Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3198/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, vəkili X3 və cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-23680/2022 saylı qətnaməsi ilə xx.xx.2022-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdeh X2 hər ay qazancından (başqa gəlirlərindən) 220 manat miqdarında alimentin, uşağın üç yaşına çatanadək saxlanması üçün hər ay 150 manat pulun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X7 ilə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olan uşağın saxlanması üçün hər ay 180 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh X7 tərəfindən ödənilən 180 manat aliment azyaşlı uşağın minimum yaşayış səviyyəsini ödəmir. Azyaşlı uşağa baxdığına görə heç yerdə işləyə bilmir. Cavabdeh isə bir dəfə də olsun uşaq ilə maraqlanmır. Məhkəmə tərəfindən təyin olunmuş alimenti imkanının olmamasını əsas gətirərək birtəhər ödəyir. Cavabdeh özünü işəgötürən kimi qeyd etmədiyi üçün gəlirini sübut edə bilmədiyini, lakin gəlirinin 345 manatdan yüksək olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 5 aydır ki, çıxıb. Həmin vaxtdan etibarən uşaq müalicələrdə olub. Cavabdeh Türkana hədə-qorxu gəlir, uşağın yeməyinə, müalicəsinə heç bir köməklik göstərmir. İddiaçının valideynləri Rusiyada yaşayır. Cavabdeh uşaqla maraqlanmamaqla yanaşı, anaya etibarnamə verməkdən də imtina edir ki, Türkan uşağı özü ilə birlikdə valideynlərinin yanına aparmasın. Cavabdehin mağazası vardır, ancaq özünü işəgötürən kimi qeyd etməyib. Guya aylıq gəliri 345 manat təşkil edir, halbuki özü müdürdür. Uşağın ehtiyacları günü-gündən artır. İddiaçı isə cavabdehin verdiyi alimentlə uşağı saxlamaqda çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahatında göstərdi ki, cavabdehin rəsmi iş yeri göstərilmişdir. İllərdir ki, satıcı işləyir və aylıq gəliri 345 manatdır. Artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İV 732611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2368/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay qazancının(başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 75 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanması üçün X2 hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin adına çıxarılmış şəxsi məlumatdan görünür ki, X1 işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2368/2022 nömrəli qətnaməsinə əsasən, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay qazancının(başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 75 manat sabit pul məbləğində alimentin, həmçinin azyaşlı uşağın üç yaşına çatanadək saxlanması üçün X2 hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq Atayeva (Beybutova) Türkan Ürfət qızına ödənilməsi qət edilmişdir. İddiaçı isə təyin olunan aliment məbləğinin az olduğunu, uşağın saxlanılması üçün kifayət etmədiyini, cavabdehin gəlirinin 345 manatdan çox olduğunu, ancaq bunu sübut edə bilmədiyini əsas gətirərək alimentin artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə aliment təyin olunandan sonra gəlirlərində heç bir müsbət dəyişiklik olmadığını, illərdir ki, satıcı işlədiyini və artıq məbləğdə aliment ödəməyə maddi imakanının olmamasını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Lakin işin hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan və qətnamə qanuni qüvvəsini aldıqdan 2 ay sonra iddiaçı alimentin miqdarının artırılmasını tələb etməklə, 2 ay ərzində cavabdehin əmlak vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3198/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3198/2023
22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver