Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-329/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçının Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat pulun, 500 manat əldən çıxmış faydanın, 80 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6580 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində xx.xx.2024-cü il tarixinədək hər ay 500 manat ödəmək şərti ilə ondan 9412 manat borc almışdır. Lakin o vədinə əməl etməmiş və borc aldığı puldan ödəniş etməmişdir. Sözügedən borcla bağlı aralarında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında Tovuz regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixədək hər ay 500 manat ödəmək şərti ilə 6000 manat borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtiylə 6000 manat borc vermişdir. İddiaçı həmin borcdan ödəniş edilmədiyini bildirərək, 6000 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf daha çox ödəniş edilməsi və (ya) daha az borcun qalması və (ya) tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 6000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməlidir. Bundan başqa, iddiaçı həmçinin əldən çıxmış fayda qismində 500 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə tələbini əsaslandıran sübutları təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6000 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı 6500 manat pulun tutulmasını xahiş etdiyi üçün iddia ərizəsinin verilməsinə görə 85 manat dövlət rüsumu ödəməli olduğu halda, 80 manat ödəniş etdiyindən ödənilməli olan dövlət rüsumunun kəsiri qismində 5 manat pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı 5 (beş) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-329/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-329/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver