Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3203/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 8.500 ABŞ dolları (manat ekvivalenti 1 ABŞ dolları 1.70 manat, olmaqla 14.450 manat) və 1.200 manat pul məbləğinin, cəmi 15650 manat pulun və məhkəməyə ödənilmiş 137,40 manat dövlət rüsümünun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehla tanışlıq münasibətləri olub. Cavabdeh bu münasibətdən istifadə edərək maddi sıxıntısı olduğunu bildirərək iddiaçıdan 8.500 ABŞ dolları və 1.200 manat məbləğində pul vəsaiti borc almışdır. Bununla aralarında şifahi borc müqaviləsi bağlanmışdır. Lakin bir müddət sonra borcu söz verdiyi vaxta qaytarmadığından 03 sentyabr 2024-cü il tarixdə yazılı ərizə verərək həmin borcu 04 oktyabr 2024-cü il tarixdə qaytarmağına dair öhdəlik götürmüşdür. Həmin pulu tələb edəndə isə müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Həmin ərizədə (müqavilə) tərəflər arasında yazılı öhdəlik baş tutmuş, həmin müqavilədə cavabdeh öz əl yazması ilə borcu etiraf etmişdir və həmin ərizəyə müqaviləyə) əsasən mübahisənin həllini məhz Azərbaycan Respublikasının ərazisində olan məhkəmələrdə mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunanlara əsasən sübüt kimi video-disk məhkəməyə təqdim olunur. Eyni zamanda cavabdehin özünün hal-hazırda yaşayış yeri Gəncə şəhəri Sevinc qəsəbəsində qeydiyyata alınıb və hal-hazırdada yaşamaqda davam edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili, Vəkil iddianı müdafiə edib göstərdi ki, cavabdeh üzərinə götürdüyü öhdəliyin vaxtı ötmüşdür. Cavabdehin pulu almasını etiraf etməsi videogörüntü vasitəsi ilə də diskə qeydə alınmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduğu ünvanda tapılmadığı üçün bildiriş geri qaytarılmışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş borca dair xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı almış olduğu 8500 dolları və 1200 manatı xx.xx.2024-cü il tarixində geri qaydaracağını bəyan etmişdir. Mülki işdə olan borcun etirafı barədə videogörüntünü əks etdirən DVD diskə məhkəmə zalında baxış keçirilərkən cavabdehin iddiaçıdan 8500 ABŞ dolları və 1200 manat aldığını etiraf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idarəsinin xx.xx.2025-ci il tarixli elektron məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeha sonuncu dəfə müvəqqəti yaşamaq üçün icazə verilmiş və Gəncə Şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı yazılı razılaşma olmuş, cavabdeh iddiaçıdan 8500 ABŞ dolları və 1200 Azərbaycan manatı borc almış və bu barədə qəbz imzalamışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən 739.1. borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəlləsi) 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 443.0-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.7 iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdehdan 8500 ABŞ dolları ( Azərbaycan manatı ekvivalentində 1 ABŞ dolları =l.70 manat, olmaqla 14.450 manat) və 1.200 manat, cəmi 15650 (on beş min altı yüz əlli) manat alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 137,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehdan 8500 ABŞ dolları ( Azərbaycan manatı ekvivalentində 1 ABŞ dolları 1.70 manat, olmaqla 14450 manat) və 1200 manat, cəmi 15650 (on beş min altı yüz əlli) manat və 137,40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3203/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3203/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver