Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3161/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh X6 Cəmiyyətinə qarşı «1996-cı ildən hazırki vaxta qədər cəmiyyətin xalis mənfəətindən mərhum atasının səhmlərinə uyğun dividentin hesablanaraq ona ödənilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh X6 Cəmiyyətinə qarşı «1996-cı ildən hazırki vaxta qədər cəmiyyətin xalis mənfəətindən mərhum atasının səhmlərinə uyğun dividentin hesablanaraq ona ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə hüquqi şəxsin yerləşdiyi yer üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı öz iddia tələbini atası X1 hüquqi şəxs Cavabdeh X6 Cəmiyyətinin üzvü olması və F.M.Məhərrəmovun həmin hüquqi şəxsə qarşı olan divident tələbi hüququnun ona miras qalması ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 nömrəli Qərarının 2.3-cü bəndində Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin «Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır» hissəsində «(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)» sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi hazırki halda tərəfələr arasındakı mübahisə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı X3 tərəfindən ödənilmiş 150 manat məbləğində (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:11404, əməliyyat İD:171798984, GPP qəbz nömrəsi:**********) və 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2019, qəbz nömrəsi: 5********) dövlət büdcəsindən iddiaçı X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh X6 Cəmiyyətinə qarşı «1996-cı ildən hazırki vaxta qədər cəmiyyətin xalis mənfəətindən mərhum atasının səhmlərinə uyğun dividentin hesablanaraq ona ödənilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində (ödənilmə tarixi:xx.xx.2023, qəbz nömrəsi:11404, əməliyyat İD:171798984, GPP qəbz nömrəsi:**********) və 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2019, qəbz nömrəsi: 5********) dövlət büdcəsindən iddiaçı X2 qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3161/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3161/2023
28.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver