olmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cavabdeh onun həkimidir. Belə ki, 1-ci qrup əlildir. Yaddaşı zəif olduğuna görə çox şey yadında qalmır. Təxminən 1 il öncə Əfsanə ona Aydəniz adlı şəxsdən borc götürdüyünü deyərək həmin vaxt orada şahid kimi iştirak etməsini xahiş etmişdir. O da şahid qismində iştirak etmiş, bu barədə qəbz yazılsa da qəbzi oxumamışdır. Lakin onun yanında Aydəniz Əfsanəyə 6200 manat pul vermişdir. Ancaq qəbz oxunan zaman Aydənizin Əfsanəyə 25000 manat borc verdiyini eşitmişdir. O, bu barədə soruşduqda Əfsanə 7400 manat da Aydənizə borcunun olduğunu bildirmişdir. Sonra Aydəniz tərəfindən video çəkiliş aparılmışdır. Bundan bir neçə gün sonra o, Aydənizin arvadı ilə görüşüb, nə üçün 13600 manat borcu olduğu halda Aydənizin Əfsanədən 25000 manat qəbz yazdırmasını bildirmiş və ona etirazını etmişdir. Həmin vaxt Aydənizin arvadı onun bu işə nə aidiyyətinin olduğunu sual edərək öz işi ilə məşğul olmasını demişdir. Onun Aydənizin arvadına etmiş olduğu bu etirazın arxasında vaxtilə Əfsanənin ona təmənnasız tibbi yardımlar göstərməsi olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli əlyazmanın mətnindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh İddiaçı 25000 AZN dəyərində girovsuz nağd pul borc aldığını, borcunu iyul və avqust aylarında hər ay 1000 AZN olmaq şərtilə, qalan 23000 AZN isə sentyabr ayının 1-10-u arası qaytarmağı söz verdiyini qeyd etmişdir. Borcunu qaytarmayacağı təqdirdə isə bu sənədin bütün dövlət orqanları tərəfindən keçərli sayılmasını xahiş etmişdir. Həmin əlyazmada 3 nəfər şəxsin (X1, X5 və X3) həmin borca zamin olaraq göstərmişdir. İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi Samir Məcidova ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə əvvəllər tanıdığı Cavabdeh 25000 manat borc pul verdiyini, lakin bu günə qədər ona olan borcun ödənilmədiyini, ona görə də pulunun alınmasında ona köməklik göstərilməsini qeyd etmişdir. İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə arvadının iş yoldaşı Cavabdeh 25000 manat borc pul vermişdir. Həmin vaxt ona Əfsanə 2 aya 2000 manat, digər məbləği sentyabr ayının 10-a kimi qaytarmağı söz vermişdir. Lakin Əfsanə 2000 manatı qaytarsa da digər məbləği qaytarmamışdır. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, X13 açıl bölməsində işləyir. Bildirir ki, İddiaçı adlı şəxsi tanıyır. O, Aydənizin arvadı Şəbnəm ilə iş yoldaşıdır. Ona bir müddət əvvəl pul lazım olmuşdur. O, bu barədə Şəbnəmə məlumat vermişdir. Şəbnəm və onun həyat yoldaşı Aydəniz ona ümumilikdə 13600 manat pul vermişdir. Lakin onlar onun pis vəziyyətdə olmağından istifadə edərək ona bu pulun qarşılığında 25000 manat qaytaracağını bildirmişlər. O da çətin vəziyyətdə olduğundan Aydənizlə razılaşmalı olmuşdur. Bu barədə təzyiq altında yazılı şəkildə bildirmiş və onu videolentə alaraq onun ağzından 25000 manat borcu olduğunu deməsini tələb etmişlər. Əslində isə onun Aydənizə hal-hazırda 11600 manat borcu qalmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi Samir Məcidov tərəfindən İddiaçı ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli, 57-2/2-S-27352/112024 nömrəli məktubdan görünür ki, onun Cavabdeh 25000 manat borc pul verməsi, pulunu geri ala bilməməsi barədə müraciəti araşdırılmış, toplanmış materialda heç bir cinayət və inzibati xətanın tərkib hissəsi olmadığı müəyyən olunmuşdur. Ərizədə göstərilən xüsusatla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. SD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntüdə Cavabdeh İddiaçı 25000 manat borc aldığını, borcunu iyul və avqust aylarında hər ay 1000 manat olmaq şərtilə, qalan 23000 AZN isə sentyabr ayının 1-10-u arası qaytaracağını bildirmişdir. Həmçinin Cavabdeh görüntüdə İddiaçı olan borcunu qaytarmayacağı təqdirdə isə vodeogötüntünün bütün dövlət orqanları tərəfindən keçərli sayılmasını xahiş etmişdir. Məhkəmənin müəyyən etdiyi hallar: Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 21 iyun 2024-cü il tarixdə cavabdehin iş otağında 25000 manat borc pul vermişdir. Bu barədə Cavabdeh tərəfindən həmin gün qəbz yazılıb imzalanmışdır. Qəbzə əsasən xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh İddiaçı 25000 AZN dəyərində girovsuz nağd pul borc aldığını, borcunu iyul və avqust aylarında hər ay 1000 AZN olmaq şərtilə, qalan 23000 AZN isə sentyabr ayının 1-10-u arası qaytarmağı söz verdiyini qeyd etmiş, borcunu qaytarmayacağı təqdirdə isə bu sənədin bütün dövlət orqanları tərəfindən keçərli sayılmasını xahiş etmişdir. Həmin əlyazmada 3 nəfər şəxsin (X1, X5 və X3) həmin borca zamin olaraq göstərmişdir. Bundan sonra cavabdeh iddiaçıdan aldığı borcdan 2000 (iki min) manatını qaytarmış, qalan 23000 (iyirmi üç min) manatı isə iddiaçıya ödəməmişdir. İddiaçı tərəf məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, cavabdeh tərəf iddiaçıdan yalnız ümumilikdə 13600 (on üç min altı yüz) manat borc aldığını, həmin puldan 2000 (iki min) manatını ödədiyini, hazırda cavabdehə 11600 (on bir min altı yüz) manat borcu qaldığını bildirərək iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin, onların nümayəndələrinin izahatlarını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk öncə cavabdehin iddia tələbini qismən etiraf etməsi ilə bağlı mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün onun etirafı qəbul olunmalı, lakin iddia tələbi aşağıda qeyd edilənlərə əsasən tamamilə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə və tətbiq olan hüquq: Məhkəmə tərəflər arasında olan borc münasibətilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının cavabdehə 2024-cü ilin iyun ayının 21-də həmin ilin sentyabr ayının 10-dək qaytarmaq şərti ilə 25000 manat borc verməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Baxmayaraq ki, bu hissədə cavabdehlə iddiaçının arasında fikir ayrılığı vardır. İddiaçı cavabdehə 25000 manat borc verdiyini bildirsə də cavabdeh iddiaçıdan aldığı borcun 13600 manat olduğunu göstərmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin borc olaraq iddiaçıdan aldığı məbləğ 25000 manat olması cavabdehin özü tərəfindən yazıb imzaladığı qəbzlə və video görüntüdə həmin qəbzdə yazılanları bir daha bildirdiyi üçün tamamilə təsdiq olunmuşdur. Digər tərəfdən cavabdeh borc üzrə iddiaçıdan əslində 13600 manat borcu aldığını məhkəmə iclasında göstərsə də bunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi qəbz və SD diskdə olan görüntüdə cavabdehin iddiaçıya ümumilikdə 25000 manat borcu olduğunu etiraf etmişdir ki, bu da işin həqiqi halına uyğun gəlir. Məhkəmə, dindirilmiş şahidlərin ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onlar bilavasitə cavabdehin iş yoldaşı və yaxını olduğuna görə onların məhkəmə iclasında verdikləri ifadələr cavabdehlərin maraqlarına xidmət etməsinə yönəlik ifadə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş həmin şahidlər də cavabdehin iddiaçıdan aldığı 25000 manat borcu təsdiqləyən qəbzə imza etməklə əslində borcun onların məhkəmə iclasında bildirdiyi kimi olmadığını əyani şəkildə göstərir. Əks halda onlar həmin qəbzdə qeyd olunan məbləğin realda olan məbləğlə eyniyyət təşkil etmədiyini bildirərək qəbzi imzalamaqdan imtina etmiş olardılar. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə iclasında dindirilmiş şahidlər X1, X4 və X3 Cavabdeh tərəfindən yazılan qəbzin aşağısından zamin qismində imza etmişlər. Bu da onların həm də həmin məbləğə dair gələcəkdə iddia qarşısında cavabdehlə birgə maddi məsuliyyət daşımaq fikrini yaratdığından məhkəmə iclasında qəbzdə qeyd edilənlərdən fərqli ifadə vermək niyyətini formalaşdırmışdır. Belə olan halda məhkəmə borcla bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab edir. Yəni, məhkəmənin qənaətinə görə iddiaçı cavabdehə 25000 (iyirmi beş) manat məbləğində borc vermiş, həmin borcdan 2000 (iki min) manatı cavabdeh tərəfindən ödənilmiş, 23000 (iyirmi üç) manat isə cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehə borc verdiyi puldan qalıq qalan 23000 (iyirmi üç min) manat pulu tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə, müəyyən olunmuş işin faktiki halları ilə bağlı həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 25000 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 25000 manat pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, cavabdeh tərəfindən 25000 manat məbləğində pulu iddiaçıdan alması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunmuşdur. Belə olan halda məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, cavabdeh hüquqi əsas (qanuni və müqavilə əsası) olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, iddia təmin olunmalı, Cavabdeh 23000 (iyirmi üç min) manat alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması nəzərə alınmaqla məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 159 (bir yüz əlli doqquz) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 159 (bir yüz əlli doqquz) manatı alınıb İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-282/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-282/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver