Məhkəmə qərarları › İş №2(125)-283/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-283/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-283/2024 07.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X6, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 4000 manat pulun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 4000 manat məbləğində pul verib Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kvm torpaq sahəsi almış və Cavabdeh ona xx.xx.2017-ci tarixli Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1192 nömrəli sərəncamını vermişdir. Həmin sərəncama əsasən ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Lakin o, həmin torpaq sahəsində ev tikdirmək istərkən icazə verilməmişdir. Kəpəz rayon İcra Hakimiyyətində bildirmişlər ki, həmin torpaq sahəsi elektrik şəbəkəsinin altında yerləşməklə dövlət əmlakıdır və orada heç bir tikinti işləri aparıla bilməz. Hazırda o, həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Buna görə də o, dəfələrlə Cavabdeh verdiyi 4000 manat məbləğində pulu geri tələb etmiş, lakin Cavabdeh 4000 manat məbləğində pulunu qaytarmaqdan imtina etmişdir. Bu barədə o, aidiyyəti orqanlarına müraciət etmiş, lakin Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin fakt üzrə cinayət işinin başlanmasını rədd edərək həmin xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Gəncə Baş Polis İdarəsində araşdırma aparılarkən cavabdeh Razin Qəhramanov bir həftəyə onun pulunu qaytarmasına söz vermişdir, lakin buna baxmayaraq o, hal-hazıra kimi pulu qaytarmamışdır və pulu qaytarmaqdan boyun qaçırır. 4000 manat məbləğində pulu o, Cavabdeh torpaq sahəsinə baxdıqdan sonra gedib onun iş otağında iş yoldaşı X2, X10 və atası Vahid Zeynalovun yanında vermişdir. Buna görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək bildirmişdi ki, torpaq sahəsi satın almaq istədiyindən Rasim Bəyalıyev vasitəsilə Cavabdeh tanımış, sonuncunun göstərdiyi torpaq sahəsinin 4000 manata alqı-satqısı üçün şifahi razılaşmışlar. İddiaçı 4000 manat pulu atası Vahidin və sürücü Mübariz yanında sayaraq təhvil verilməsi Rasim Bəyalıyeva vermiş, sonra həmin şəxslər birlikdə iş yerinə gedərək həmin pulu Cavabdeh torpaq sahəsinin satın alınması üçün vermişlər. Həmin torpaq sahəsi adına rəsmiləşdirilmədiyindən qeyd edilən pulu Rasim Bəyalıyevdən geri istədikdə, sonuncu, pulu Razindən tələb etməsini bildirmişdir. İddiaçı iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında göstərilən izahatlarla məhkəmə iclasında verilən izahat və şahid ifadələrinin ziddiyyət təşkil etdiyini, habelə məhkəmə iclasında ifadə verən şahidlərin cavabdehə qarşı hər hansı tələb və ya şikayətlərinin olmadığı və olmayacağına dair notariat qaydada təsdiq olunmuş ərizələr verdiklərini bildirdi. Cavabdehin təmsilçisi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1192 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, H.Şəh-38, xətt-14, ev 11-də yaşayan İddiaçı müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəii Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi; vətəndaş İddiaçı tapşırılsın ki, yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırması qərara alınmışdır. İş materiallarında olan X3 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İş materiallarında olan X4 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki,onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarında olan X10 Gəncə şəhəri 1 saylı notariat kontorunda verdiyi ərizənin surətindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarında olan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan Gəncə şəhər Baş Polis İdarəsinə İddiaçı verdiyi izahatdan görünür ki, rəsmi olaraq Gəncə şəhər TTYS-da ferdşel işləyir. 2016-cı ilin aprel ayının sonlarında iş yoldaşı Mübariz Quliyevin iştirakı ilə 4000 manat pulu Gəncə şəhəri Cavadxan qəsəbəsində torpaq sahəsi almaq üçün makler Rasim Bəlalıyevə vermişdir. 17 iyun 2017-ci ildə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1192 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında sərəncam verilmişdir. Torpaq sahəsində ev tikmək üçün dəfələrlə Kəpəz rayon icra hakimiyyətinin başısmın müavininin qəbulunda olmuş, adını dəqiq bilmədiyi şəxs ona bildirmişdir ki, həmin torpaq sahəsi dövlət əmlakıdır və orada heç bir tikinti işləri apara bilməz. Hazırda həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Daha sonra bu barədə aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Həmin Qərarın qəbul edilməsinə əsas olan araşdırma zamanı, X1 Vüsalə Vahid qızı ilə eyni məzmunlu izahat vermişdir. Gəncə şəhər Baş Polis İdarəsinə X10 verdiyi izahatdan görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. 2016-cı ildə iş yoldaşı Mübariz Quliyevlə torpaq sahəsi almaq istəmiş, daha sonra torpaq sahəsi almaq üçün Razin adlı şəxslə Gəncə şəhəri Yeni Yevlax avtovağzalının yaxınlığında görüşmüşdür. Orada Razin adlı şəxs onlara bir neçə yerdə torpaq sahəsi göstərmiş, iki torpaq sahəsini Gəncə şəhəri Cücə zavodunun yaxınlığında, ikisini isə Cavadxan qəsəbəsində göstərmiş və həmin yeri bəyənib almışdır. Ümumilikdə Razin adlı şəxsə 4 ədəd torpaq sahəsi üçün 26 000 manat pul vermişdir. Daha sonra Mübariz Quliyev iş yoldaşının da torpaq sahəsi almaq istədiyini bildirmiş, həmin vaxt Razin adlı şəxs Mübariz Quliyevə toraq sahəsinin olduğunu bildirmiş, bir neçə saatdan sonra Mübariz Quliyev iş yoldaşı Vüsalə adlı xanımla gəlib onun almaq istədiyi torpaq sahəsinə baxmışlar, danışıb razlaşmışlar və 4000 manat pulu Mübariz Quliyevin iştirakı ilə Razin adlı şəxsə vermişdir. Orada Razin adlı şəxslə bir qədər söhbət etdikdən sonra yaxın günlərdə torpağın sənədini verəcəyini bildirmiş, bir neçə gündən sonra Razin adlı şəxs ona bildirmişdir ki, Mübariz Quliyevin iş yoldaşı Vüsalə adlı xanıma göstərdiyi torpaq sahəsi alınmadığından başqa bir yer təklif etmişdir. Daha sonra Vüsalənin atası Vahid adlı şəxslə gedib həmin torpaq sahəsinə baxmışlar. Bu vaxt Razin adlı şəxs yeni göstərdiyi torpaq sahəsinin qiymətinin 10000 manat olduğunu bildirmişdir. Həmin Vahid adlı şəxs əlavə pulunun olmadığını və 4000 manat pul qarşılığında torpaq sahəsi ala biləcəyini bildirmişdir. Bundan sonra Vahid adlı şəxs Razinə demişdir ki, yer xoşuna gəlmiş və torpağın sənədləri gəldikdə ona əlavə hörmət edəcək. Bir müddətdən sonra torpaqların sənədləri düzəlmədiyindən Mübariz o və Vahid adlı şəxs bu barədə Gəncə şəhər Baş Polis idarəsinə Razin adlı şəxsin barəsində şikayət ərizəsi yazmışlar. Bu işlə bağlı Gəncə şəhər Baş Polis İdarəsində Razin adlı şəxsin barəsində cinayət işi açılmış və Razin adlı şəxs həbs edilmişdir. Bir müddət keçdikdən sonra Razin onun, Mübarizin və Vahidin torpaq sahəsinə dair sərəncamlarını vermişdir. Həmin araşdırma vaxtıGəncə şəhər Baş Polis İdarəsinə Cavabdeh verdiyi izahatdan görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2016cı ildə əvvəllər tanıdığı Rasim adlı şəxs onunla görüşərək yaxın adamına torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin vaxt özünə məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən torpaq sahəsini Rasim adlı şəxsə göstərmiş, daha sonra həmin torpaq sahəsini Rasim adlı şəxs bəyəndiyini bildirərək ilkin olaraq 1000 manat beh pul vermişdir. Həmin torpaq sahəsini ümumilikdə 3000 manat pul qarşılığında razlaşmışlar. Təxminən 10-15 gündən sonra Rasim adlı şəxs onunla görüşərək həmin torpaq sahəsini almaq istəmədiyini demiş, o da beh kimi verdiyi 1000 manat pulu Rasim adlı şəxsə qaytarmışdır. Bundan sonra Rasim Bəyalıyevin onun barəsində şikayət və tələbinin olmaması barədə xx.xx.2018-ci ildə Gəncə şəhər 1 saylı notariusa ərizə təqdim etmişdir. Bundan başqa İddiaçı tanımır. Həmin vaxt Rasim adlı şəxsə qaytardığı 1000 manat pulu Rasimin özünün alması bardə öz xətti ilə yazaraq ona təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Mübarizlə tanış idilər və ondan torpaq sahəsi almışdırlar. Sonra Mubariz ona Vüsalə adlı iş yoldaşının torpaq sahəsi almaq istədiyini bildirdi, beləliklə, Vüsalə ilə tanış olmuşlar. O, Mübariz və Vüsalənin atası birlikdə gedərək, torpaq sahəsinə baxmışlar və 4000 manat pulu Razinə verdilər, daha sonra Razin həmin torpağı verə bilmədi və başqa torpaq sahəsini verəcəyini, amma onun dəyərinin 8000 manat olduğunu bildirdi, Vüsalənin atası razılaşmadı və dedi ki, 4000 manata hansı torpaq sahəsi uyğun gəlirsə, onu verməyini tələb etdi, elə razılaşdılar. Razin əvvəlcə özünü İcra Hakimiyyətinin nümayəndəsi kimi tanıtmışdı, daha sonra belə olmadığnı öyrənmişlər, pullarını geri tələb etdikdə Razinin qardaşı bildirdi ki, pulları geri qaytaracaq, notariat qaydada ərizə versinlər, həmin vaxt Vüsalənin atası qaydasında olmayan sənədinə görə Razindən şikayətçi idi, ona görə notariat qaydada ərizə verdi. Onlardan başqa 18 nəfər də şikayət edən şəxs var idi, onlar ərizə versələr də, pullarını geri qaytarmadılar. Razılığa gələ bilmədikləri üçün Vüsalə polis şöbəsinə şikayət etdilər, Razin 1 həftəyə pulu qaytaracağını bildirdi. Vüsalə pulu sayaraq ona vermiş, o da Mübariz və Vüsalənin atasını yanında pulu Razinə vermişdir, Vüsalə həmin vaxt çöldə avtomobilin içində gözləyirdi. “Yeni Avtovağzal” adlanan ərazidəki daş karxanasında Razinə pulu vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Vüsalə onun qızıdır və münasibətləri yaxşıdır. Qızı Vüsaləyə torpaq sahəsi lazım olduğundan bildirdi ki, iş yoldaşı olan Mübarizin torpaq sahəsi satan tanışı var. Daha sonra Mübariz və Rasimlə birlikdə gedərək “Avtovağzal” deyilən ərazidə torpaq sahəsinə baxdıqdan sornra Razinə pulu vermək üçün yanına Mübariz və Rasimlə birlikdə getmişlər, həmin vaxt çöldə Vüsalə gözlədi, üç nəfər olaraq Razinin yanına getmişlər. Rasimi tanıdıqları üçün pulu sayaraq Rasimə vermişlər, Rasim də onların yanında pulu Razinə verdi. Daha sonrasında Vüsalənin adına torpaq sahəsinə dair sənəd verilmədi. Razin barəsində cinayət işi başladığından torpaq sahəsinə dair onun adına sənəd verildiyi üçün Razinə qarşı hər hansı tələbi olmaması barədə notariat qaydada ərizə verdi, lakin o da həmin torpaq sahəsində tikinti apara bilməmişdir, çünki ərazidən yüksək gərginlik xətti keçir, daha sonra polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Vüsalə onun iş yoldaşıdır, münasibətləri yaxşıdır. Razin Vüsaləyə torpaq satmışdır, Rasim vasitəsilə Razini tanımışlar. Rasimlə birlikdə taksi fəlaiyyətiylə məşğuldular. Rasim Razinin torpaq satdığını bildirmiş, o da torpaq sahəsi almaq üçün Razinə pul vermiş, daha sonra pulunu geri ala bilmişdir. Vüsalə də torpaq sahəsi əldə etmək istədiyini bildirdi, Vüsalənin atası, Vüsalə, o və Rasim birlikdə gedərək Razinlə görüşmüşlər, Razin “Avtovağzal” deyilən ərazidə onlara torpaq sahəsi göstərmiş, 4-5 gün sonra Vüsalə torpaq üçün pulu verdi Rasimə, Vüsalənin atası, Rasim və Mübariz birlikdə daş karxanasında Razinə torpaq sahəsinin Vüsaləyə satılmasının dəyəri olaraq verdilər, Vüsalə həmin vaxt çöldə avtomobilin içində gözləyirdi. Razin torpaq sahəsi üçün rəsmi sənəd vermədi, daha sonra Vüsalə poliş şöbəsinə müraciət etdikdən, Vüsaləyə Sərəncam verildi, həmin sənədlə də torpaq sahəsində evin tikintisinin qeyri-mümkün olduğu bildirildi. Daha sonra Vüsalə təkrarən polisə şikayət etdikdən sonra, Razin pulu qaytarmaq üçün bir həftə vaxt istəmişdir, amma hələ də pulu qaytarmamışdır. Verdiyi pulu Razin ona geri qaytardığı üçün tələbi olmaması barədə notariat qaydada ərizə vermişdir. Polis şöbəsində verdiyi izahatında da pulun Razinə verilməsi barədə bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsi almaq üçün cavabdehə verdiyini bildirdiyi pulun tutularaq ona ödənilməsini xahiş etmiş, tərəflər arasında alqı-satqısı razılaşdırılmış daşınmaz əmlakın onun adına rəsmiləşdirilməməsi ilə tələbini əsaslandırmışdır. İddiaçı tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün 4000 manat pulu Mübariz Quliyevin və Vahid Zeynalovun iştirakı ilə sayaraq, təhvil verilməsi üçün Rasim Bəyalıyeva vermiş, sonuncu ilə birlikdə Mübariz Quliyev və Vahid Zeynalov həmin məbləği iş yerində Cavabdeh təhvil vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – torpaq sahəsi adına rəsmilşdirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin təmsilçisi məhkəmə iclasında ifadə verən şəxslərin ayrı-ayrılıqda verdikləri və Cavabdeh qarşı heç bir iddia, şikayəti və tələbi olmadığına, gələcəkdə heç bir iddia və tələbi olmayacağına dair ərizələrə əsaslansa da, həmin ərizələr hazırkı iş üzrə iddiaçı tərəfindən verilməmiş, sonuncu tərəfindən tələb hüququndan imtina edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə sübut qismində təqdim edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda İddiaçı izahatında “2016-cı ilin aprel ayının sonlarında iş yoldaşı Mübariz Quliyevin iştirakı ilə 4000 manat pulu Gəncə şəhəri Cavadxan qəsəbəsində torpaq sahəsi almaq üçün makler Rasim Bəlalıyevə vermişdir.” cümləsi qeyd edilsə də, məhkəmə iclasında iddiaçı verdiyi izahatında və həmin cümlədə adı qeyd olunan Mübariz Quliyev, habelə Rasim Bəyalıyev verdikləri ifadələrində bildirmişlər ki, mübahisəli pul təhvil verilməsi üçün Rasim Bəlalıyevə verilmiş, sonuncu tərəfindən digər şəxslərin iştirakı ilə torpaq sahəsinin dəyəri olaraq Cavabdeh ödənilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar