Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-288/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 İddiaçı Cavabdeh1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə, Cavabdeh1, Cavabdeh4 Dövlət Yol polisi şöbəsinə və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinə qarşı «xüsusi qərar çıxarılması və vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azər-Avtonəqliyyat» ASC-yə, Cavabdeh1, Cavabdeh4 Dövlət Yol polisi şöbəsinə və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinə qarşı cavabdehlərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarmaqla, bu barədə prokurora xəbər verilməsi haqqında xüsusi qərardad çıxarılması, «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 5*** manat, qətnamənin icrasının başa çatanadək qəza günündən hər gün üçün əldən çıxmış fayda qismində 2* manat, iddia ərizəsinin yazılmasına görə 5* manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, X2 mülkiyyətində olan «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobili *1 sentyabr 2*21-ci il tarixli, 7E-1**7* reyestr nömrəli etibarnamə əsasında idarə etmişdir. 17 iyul 2*22-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində idarə etdiyi «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobillə «İsuzu» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin qəzada onun idarə etdiyi avtomobillə yanaşı «VAZ 21*12» markalı, 2* DF 813 dövlət qeydiyyat nişanlı avtomobilə də ziyan dəymiş, təqsirli olan «İsuzu» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü isə hadisə yerindən qaçmışdır. «VAZ 21*12» markalı, 2* DF 813 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bu zaman Azərbaycan Respublikası DİN-nin 1*2 xidməti zəng mərkəzinə məlumat vermiş və budan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Gəncə şəhəri YPX-nin qəza komissarı Hikmət Mirzəyev hadisə yerində müayinə aparmışdır. Bu zaman Hikmət Mirzəyevdən hər üç avtomobilin sığorta-qəza nümayəndələrinin dəvət olunması tələb edilmiş, lakin Hikmət Mirzəyev buna etiraz etmişdir. Belə ki, o, telefonla danışan zaman məlum olmuşdur ki, sərnişindaşıyan avtobusun sahibi Zöhrab adlı şəxsdir. O tələb etmişdir ki, sərnişindaşıyan avtobusun sürücüsü alkotestdən keçirilsin. Sərnişindaşıyan avtobusun sürücüsü isə əlində spirtli içki içərək içkili olduğunu söyləmiş, Hikmət Mirzəyev isə sürücünün sərxoş olduğunu etiraf etdiyindən alkotestdən keçirilməyinə zərurət olmadığını bildirmişdir. Göründüyü kimi Gəncə DYPŞ tərəfindən gələn qəza komissarı Hikmət Mirzəyev tərəfindən hadisədə qərəzli olan sürücü barəsində heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Qanunvericiliyə əsasən sürücülərin alkotestdən və eləcə də narkotik qəbul edilməsi barədə narkoloji müayinələrdən qərəzli olaraq şəxsi maraqlara görə keçirilməməsi, sığorta nümayəndələrinin hadisə yerinə gəlmələrinə maneçilik törədilməsi buna sübutdur. Bununla yanaşı dəfələrlə qəzanın video görüntüsünu tələb etsələr də onlara heç bir görüntü təqdim edilməmişdir. Belə ki, qəza komissarı Hikmət Mirzəyev tərəfindən sui-istifadə hallarına yol verilmiş, onun hüquqlarını həyata keçirməsinə mane olunmuşdur. Gəncə DYPŞ-nin rəisi Eldəniz Həsənov tərəfindən imzalanmış 25.*7.2*22-ci il tarixli məktubuna əsasən avtobusun sürücüsü barədə İXP 44769657 saylı protokol tərtib edildiyi bildirilsə də, üzləşmə olmamış, protokolda qəza barəsində kimin təqsirli olması barədə məlumat verilməmişdir. Sonda qeyd etmək istəyir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Dövlət Yol polisi şöbəsi və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinin səhlənkarlıqları ucbatından qərəzli olaraq qəza hadisəsi baş vermişdir. Avtobusun sığortasının olmaması, sürücünün sürücülük vəsiqəsi və işəgötürənlə əmək müqaviləsinin olmaması cavabdehlərin bu işdə olan təqsirlərinin sübutudur. Buna görə də, o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, o, "xxxx" ASC-nin mülkiyyətində olan «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusu 24.*8.2*21-ci il tarixli əmək müqaviləsi əsasında idarə etmişdir. 17 iyul 2*22-ci il tarixdə Gəncə şəhəri Nizami prospektində idarə etdiyi «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobus «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı minik avtomobili və «VAZ 21*12» markalı 2* DF 813 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində minik avtomobillərinə maddi zərər dəymişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və cərimə növündə inzibati tənbeh tətbiqi edilmişdir. Qeyd olunan səbəbdən o, iddianı vurulmuş maddi zərər tələbinə dair hissədə qəbul edir. Lakin iddia əldən çıxmış fayda, habelə digər hissələrdə əsassızdır və o, iddianı həmin hissələrdə qəbul etmir. Sonda Cavabdeh1 təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi G.M.Abbasov izahatında iddianı qəbul etməyərək, bildirdi ki, Cavabdeh1 "xxxx" ASC-nin əməkdaşı, «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobus isə "xxxx" ASC-nin mülkiyyətində olan avtomobildir. 17 iyul 2*22-ci il tarixdə Gəncə şəhəri Nizami prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı minik avtomobilinə və «VAZ 21*12» markalı 2* DF 813 dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər dəymişdir. Həmin zərər sürücü Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermiş və buna görə də Cavabdeh1 barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. "xxxx" ASC qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2.*5* manat məbləğində maddi zərər vurulmasını qəbul etsə də, iddianı digər hissələrdə qəbul etmir. Buna görə də vurulmuş zərərin əvəzi qismində Cavabdeh1 2.*5* manat məbləğində pul vəsaiti tutulub, İddiaçı verilməlidir. Sonda G.M.Abbasov iddianın "xxxx" ASC-yə dair hissədə təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4 Dövlət Yol polisi şöbəsi və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, Cavabdeh1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AD seriyalı 138119 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21*7* minik» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan AB seriyalı 772999 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC-nin mülkiyyətindədir. İşdə olan *1.*9.2*21-ci il tarixli, 7E-1**7* reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı «VAZ 21*7* minik» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobili *1.*9.2*22-ci il tarixədək sərəncam vermək hüququ əsasında idarə etmişdir. İş materiallarında olan 17.*7.2*22-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 17.*7.2*22-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 1** manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 24.*8.2*21-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında 24.*8.2*21-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Cavabdeh1 avtobus sürücüsü işinə qəbul edilmişdir. İşdə olan 18.*2.2*22-ci il tarixli, *9/İ nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh1 18.*2.2*22-ci il tarixindən "xxxx" ASC-də «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusun sürücü təyin edilmişdir. İş materiallarında olan «Gəncə» avtomotoservis və ticarət müəssisəsinin 21.*7.2*22-ci il tarixli qüsur aktının surətindən görünür ki, İddiaçı idarə etdiyi «VAZ 21*7* minik» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği 2.3** manat təşkil edir. İşdə olan Gəncə şəhər BPİ-nin DYPŞ-nin *3.1*.2*23-cü il tarixli, 3-13-57-5/2- 5646/2*23 nömrəli məktubundan görünür ki, 17.*7.2*22-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində Cavabdeh1 idarə etdiyi «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusla «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı və «VAZ 21*12» markalı 2* DF 813 dövlət qeydiyyat nişanlı minik avtomobilləri toqquşmuşdur. İş materiallarında olan Cavabdeh1 18.*7.2*22-ci il tarixli Gəncə şəhər BPİ-nin DYPŞ-yə verdiyi izahatının surətindən görünür ki, o, «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusu «B,C,D» kateqoriyalı sürüclük vəsiqəsi əsasında idarə etmişdir. 17.*7.2*22-ci il tarixdə, saat 19:2* radələrində o, həmin avtobusla Gəncə şəhəri, Nizami prospektində hərəkətdə olarkən Azərbaycan Bayrağı kəsişməsində sağ tərəfdən, yəni Azərbaycan Bayrağı küçəsi ilə Nizami küçəsinin kəsişməsində sağdan gələn yol ayrıcının daxil olmağını gözləyən «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfinə dəymiş, toqquşmanın təsiri ilə sonuncu avtomobil «VAZ 21*12» markalı 2* DF 813 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Həmin vaxt avtobusda xəstə olduğu üçün polis əməkdaşlarını gözləmədən hadisə yerindən uzaqlaşmışdır. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.*6.2*23-cü il tarixli, 9/2738 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Gəncə Avtomotoservis və Ticarət» müəssisəsinin 21.*7.2*22-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2**4-cü il buraxlışlı, «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.*5* manat müəyyən edilir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, 17.*7.2*22-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində "xxxx" ASC-də sürücü işləyən Cavabdeh1 idarə etdiyi həmin ASC-nin mülkiyyətində olan «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusla «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşmuş, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində İddiaçı sahiblik və istifadəsində olan «VAZ 21*7*» markalı 1* NX 618 dövlət qeydiyyat nişanlı minik avtomobilə 2.*5* manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçı öz vəsaiti hesabına həmin avtomobilə vurulmuş zərəri aradan qaldırmış, bununla yanaşı "xxxx" ASC-yə, Cavabdeh1, Cavabdeh4 Dövlət Yol polisi şöbəsinə və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsinə qarşı cavabdehlərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarmaqla, bu barədə prokurora xəbər verilməsi haqqında xüsusi qərardad çıxarılması, «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 5*** manat, qətnamənin icrasının başa çatanadək qəza günündən hər gün üçün əldən çıxmış fayda qismində 2* manat, iddia ərizəsinin yazılmasına görə 5* manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*8.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1*99.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*99 və 11*8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2*22-ci il tarixli Qərarına göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*99-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 17.*7.2*22-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində «İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sahiblik və istifadəsində olan «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobilə 2.*5* manat məbləğində maddi zərər dəymişdir. Həmin zərərin vurulması və zərərin məbləği 17.*7.2*22-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, 17.*7.2*22-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.*6.2*23-cü il tarixli, 9/2738 nömrəli rəyi, «Gəncə» avtomotoservis və ticarət müəssisəsinin 21.*7.2*22-ci il tarixli qüsur aktı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.*6.2*23-cü il tarixli, 9/2738 nömrəli rəyi, habelə İsuzu-Boqdan» markalı, 2* AE 27* dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh1 izahatı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan zərər İddiaçı şəxsi vəsaiti hesabına aradan qaldırılmış və Mülki Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq, İddiaçı əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüququ ilə vurulmuş zərərin əvəzi qismində hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin istər Mülki Məcəllənin 1*99.1-ci maddəsinin tələbinə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*99 və 11*8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 18 aprel 2*22-ci il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə görə hüquqi şəxsin işçisinin vurduğu zərərə görə zərərçəkmiş şəxs qarşısında işçi və digər şəxslər deyil, həmin hüquqi şəxs, hazırki halda isə "xxxx" X8 Cəmiyyəti mülki hüquqi məsuliyyət daşıyır. Bundan başqa, İddiaçı cavabdehlərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarmaqla, bu barədə prokurora xəbər verilməsi haqqında xüsusi qərardad çıxarılmasını, qətnamənin icrasının başa çatanadək qəza günündən hər gün üçün əldən çıxmış fayda qismində 2* manat və iddia ərizəsinin yazılmasına görə 5* manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etsə də, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, həmçinin İddiaçı «VAZ 21*74» markalı, 1* NX 618 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub, hər gün 2* manat məbləğində qazanc əldə etməsinə, eləcə də həmin avtomobilin təmirdə olması ilə əlaqədar neçə gün işlək vəziyyətdə olmamasına və iddia ərizəsinin yazılmasına 5* manat məbləğində vəsait sərf etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 2.*5* manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.*.1-ci maddəsinə görə ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 4* manat 5* qəpik məbləğində pul vəsaiti İddiaçı və eksperiza tədqiqatına sərf edilmiş vəsaitin əvəzi qismində 5* manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" X8 Cəmiyyətindən vurulmuş maddi zərərin əvəzi qismində 2.*5* (iki min əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 4* (qırx) manat 5* (əlli) qəpik, cəmi 2.*9* (iki min doxsan) manat 5* (əlli) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. "xxxx" X8 Cəmiyyətindən ekspertiza tədqiqatının dəyəri qismində 5* (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-288/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-288/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver