Məhkəmə qərarları › İş №2(125)-3300/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-3300/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3300/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5050 manat pulun alınıb ona verilməsi və 71 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Göygöl şəhəri T.Qurbanov küçəsində faktiki olaraq yaşayır. Cavabdeh ilə də tanışlığı oğlunun futbol məşqlərinə apararkən olmuşdur. Belə ki, övladının məşqinə baxarkən cavabdeh ona yaxınlaşaraq futbol meneceri olduğunu bildirdi və istəsə oğlunu Türkiyə Respublikasında olan futbol klublarından birinin futbol akademiyasına yazdıra bilər. O, cavbdehlə bu barədə söhbət etdikdən sonra onunla razılaşmışdır. Cavabdeh ona bildirdi ki, bunun üçün məyyən məbləğdə pul ödənilməlidir. Hardasa 5000-6000 min manat məbləğində pul lazım olacaq. O, cavabdehin təklifini qəbul etmiş və onun sözlərinə inanmışdır. Müəyyən vaxtlarda cavabdehə 5050 manat məbləğində pul vermişdir. Bir müddət sonar ona məlum oldu ki, cavabdeh onun etibarından süi istfadə edərək onun pulunu mənimsəmiş, söz verdiyi heç bir işi görməmiş və onu aldatmışdır. Cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də o, buna məhəl qoymur. O, cavabdehin əməllərindən xəbər tutuqdan sonra Göygöl rayon Polis Şöbəsinə müraciət etmişdir. Göygöl rayon Polis Şöbəsi cavabdeh barəsində olan şikayətini araşdırdıqdan sonra onun pulla bağlı tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məqsədə uyğun olmağı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, “Emanat” elektron ödəmə sistemi vasitəsilə edilmiş ödənişlərin qəbzindən görünür ki, “Access Bank” debit kartına xxxxxxx FİN kodu üzrə **********060489 saylı hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat və xx.xx.2022-ci il tarixdə 150 manat ödənilmişdir. “Elektron məhkəmə” sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, xxxxxxx FİN kodu Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Cəbrayıl onun bacısının əridir. Elnur Cəbrayılın oğlunu Türkiyə Respublikasına futbol komandasında oynamaq üçün aparacaqdı. Buna görə onun yanında əvvəlcə öz məhlələrində 500 manat vermişdir. Həmin vaxt orada o, Cəbrayıl, onun oğlu və həyat yoldaşı, bir də Elnur olmuşdur. Sonradan avtotəmir sexində 1000 manat verdi, onda o, Cəbrayıl, Cəbrayılın oğlu və Elnur var idi. Pulların alınıb-verilməsində o da iştirak etmişdi, iki dəfə onun yanında pulu sayıb verib, ona görə də məbləğləri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir (maddə 1093). Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında qarşılıqlı razılığa əsasən iddiaçı oğlunun futbol komandasına qəbul edilməsi üçün cavabdehə ümumilikdə 5050 manat pul ödəmişdir. Bu hal cavabdehə məxsus FİN kodu üzrə bank hesab nömrəsinə edilmiş ödənişlərə dair qəbzlərlə və şahid ifadəsiylə təsdiqlənir. Beləliklə, barəsində razılaşdıqları hərəkəti yerinə yetirməsi üçün cavabdehə pul ödəyən iddiaçı, varlanmış cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından verdiyini geri tələb edir. Nəzərə almaq lazımdır ki, məqsədə çatılması əvvəlcədən qeyrimümkün deyildi və ya cavabdehə pul ödəyən iddiaçı məqsədə çatmağa vicdansızcasına mane olmamışdır. Məhkəmə mülki işin faktiki hallarına göstərilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, iddia sübuta yetirildiyindən, cavabdeh tərəfdən tələbi təkzib edən dəlillər məhkəməyə təqdim edilmədiyindən, iddia təmin edilməli, 5050 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5050 (beş min əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar