Məhkəmə qərarları › İş №2(125)-3090/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3090/2022

29.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3090/2022 29.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən miras əmlakda müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun qardaşı qızıdır. Qeydiyyatda olduqları Gəncə şəhəri ünvan 2 ünvanda yerləşən mülk babası X4 məxsus olmuşdur. Mülk sahibi olan ata X13 və atası Hüseynov Cabbar vəfat etmişdir. Onların vəfatından əvvəl də, sonra da o həmin miras mülkdə yaşamışdır. X1 qanun üzrə birinci növbə vərəsələri mülkün onun adına qeydə alınmasına öz razılıqlarını ifadə ediblər. O cümlədən Cavabdeh 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda həbsdə olan atası X8 da vərəsəlik məsələsinin həll edilməsi üçün ona etibarnamə vermişdir. Belə ki, cavabdeh X9 17 ildir ki, ailə qurub başqa ünvanda yaşayıb. Son bir ildə miras mülkə gəlib bu ünvanda yaşamış və atası Tahirin həmin ünvanda qeydiyyatda olmasını əsas gətirərək onun övladı olaraq mülkdə pasport qeydiyyatına düşmüşdür. Münasibətləri pis olduğuna görə o son bir ildə həmin evdə yaşaya bilmir. Mirasla bağlı yaranmış münasibətlərdə qanun üzrə birinci növbə vərəsələr arasında heç bir mübahisə mövcud deyil. Bu səbəbdən müvafiq olan sənədlər təqdim edilməklə Reyester Xidmətinin 3 saylı ərazi İdarəsinə müraciət etmiş, Gəncə şəhər 3 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********53 saylı məktubu ilə ona cavab verilərək, əmlak üzərində mübahisə olması səbəbindən müayinə (ölçü işləri) baxışına şərait yaradılmaması, bu səbəbdən də ərizənin icrasının mümkün olmaması göstərilmişdir. Cavabdehin təqsiri üzündən miras əmlakla bağlı məsələləri həyata keçirə bilmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin ərizəçi X3 vərəsəsi İddiaçı ünvanlanmış **********53 saylı bildirişindən görünür ki, Gəncə şəhəri, M.ünvan 3nvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əmlak üzərinə mübahisə olduğuna görə müayinə baxışına şərait yaradılmadığından icrası mümkün olmamışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 ailə tərkibi X15, X6, X5, X7 və X2 ibarət olmuşdur. Qeyd olunun aliə üzvlərindən sağ qalanı olmamışdır. Yaşayış üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflərin hər ikisi Gəncə şəhəri, M.ünvan 3nvanında qeydiyyatdadırlar. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də fiziki və hüquqi şəxslərin digər hərəkətləridir. MM-in 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 560.3.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə edilməsinin xüsusiyyətlərindən biri də müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsidir. Göründüyü kimi iddiaçı tiərəfindən miras qalmış əmlakın qeydiyyata alınması məqsədi ilə həmin əmlakda ölçmə işlərinin aparılması cavabdehin hər hansı mənafeyinə toxunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını araşdırıb tədqiq olunmuş hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Gəncə şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneçilik aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneçilik aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar