Məhkəmə qərarları › İş №2(125)-3109/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3109/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3109/2024 05.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsi üzrə 21987,88 manat borc, 1621,56 manat faiz borcu və 229,56 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23839 manat borcun və xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit müqaviləsi üzrə 299,08 manat əsas borc, 32,9 manat faiz borcu və 22,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 354,5 manat məbləğində borcun, 162,58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532- 23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15,9 faizlə 36 ay müddətinə 23000 manat məbləğində, həmçinin xx.xx.2023-cü il tarixli kredit kartı müqaviləsinə əsasən 300 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 13 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsi üzrə banka 21987,88 manat borc, 1621,56 manat faiz borcu və 918,22 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24527,66 manat borcu, xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit müqaviləsi üzrə isə 299,08 manat əsas borc, 32,9 manat faiz borcu və 22,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 354,5 manat borcu vardır. Cavabdeh 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsi üzrə cərimə borcu 918,22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği güzəşt olunaraq 229,56 manat məbləğində tələb olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 15,9 faizlə 36 ay müddətinə 23000 manat məbləğində kredit verilmişdir. 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2026cı ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh İddiaçı ASCdən 23000 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsi üzrə 21987,88 manat əsas borc, 1621,56 manat faiz borcu və 918,22 manat cərimə borcu olmaqla, ümumilikdə 24527,66 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh adına 48 ay müddətinə, illik 25% olmaqla, 300 manat məbləğində kredit xəttti açılmış və plastik kart təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli kartın müştəriyə təhvil-təslim aktından görünür ki, Cavabdeh plastik kartı İddiaçı ASC-dən təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit müqaviləsi üzrə 299,08 manat əsas borc, 32,9 manat faiz borcu və 22,52 manat cərimə borcu olmaqla, ümumilikdə 354,5 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 26 iyul 2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 15,9 faiz olmaqla, 36 ay müddətinə 23000 manat məbləğində, həmçinin xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit kartı müqaviləsinə əsasən 48 ay müddətinə, illik 25% olmaqla, 300 manat məbləğində kredit götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-1-0- 2532-23 saylı kredit müqaviləsi üzrə 21987,88 manat əsas borc, 1621,56 manat faiz borcu, 229,56 manat cərimə olmaqla, cəmi 23839 manat və xx.xx.2023-cü il tarixli, 10- TK-2-0-2533-23 saylı kredit müqaviləsi üzrə 299,08 manat əsas borc, 32,9 manat faiz borcu və 22,52 manat cərimə olmaqla, cəmi 354,5 manat ümumilikdə hər iki müqavilə üzrə cəmi kredit borcu tutuluraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 162,58 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-1-0-2532-23 saylı kredit müqaviləsi üzrə 21987,88 manat əsas borc, 1621,56 manat faiz borcu və 229,56 manat cərimə olmaqla, cəmi 23839 manat və xx.xx.2023-cü il tarixli, 10-TK-2-0-2533-23 saylı kredit müqaviləsi üzrə 299,08 manat əsas borc, 32,9 manat faiz borcu və 22,52 manat cərimə olmaqla, cəmi 354,5 manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi 24193,5 (iyrimi dörd min yüz doxsan üç manat 50 qəpik) pul və dövlət rüsumunun əvəzi olaraq 162,58 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar