Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2867/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “yaşıllıqlara dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “yaşıllıqlara dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydasına əsasən, 3.1. Yaşıllıq sahələrində ağac, kol, gül-çiçək və ot bitkilərinin (qazonların) əkilməsi üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting, gül-çiçək və ot bitkilərinin məhv olması nəticəsində dəymiş ziyanın hesablanması üçün təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə aşağıdakı qaydada miqdarlar tətbiq edilir: 3.1.1. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.2. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.3. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.4. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun hesablanması. 4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. 4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. 4.3. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədinin rəsmi qaydada cavabdehə göndərilməsini təsdiqləyən sübut(lar), məhkəmə tərəfindən təklif olunmasına və çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilməmişdir. İnzibati xəta üzrə araşdırma aparılması zamanı tərtib edilən sənədlər isə pretenziya qaydasına riayət olunmasını təsdiqləmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “yaşıllıqlara dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2867/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2867/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver