Məhkəmə qərarları › İş №2(125)-3072/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3072/2022

18.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3072/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehləri, onların ünvanlarını, tələb hissəsində məhkəmədən nəyi xahiş etməsini qeyd etməyərək yalnız Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSCnin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Bu səbəbdən ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, idda ərizəsinin forma və məzmununa riayət edilmədiyindən, yəni iddia ərizəsində cavabdehlər, onların ünvanları, tələb hissəsində isə tələbin nədən ibarət olması, konkret olaraq cavabdehlərin hər birinə qarşı yönələn tələbinin nədən ibarət olması göstərilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddias ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar