Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2866/2022 21.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabiq pul məbləğində, yəni 200 manat alimentin və iddia tələbi ilə bağlı məhkəmə xərci olan 100 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar, lakin sonradan ailə daxili narazılıqlar nəticəsində boşanmışlar və birgə nikahlarından olan uşağın saxlanması üçün cavabdehdən hər ay 50 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, bir müddət həmin məbləğlə uşağa baxmış, lakin sonradan həmin məbləğ ilə uşağın maddi tələbatlarını ödəməkdə çətinliklər çəkmiş, sonradan alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və alimentin məbləği artırılaraq 80 manat məbləğində müəyyən edilmişdir. O, hazırda həmin məbləğlə uşağın maddi tələbatlarını təmin edə bilmir, uşaq məktəblidir, maddi tələbatları, istək və arzyları çoxdur. Cavabdeh isə könüllü olaraq uşağın saxlanmasında heç bir maddi yardım göstərməmişdir. Cavabdeh istəsə hər ay 200 manat məbləğində alimenti ödəyə bilər. Oduir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)- 1938/2014 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-2164/13 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manatda az olmamaq şərti ilə qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin X6 verilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Alpay X1 birgə nikahlarından 25 yanvar 2011-ci il tarixdə X7 anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 nikahları 16 aprel 2014-cü il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-1938/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 25 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-1938/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 25 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xidməti üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(125)-2866/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2866/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2866/2022
21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver