Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2953/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(043)-2672/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, 04 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin və onun tərəfindən çəkilmiş 50(əlli) manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdeh, G əncə şəhəri Kəpəz rayon Məhkəməsinin 22 fevral 2011-ci il tarixli qətnaməsi ilə keçmiş əri Cavabdeh ilə birgə nikahlarından 04 iyul 2008-ci ildə anadan olmuş X1 üçün hər ay 50 manat pulun sabit pul məbləği şəklində cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Sonuncu dəfə alimentin artırılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmişdir. Hazırda həmin alimentin miqdarı az olduğundan, uşağın məktəb xərcləri, böyüməsi ilə bağlı saxlanma xərclərinin artması, qiymət artımları və s. hallarla əlaqədar uşağın saxlanması üçün maddi xərclər artdığından həmin pulla hazırda onun saxlanmasında çətinlik çəkir. Bundan başqa Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqların saxlanması üçün minimum xərc 193 manat müəyyən edilmişdir. Lakin, bu məbləğdə də aliment onun öz uşağını layiqli həyat şəraitini təmin etməklə saxlamaq üçün kifayət etmir. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(043)-2672/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 04 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və onun tərəfindən çəkilmiş 50(əlli) manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 086778 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 04 iyul 2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1193/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından 04 iyul 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4395/2015 saylı mülki iş üzrə çıxarılmış 02 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 100,0 (bir yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 120,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin tutulmasının, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1193/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından 04 iyul 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4395/2015 saylı mülki iş üzrə çıxarılmış 02 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 100,0 (bir yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 120,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2022-ci ilin yaşayış minumumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 04 iyul 2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 iyul 2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 iyul 2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2953/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2953/2022
26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver