Məhkəmə qərarları › İş №2(125)-323/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-323/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-323/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13500 manat pulun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 birlikdə xx.xx.2021-ci il tarixdə mərhum anası X1 onun iştirakı ilə 13000 manat borc pul almışlar. Onlar borcu xx.xx.2021-ci il tarixədək qaytaracaqlarına dair söz vermişlər. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun hüquqi varisi odur. O, dəfələrlə cavabdehlərdən borclarını qaytarmalarını tələb etsə də, onlar hər dəfə pulu qaytaracaqlarını bildirmişlər. Lakin bu günədək borclarını qaytarmamışlar. O, məcbur olub bu barədə Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsinin 3-cü bölməsində bu barədə araşdırılma aparılan vaxt hər iki cavabdeh anasından 13000 manat pul borc aldıqlarını etiraf etmişlər. Cavabdehlərin nə vaxt pullarının olacağı məlum deyildir. Razılaşmaya görə onlar borclarını xx.xx.2021 -ci il tarixədək qaytarmalı idilər. Ona görə o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 vərəsəsidir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, təxminən 2021-ci ilin fevral ayında xalası qızı Cavabdeh2 xahiş edib, ondan borc pul istəmişdir. Nərmin Abuzərli həmin vaxt X1 13500 manat borc almışdır, həmin puldan ona 5000 manat borc pul vermişdir. O, öz öhdəliyini dərk edərək, X3 5000 manat borclu olduğunu qəbul edir. xx.xx.2021-ci il tarixdə X4 vəfat etmişdir. O, həmin borcu oğlu İddiaçı qısa müddətdə qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, təxminən 2021-ci ilin fevral ayında X1 13500 manat borc almışdır, həmin puldan ona 5000 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh1 ilə birgə götürüb bölmüşlər. O, həmin puldan 8500 manat pulu özünə götürmüş, qalan 5000 manat pulu Cavabdeh1 vermişdir. Borc pulu ehtiyacı olduğu üçün xərcləmişdir. O, pulu əldən almışdır. xx.xx.2021-ci ildə X4 vəfat etmişdir. O, həmin borcu oğlu İddiaçı qısa müddətdə qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 yazılı ərizə təqdim edərək bildirmişdir ki, X1 13500 manat borc almışdır, həmin borcdan ödəniş etməmişdir, Səltənət Novruzova vəfat etdiyindən həmin borcu vərəsəsi İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh2 məhkəmə icraatı zamanı iddiaçının hüquqi varisi olduğu X1 13500 manat pul borc aldığını və ödəniş etmədyini etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 tərəfindən etirafı qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin Polis İdarəsinə verdiyi izahatlardan görünür ki, X1 13500 manat pulu Cavabdeh2 borc almış, həmin məbləğdən 5000 manat pulu Cavabdeh1 vermişdir. Məhkəmə yazılı etirafı və izahatları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 13500 manat pulu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 130.5 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, elektron məhkəmə internet portalında dövlət rüsumunun hesablanması kalkulyatorundan əldə edilmiş nəticəyə uyğun olaraq 13500 manat pulun tutulması barədə iddianın verilməsi üçün 130.5 manat dövlət rüsumu ödənilməli idi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 13500 (on üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 (yüz otuz) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar