Məhkəmə qərarları › İş №2(125)-2885/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2885/2022

05.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2885/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ünvan 1 ünvanında yerləşən aptek və ünvan 2sinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Nurəddin oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Nurəddin oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ünvan 1 ünvanında yerləşən aptek və ünvan 2sinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Nurəddin oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı ünvan 3yən olunmaqla iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad etməklə, iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi xüsusi müsadirə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından, yəni mülkiyyət hüququndan məhrum edilməsindən ibarət olan cinayət hüquqi xarakterli tədbirdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi müstəsna aidiyyətin müəyyənləşdirilməsi zamanı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar iddialar istisna edilmişdir. Buna görə də hazırki halda iddianın ərazi aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tətbiq olunması qanunauyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Nurəddin oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2022, qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı Nurəddin oğluna qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ünvan 1 ünvanında yerləşən aptek və ünvan 2sinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakların müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Nurəddin oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2022, qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı Nurəddin oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar