Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3173/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat borcun və ödənilmiş 129 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 13000 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci tarixli 3M-122 reyestr nömrəli kredit müqaviləsinə, tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən borc verənin razılığı ilə müqavilənin müddəti 1 il yəni, xx.xx.2023cü il tarixədək artırılmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun tanışıdır, ona pula ehtiyacı olduğunu bildirib 13000 manat pul istəmiş və 2 ay müddətinə qaytaracağını bildirmişdir. İddiaçı da ona inanaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 3 saylı Notariat Ofisində 13000 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh öhdəlik götürdüyü müddətdə pulu qaytarmamış, ondan kredit müqaviləsinə dəyişiklik etməyini xahiş etmiş, müqavilədə müddətin bir il yazılmasını, lakin bir ildən tez bir müddətdə pulu qaytaracağını bildirmişdir. İddiaçı da onunla razılaşmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə dəyişiklik müqaviləsi bağlanmış, müqavilədə pulun xx.xx.2023-cü il tarixədək qaytaracağını qeyd etmişdir. Lakin həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh onun pulunu qaytarmamışdır, son vaxtlar pulunu tələb etdikdə onu hədələmiş, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı bildirdi ki, o, cavabdehə notariusda verdiyi 13000 manat məbləğində pulu uzun müddətdir ki, ala bilmir. Qızıllarla bağlı iddiaçının bildirdiklərinin bu borca aidiyyəti yoxdur, borcundan heç bir məbləğ qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən 13000 manat pul cavabdehə borc verilmişdir, aralarında qızıl alqı-satqısı olub. Məhkəmə baxışında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, borcu olduğunu qəbul edir, lakin borcundan ödənişlər etmişdir, hazırda borcu 5500 manatdır. Cavabdeh həmçinin bildirdi ki, o, 22000 manat məbləğində pul götürmüşdür, əvəzində qızıllarını vermişdir. Həmin qızıllar iddiaçının dediyinə görə 11600 manat məbləğində dəyərləndirilmişdir, elə iddiaçı tərəfindən də satılmışdır. Hesab edir ki, bu hallar borcunu ödədiyini təsdiq edir. Məhkəmə baxışında iştirak edən cavabdehin vəkili cavabdehin müqavilə bağlandıqdan sonra ödənişlər etdiyini, hazırda cəmi 5500 manat borcu qaldığını qeyd edərək, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Belə ki, müqaviləyə əsasən 13000 manat pulun xx.xx.2022-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. xx.xx.2022-ci tarixli 3M-122 reyestr nömrəli kredit müqaviləsinə notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən borc verənin razılığı ilə müqavilənin müddəti 1 il yəni, xx.xx.2023-cü il tarixədək artırılmışdır. İddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 13000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmin müqvilənin müddəti bitmədən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının borcunu tələb etməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, hər bir halda müqavilənin müddəti məhkəmənin gedişində, yəni xx.xx.2023-cü il tarixdə bitmiş, lakin borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Eyni zamanda, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə tərəfindən işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Cavabdeh izahatında iddiaçı ilə onun arasında yaranmış borcun əslində qızılla bağlı olduğunu, iddiaçıya cəmi 5500 manat borcunun qaldığını, digər hissədə borcunu qaytardığını bildirmiş, bunu təsdiq etmək üçün məhkəməyə iddiaçı ilə onun arasında danışıqlarını, yazışmalarını əks etdirən bir ədəd disk və A4 vərəqləri təqdim etmişdir. Məhkəmə qeyd edir ki, həmin maddi və yazılı sübutlarla tərəflərin bu danışıq və yazışmasının sözügedən müqavilədən sonrakı münasibətlərini əks etdirdiyini müəyyən etmək mümkün deyil. Beləliklə, baxılan iş üzrə tələb edilən məbləğin bir hissəsini qaytardığını sübut etmək yükü cavabdehin üzərində olsa da cavabdeh bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən 110 manat məbləğində vəkilə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 129 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumuna görə 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3173/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3173/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver