Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3249/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi»inə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin iddiaçının şəxsi hesabından götürdüyü 299 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı həmin hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdeh hüquqi şəxsin ünvanının ünvan 1lki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, əməliyyat İD:172572580, qəbz nömrəsi:11872, terminal nömrəsi: K0206012, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə həmin hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, əməliyyat İD:172572580, qəbz nömrəsi:11872, terminal nömrəsi: K0206012, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3249/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3249/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver