Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-309/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətindən 1.7 kv.m olmaqla müdaxilə edilərək betonlamış ərazinin, həmçinin böyük kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına sökülərək onun mülkiyyətinə edilən qəsdə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında mənə məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* MA seriya nömrəli ********** qeydiyyat tarixli çıxarışı mövcuddur. Mülkiyyət hüququ əsasında mənə məxsus olan torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə yanbayan yerləşmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinə cənub-qərb istiqamətindən 1.7 kv.m olmaqla müdaxilə edərək həmin hissəni betonlamış, həmçinin böyük kanalizasiya quyusu qazdırmaqla əmlakımı qanunsuz olaraq zəbt etmişdir. O, 2021-ci il tarixdə cavabdehlər X5, Cavabdeh və X2 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində “torpaq sahəsindən çıxarılma, yolun azad olunması, qanunsuz tikilinin sökülməsi, maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsinə” dair iddia qaldırmış və iddiası Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)192/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş və Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddiası isə tamami ilə fərqli olmaqla həmin iddiada göstərilməyən betonlanmış ərazinin və qazılmış kanalazasiya quyusunun cavabdehin hesabına sökülməsindən ibarətdir. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini cənub qərb istiqamətindən 1.7 kv.m olmaqla zəbt edərək həmin əraziyə beton (yer səviyyəsində tökülmüş bünövrə) tökməklə, kanalizasiya quyusu qazdırmışdır. (DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinin məktubunda göstərilmişdir). Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi Ərazi Vahidliyi cəhətdən Gəncə şəhəri ərazisində yerləşdiyindən müstəsna aidiyyət qaydalarına müvafiq olaraq Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-2 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-192/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X5, Cavabdeh və X2 ışraq̇ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, onların etdiyi qanunsuz hərəkətələrinə son qoyulmaqla onun tərəfindən tikinti aparılmasına törətdikləri maneələrin aradan qaldırılması, torpaq sahəsinin qabağında gediş-gəliş məqsədi ilə ümumi istifadədə saxlanılmış yolun zəbtdən azad ediməsi, cavabdehlər tərəfindən həmin yolda qeyri-qanuni tikilmiş evlərin onların hesabına sökülməsinə, həmçinin cavabdehlərdən müştərək qaydada 1380 manat maddi, 10000 manat mənəvi ziyan olmaqla, cəmi 11180 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən 1380 manat maddi, 10000 manat mənəvi zərər olmaqla, ümumilikdə 11380 manat pulun alınaraq onun xeyrinə ödənilməsi və mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən tikinti aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 192/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına cavabdehlər X6, Cavabdeh və X4 tərəfindən maneçilik törədilməsinin qadağan olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3596/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-192/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/6106-REV-1 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən (mühəndisi Elmar Aslanov) xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən betonlanmış ərazinin 1.7 kv.m hissəsi, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşdiyi müəyyən olundu. Eyni zamanda mübahisəli torpaq sahəsi üzərində, kanalizasiya quyusu müşahidə olunmadı. Bununla yanaşı, iddiaçı tərəfin kanalizasiya quyusu yerləşdiyini iddia edərək, naturada təqdim etdiyi sahə, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iş üzrə iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus daşınmaz əmlakda cavabdeh tərəfdən betonlaşdırıldığını bildirdiyi ərazinin və cavabdeh tərəfdən qazıldığını bildirdiyi kanalizasiya quyusunun sökülməsini xahiş etmişdir. Lakin həmin işlərin cavabdeh tərəfindən həyata keçirildiyini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində “Cavabdeh tərəfindən betonlanmış” ifadəsində istifadə edilsə də, ərazinin kim tərəfindən betonlaşması xüsusi bilik tətbiq edilməsiylə deyil, məhkəmə araşdırması ilə müəyyən edilən haldır və rəydə qeydedilən ifadədən istifadə edilməsi tələbin sübutu hesab edilə bilməz. Bununla yanaşı, betonlaşmış ərazinin 1.7 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi tələbin əsaslı olmasını təsdiq edə bilmir, belə ki, betonlaşma işinin kim tərəfindən aparıldığı müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi biliyin tətbiqinə əsasən, mübahisəli torpaq sahəsi üzərində kanalizasiya quyusu müəyyən olunmamışdır və kanalizasiya quyusunun yerləşdiyi iddia edilən sahə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Məhkəmə nəzərə alır ki, həmin ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-309/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-309/2023
25.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver