Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3168/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 6.500 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək T.Q.Hüseyovun ona olan borcunu tam ödədiyini, buna görə də iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumu (tarix xx.xx.2025; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumu (tarix xx.xx.2025; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3168/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3168/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver