Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2907/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olumuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və xx.xx.2011-ci ildə anadan olmuş X3 müalicəsi üçün əlavə xərc qismində hər ay 100 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2011-ci il tarixdə X6 anadan olmuşdur. Lakin onunla Cavabdeh arasındakı nikah münasibətləri bərpa edilməyəcək dərəcədə pozulduğundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqların onun yanında saxlanmaları müəyyən edilmiş və həmin uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Belə ki, uşaqların yaşı artdıqca onların tələbatları da artır. Birgə nikahdan doğulmuş X5 15 yaşı tamam olmuşdur və ali təhsil alması üçün dərsliklər almalı, dərsdən sonra repetitor yanına hazırlığa getməli və özünü təkmilləşdirmək üçün əlavə dərnəklərə qoşulmalıdır. Digər uşaq X1 əriməsi nəticəsində ayağında qısalma baş verir və qeyd olunan hal G.Cavabdehnın sinirlərinin sıxılmasına, nəticədə dəhşətli ağrıların yaranmasına səbəb olur. G.Cavabdeh mütəmadi həkim nəzarətində olmadıqda, fizioterapiya qəbul etmədikdə, vitaminlər və ağrıckəsici vasitələrdən istifadə etmədikcə səhhəti daha da pisləşir. O, G.Cavabdehnın sinir ağrıları ilə əlaqədar həmin uşağı yalnız qoyaraq, maddi ehtiyaclarını ödəmək üçün işə də gedə bilmir. Buna görə də o, Cavabdehla birgə nikahdan doğulmuş uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. X7 isə uşaqların saxlanmasında hər hansı maddi yardım göstərmir, bir ata kimi Cavabdeh alimentdən başqa uşaqların müalicəsi və təhsilləri üçün heç bir maddi yardım göstərmir. Hətta «Vətən müharibəsi» zamanı Gəncə şəhəri raket zərbəsi ilə vurularkən X2 şok nəticəsində depressiv vəziyyətə düşüb, günlərlə qida qəbul etmədiyinə görə mədəsində yaranmış fəsadlarla əlaqədar cərrahi əməliyyat olunsa da, Cavabdeh öz övladı ilə maraqlanmamışdır. Cavabdeh maddi vəziyyətinin ağır olmasını bildirsə də, əsl həqiqətdə bu belə deyildir və maddi imkanı kifayət qədər yaxşıdır. Cavabdeh maddi vəziyyəti qənaətbəxş olmadığı halda 2-ci dəfə nikaha girməz, nikaha girsə belə ailə planlaması zamanı əlavə uşaqların doğulmasına rəvac verməzdi. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun maddi vəziyyəti yaxşı deyildir. O, 2-ci dəfə nikaha daxil olmuş və və həmin nikahdan da uşaqları vardır. Əldə etdiyi ümumi gəlir onun özünün və ailəsinin maddi xərclərini çətinliklə ödəyir. O, bir ata kimi məsuliyyətini və vəzifəsini dərk etsə də reallıqda təyin olunan alimentdən başqa aliment ödəməyə maddi gücü çatmır. Buna görə də onun Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentdən artıq ödəniş etməyi mümkünsüzdür. Belə ki, o, qeyd olunan qətnamə əsasında təyin edilən alimenti belə çətinliklə ödəyir. Sonda Cavabdeh iddianın əsassız olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsindən görünür ki, Cəfərova (İmanova) Günel Ənvər qızı və Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların Cəfərova (İmanova) Günel Ənvər qızı yanında saxlanmaları müəyyən edilmiş və həmin uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin Cəfərova (İmanova) Günel Ənvər qızının xeyrinə tutulması qət edilmişdir. İşdə olan AZ-İİ seriyalı 322550 nömrəli və 596148 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası Cəfərova (İmanova) Günel Ənvər qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışdan görünür ki, X6 «sol budun anadangəlmə çıxığı, (konservativ müalicəsən sonrakı vəziyyət), sol bud-çanaq oynağının yaxınlaşdırıcı konstrakturası, sol budun başının və boynunun deformasiyası, sol aşağı ətrafın 5 sm qısalığı, əzələlərin atrofiyası, funksiya pozğunluğu, displastik konsartroz, skolioz İİ» xəstəliyindən əziyyət çəkir. İşdə olan Gəncə Diaqnontika mərkəzi tərəfindən verilmiş epikrizin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ETN altında «laparoskopik xolesistektomiya» əməliyyatı icra olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Qanununa görə 2020-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 1132/2020 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən Cavabdeh başqa şəxslə nikahından doğulmuş uşağın maddi təminatının əvvəlki nikahdan doğulmuş uşaqların maddi xərclərinin ixtisarı hesabına ödənilməsi yolverilməzdir. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 1132/2020 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı Elxan qızına verilməsi qət edilmiş alimentin məbləği 2020-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 170 manat məbləğində pul vəsaitinin 70,58 faizi həddində, yəni 120 manat olmuş, 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 65 manat məbləğində artaraq, 2024-cü ildə 235 manat müəyyən edilmişdir və 235 manat məbləğində pul vəsaitinin 70,58 faiz hissəsi 166 manat təşkil edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, X3 «sol budun anadangəlmə çıxığı, (konservativ müalicəsən sonrakı vəziyyət), sol bud-çanaq oynağının yaxınlaşdırıcı konstrakturası, sol budun başının və boynunun deformasiyası, sol aşağı ətrafın 5 sm qısalığı, əzələlərin atrofiyası, funksiya pozğunluğu, displastik konsartroz, skolioz İİ» xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı tərəflərin birgə nikahından doğulmuş X3 «sol budun anadangəlmə çıxığı, (konservativ müalicəsən sonrakı vəziyyət), sol bud-çanaq oynağının yaxınlaşdırıcı konstrakturası, sol budun başının və boynunun deformasiyası, sol aşağı ətrafın 5 sm qısalığı, əzələlərin atrofiyası, funksiya pozğunluğu, displastik konsartroz, skolioz İİ» xəstəliyindən əziyyət çəkməsinə dair sübutları məhkəməyə təqdim etsə də, həmin uşağın qeyd olunan xəstləliklərdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, onların əlavə xərclərdə iştirakı üçün belə xərclərin məbləğinin dəqiq müəyyənləşdirilməsi zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından xx.xx.2011-ci anadan olmuş X3 müalicəsi üçün əlavə xərc qismində hər ay 100 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1132/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olumuş X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2907/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2907/2024
03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver